ƏFSANƏ, YOXSA HƏQİQƏT?
Bə`zən həqiqi namaz haqqında deyilənlər bizə əfsanə kimi görünür. Çox təəssüf! Elə düşünürük ki, bu sözlər kimlərinsə şairlik təbindən qaynaqlanır. Hansı ki, bütün bu fikirlər ayə və hədislərə əsaslanır. Qur`ani-kərim mö`minlərin vəsfində belə buyurur: “Onlara Qur`an oxunan zaman üzü üstə səcdəyə düşüb deyirlər: “Allahımız hər bir nöqsandan pakdır və Onun və`dəsi hökmən yerinə yetəcəkdir.” Onlar üzü üstə düşüb ağlarlar və qorxuları artar”.1 Bəli, həqiqi mö`minlər Qur`an oxunarkən qorxuya bürünərlər. Onları bu işə də`vət edən olmasa da, fitri istək üzündən belə hərəkət edərlər. Qur`an dinləyərkən ağlayan insanlarla rastlaşsaq da, üzü üstə səcdəyə qapananlara təsadüf etməmişik. Bu, biz müsəlmanların Qur`an ideallarından nə qədər uzaq olduğunu göstərir. Əgər qədim zamanlarda bu hadisə çox baş vermişsə də, dövrümüzün baş gicəlləndirən mühiti insanları Qur`ani-kərim-dən çox uzaq salmışdır. İş o yerə çatıb ki, Qur`an dinləyərkən, namaz qılarkən ağlayan insanlara istehza edilir. Görən, Qur`ani–kərimin vəsf etdiyi bir halı bid`ət saymaq olarmı? Bəs din, dindar hansı yolla tanınmalıdır? “Hədid” surəsinin 16-cı ayəsində buyurulur: “İman gətirənlərin qəlblərinin Allahın zikri və haqqdan nazil olan (Qur’an) üçün yumşalması vaxtı gəlib çatmadımı?! Onlar özlərindən əvvəl kitab verilən kimsələr kimi olmasınlar ki, onlarla (öz peyğəmbərləri arasında) uzun bir müddət keçmiş və qəlbləri sərtləşmiş-dir”. Bəli, Qur`an ayələrinin tə`siri altında qəlbinin buzu əriyənlər az deyil. Nə üçün biz belə olmayaq? Donmuş vəziyyətdən qurtarmağın zamanı gəlib çatmayıbmı?!
Məşhur bir hadisəni bir daha xatırlayaq: Fuzeyl tanınmış və zalım bir quldur olmuşdur. Bir dəfə o, gecə yarı mö`min bir şəxsin evinə soxulmaq istərkən ev sahibinin Qur`an oxuduğunu eşidir. “Qəlblərin yumşalma vaxtı çatmayıbmı” ayəsi Fuzeylin qəlbini silkələyir. Ayədən tə`sirlənmiş quldur öz-özünə pıçıldayır: “Nə üçün çatmayıb, çatıb!” Bir ayənin tə`siri ilə dövrün tanınmış qulduru həqiqi tövbə edib, tezliklə övliyalar cərgəsinə qoşulur!
Bəs bizim qəlblərimiz nə vaxt yumşalacaq? Bəs biz nə vaxt dediyimiz sözlərə qəlbən bağlanacağıq? Nə vaxtsa qəlbimiz namazda iştirak edəcək, yoxsa yox? Pərvərdigara, bu işdə bizə yardımçı ol!
Dostları ilə paylaş: |