ÅXëlxgghpxn nclplhkxn ncpxl


Otuzuncu dərs: Namazda xüşu ƏLDƏ ETMƏYİN yolu (1)



Yüklə 3,76 Mb.
səhifə161/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   157   158   159   160   161   162   163   164   ...   186

Otuzuncu dərs:

Namazda xüşu ƏLDƏ ETMƏYİN yolu (1)

“XÜŞU”, “XOF”, “XƏŞİYYƏT”


“Xüşu”nun nə demək olduğu aydınlaşdırıldı. “Xof” və “xəşiyyət” isə “qorxu” kimi tərcümə olunur. Qeyd edildi ki, yalnız xüşu, yə`ni müt`iliklə qılınan namaz həqiqi namazdır.1 Ayə və rəvayətlərdə əsasən xüşu “xof” və “xəşiyyət”, yə`ni qorxu ilə müşayiət olunur. Ona görə də qorxu haqqında bir qədər geniş danışmaq lazım gəlir.

“Həşr” surəsinin 21-ci ayəsində buyurulur: “Əgər Qur`an bir dağa nazil edilsəydi, onun Allah qorxusundan xüşu edib, parça–parça olduğunu görərdin”. Göründüyü kimi, bu ayədə qorxu və xüşu kələmələri yanaşı işlədilmişdir. “Xəşiyyət” kəlməsinin mə`nası bir qədər genişdir. Adətən, bu söz “qorxu” kimi tərcümə olunsa da, “heybət” kimi mə`naları da ifadə edir. “Heybət” əzəmət qarşısında yaranmış bir haldır. Dəqiq vəsfə gəlməyən bu halı insan özü dərk etməlidir. Bə`zən fikrimizi belə ifadə edirik: “Filankəsin heybətindən dilim tutuldu”. Əslində “heybət” həmin şəxsin xüsusiyyəti yox, bizim keçirdiyimiz haldır.

Bə`zən insan hər hansı bir şəxslə zidd gedir və sonradan anlayır ki, həmin şəxs çox əzəmətli insan imiş. Əzəmət qarşısında yaranmış heybətin ardınca xüşu, yə`ni müt`ilik, sınıqlıq gəlir. Əgər insan əmin olsa ki, göstərdiyi müxalifətçiliyə görə onu şiddətli əzab gözləyir, heybət və xüşudan sonra qorxu hissi keçirməyə başlayır. Xəşiyyət və xüşu əzab qorxusundan yaranmır. Bu hisslər əzəmətin dərkindən doğur. Zikr olunmuş ayəyə bir daha nəzər salsaq, görərik ki, xəşiyyət və xüşu əzab qorxusundan qaynaq-lanmır. Dağ günah etmir ki, əzabdan da qorxa və xüşu halına gələ. Dağı xüşu halına salan yalnız və yalnız əzəmətdir. Dağ yalnız əzəmətin tə`sirindən parçalanır. Əlbəttə ki, dağın hansı yolla ilahi əzəməti dərk etməsi bizim üçün aydın deyil. İnsan düşüncəsi bə`zi məsələləri dərk etməkdə acizdir. Məsələn, “Bəqərə” surəsinin 84-cü ayəsinə əsasən bə`zi daşlar Allah qorxusundan yuvarlanırlar. Daşda xəşiyyət halının yaranması insan düşüncəsi üçün qaranlıqdır. Mümkündür ki, bu ifadələr mə`cazi mə`nada işlənmişdir. “İsra” surəsinin 44-cü ayəsində oxuyuruq: “Allahı təqdis edib ona həmd oxumayan bir varlıq yoxdur. Lakin siz onların təqdis və təsbihini anlamazsınız”. Ayədən göründüyü kimi bütün varlıq aləmi Allaha elə bir halda sitayişdədir ki, adi hiss üzvləri bunu dərk etmir. “Nur” surəsinin 41-ci ayəsində buyurulur: “Bilmirsənmi ki, göylərdə və yerdə olanlar, qanadlarını açıb duran quşlar Allaha təsbih deyirlər?! Hər biri öz dua və təsbihini bilir...” Aydın olur ki, hər bir mövcudun Allah qarşısında özünəməxsus ibadət forması vardır.
Dənizin torpağın gülün dilini

Eşidir hal əhli, bilir hal əhli.

Deyirlər, dilimiz, gözlərimiz var,

De gəl, bunu duymaz qilü-qal əhli.
Bəli, belə bir hal mövcuddur və bütün varlıq aləmi ilahi əzəmət qarşısında təslimdir.

Bir daha qeyd edək ki, xəşiyyət qorxudan fərqlənir. Bizə heç bir zərər toxundurmayacağına əmin olduğumuz əzəmət qarşısındakı özünüitirmə qorxu yox, xəşiyyətdir. Qorxu hissi o zaman yaranır ki, insan günaha yol verir və bu günah müqabilində cəzadan qorxur. Rəvayətə görə İmam Həsən (ə) dəstəmaz alarkən bədəni titrəyərdi. Həzrət Fatimə (s) namaz zamanı yarpaq tək əsərmiş. Allah-taala bu səhnələrə işarə ilə mələklərə buyurmuşdur: “Ey mənim yaxın mələklərim! Baxın mənim xəşiyyətimdən titrəyən bədənlərimə! Şahid olun ki, onların dostlarına şəfaət verəcə-yəm!”1 Bir sözlə xəşiyyət qorxudan fərqlənir. Xəşiyyət əzabdan doğan qorxu ilə ilahi əzəmətin dərk olunmasından doğan qorxunun cəmidir. Bə`zi istisnalar da var “Rə`d” surəsinin 13-cü ayəsində oxuyuruq: “Şimşəklər Ona həmd edər, mələklər Onun qorxusundan təsbih deyərlər”. Nəzərə alsaq ki, mələklər günah etmir, bu qənaətə gələ bilərik ki, günah olmayan yerdə də qorxu ola bilər.

Deyilənlərdən mə`lum oldu ki, xüşunun müxtəlif səbəbləri ola bilər: ilahi əzəmətin dərki, günahlara görə duyulan xəcalət, əzab qorxusu və s. Cinayətləri açılmış və e`dam ediləcəyinə heç bir şübhəsi olmayan insanın daxilən sınması təbiidir.


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin