ÅXëlxgghpxn nclplhkxn ncpxl



Yüklə 3,76 Mb.
səhifə159/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   155   156   157   158   159   160   161   162   ...   186

XÜŞUNUN MAHİYYƏTİ


“Zumər” surəsinin 23-cü ayəsində buyurulur: “Allah sözün ən gözəlini, bir-birinə bənzəyən və bir–birini açıqlayan ayələri kitab şək-lində nazil etdi. Rəbbindən qorxanların tükləri bundan biz-biz olar”. Bəli, pak fitrətə malik olanlar Qur`an ayələrinin tə`sirindən riqqətə gəlirlər. Sözsüz ki, bu ani haldır. Qəfil səs eşidən insan ixtiyarsız olaraq yerindən qalxır. Bir çox hisslər də bu sayaq qeyri-insani-ixtiyari oyanır. Qur`ani–kərimdə buyurulur ki, ilahi ayələr imanlı insanları belə tərpədir.

Təsəvvür edin ki, otaqda kimsənin olmadığını güman edən şəxs otağa daxil olub paltarını dəyişir, rahatlanır. Birdən otaqdan səs eşidir. O, təbii olaraq yerindən atılıb, ani qorxu hissi keçirir. Axı o arxayın idi ki, otaqda kimsə yoxdur. Birdən otaqda kimsə görünür. İnsanın həyacanı o zaman sakitləşir ki, bu adam onun öz ailə üzvü olsun. Burada qorxu və həyəcan tamamilə təbii haldır.

Qur`ani-kərimdə buyurulur ki, fitrətən pak insanlar Qur`an ayələrini eşidərkən riqqətə gəlirlər. Amma bu ani haldır. Riqqətə gəlmiş insan qulağına dəyən səslərin Qur`an ayələri olduğunu qavrayan kimi sakitləşir, təbii halına qayıdır. Amma biganə insanlar ilahi ayələri eşitdikdə qətiyyən həyəcanlanmır, təbii haldan çıxmırlar.

Belə bir səhnə təsəvvür edin: Əskər aranı xəlvət görüb, çəkmələrini çıxarır, çəmənlikdə uzanır. Bir də onda ayılır ki, komandir başı üstə dayanıb ona baxır. Bu əskər hansı hissləri keçirir? Əlbəttə ki, o, bir anlıq özünü itirir, xəcalət çəkir, qorxur. O, həm komandirin qəzəbin-dən qorxur, həm də öz hərəkətinə görə utanır. Nəzərlərini sənə dikmiş şəxs nə qədər əzəmətli olarsa, onun hüzurundan doğan həyəcan da bir o qədər şiddətli olar. Bəli, hər bir mö`min Allah qarşısında oxşar hisslər keçirir. Hər bir insanın Allah hüzurunda keçirdiyi həyacanın səviyyəsi onun iman və mə`rifətindən asılıdır. Haqqında danışdığımız hal xüşu halına oxşar bir haldır.

Xüşu bir növ özünü itirməkdir. Bir misal çəkək: tutaq ki, bir insan elmdə doktorluq səviyyəsinə qalxmışdır. Daha doğrusu, cəmiyyətdə doktor kimi tanınmışdır. Amma qəfildən ətrafdakılara mə`lum olur ki, bu şəxsin elmi səviyyəsi həqiqətdə çox aşağıdır. Əsl elmi səviyyəsi ortaya çıxmış şəxs dərin iztirab keçirir, hətta gözlərindən yaş da gəlir. Bəli, insan təkcə qorxudan ağlamır. Şəxsiyyətini itirmiş insan daha dərin iztirab keçirir.

Allah qarşısında sınmaqla cəmiyyət qarşısın-da sınmaq arasında bir fərq var. İnsan qarşısın-da sınmaq ağrılıdırsa, Allah qarşısında sınmaq ləzzətlidir. Allah qarşısında sınıb, göz yaşlarını axıdan insan misilsiz bir ləzzət duyur. O, daim bu halda qalmaq istəyir. Bir an bu halı duymaq müqabilində bütün dünyanı verməyə hazır olanlar var.

Əsl məqsədə - insanı me`raca yüksəldən namaza nail olmaq üçün özünü sındırmaqdan başqa yol yoxdur.1 Allahın yardımı ilə özünü sındırmış, özünəpərəstiş kimi cılız hisslərdən qurtulmuş insan əsl məqsədə çata bilər. “Mən” bütü hökmən dağıdılmalıdır. İnsan öz xudbinlik hissini Allah qarşısında mum tək əritməlidir. İnsanın elm və biliyi, qüvvə və iste`dadı Allahın sonsuz qüdrətindən qaynaqlanır. Bu həqiqətləri anlayan insanın Allah qarşısında sınmaqla ucalması labüddür. Allah-taala özünü aşağı tutunları ucaldır!


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin