ÅXëlxgghpxn nclplhkxn ncpxl



Yüklə 3,76 Mb.
səhifə124/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   120   121   122   123   124   125   126   127   ...   186

QUR`ANDA NAMAZ HAQQINDA


Hal-hazırda yeganə mö`təbər ilahi kitab olan Qur`ani-kərimə müraciət etsək görərik ki, insan üçün ən əhəmiyyətli vəzifə namazdır. Namaz haqqında yüzdən çox ayə nazil olmuşdur. Bu ayələrə əsasən namaz bütün şəriətlərdə vacib buyurulmuş ibadətdir. “İbrahim” surəsinin 40-cı ayəsində oxuyuruq: “Pərvərdigara, məni də, nəslimdən olanları da namaz qılan et”. Bu dua Həzrət İbrahimə (ə) məxsusdur. Həzrət Musaya (ə) nazil olmuş ilk vəhydə belə buyurulur: “Mənəm, Mənəm o Allah ki, Məndən qeyri tanrı yoxdur. Mənə ibadət et və Məni yat etməkdən ötrü namaz qıl”.1

Həzrət İsa (ə) hələ beşikdə ikən deyir: “O, harada oluramsa olum, məni mübarək etdi və mənə diri olduğum müddətdə namaz qılıb zəkat verməyi tapşırdı.”2 “Loğman” surəsinin 17-ci ayəsində Həzrət Loğman (ə) öz oğluna belə tapşırır: “Ey oğlum, namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə”

İslam Peyğəmbərinə (s) belə xitab olunur: “Kitabdan sənə vəhy olunanları oxu və namaz qıl. Həqiqətən, namaz (insanı) pis və çirkin işlərdən çəkindirər”.3


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin