ÅXëlxgghpxn nclplhkxn ncpxl


ALLAHA YAXıNLıQ kAMİLLİk ZİRVƏSİDİR



Yüklə 3,76 Mb.
səhifə18/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   14   15   16   17   18   19   20   21   ...   186

ALLAHA YAXıNLıQ kAMİLLİk ZİRVƏSİDİR


Bəs kamilliyin zirvəsi nədir? Nə zaman insanı tam kamil hesab etmək olar? İlahi peyğəmbərlərin tə`limlərinə əsasən tam kamillik Allaha yaxınlıqdır. Bütün peyğəmbərlər bu nəzəriyyəni tə`lim etmişlər. Eləcə də, Allaha yaxınlıq fitri bir ehtiyacdır. Qeyd etdik ki, hətta müşriklər və bütpərəstlər də Allaha yaxınlığa cəhd etmişlər.1 Bu da mə`lum oldu ki, insan özündə Allaha yaxınlığın heç olmazsa ən aşağı mərtəbələrini hiss etməsə, bu yaxınlığın həqiqi mə`nasını dərk edə bilməz. Amma bu qaranlıqdan çıxmaq mümkündür.

Biz yaxınlıq dedikdə adətən məkan və ya zaman yaxınlığını təsəvvür edirik. Görənsən Allahla bu cür yaxınlıq mümkündürmü? Allaha zaman və məkanca yaxınlaşmaq olarmı?

Allah-təala üçün zaman və məkan anlayışları mövcud olmadığından Onunla belə bir yaxınlıq qeyri-mümkündür. Bə`ziləri elə güman edirlər ki, Allah göydədir və insan göyə qalxarsa, Allaha yaxınlaşar. Bu fikir Allah haqqında mə`lumat-sızlıqdan doğur. “Nəcm” surəsinin 7-9-cu ayələrində İslam Peyğəmbərinin me`racına işarə ilə buyurulur: “O lap uca üfüqdə idi; sonra yaxına gəldi və aşağı endi, iki yay məsafəsində, yaxud ondan da yaxın oldu.” Allah cism olmadığından Onun maddi məkan baxımın-dan Peyğəmbərlə yaxınlığı tam məntiqsiz bir fikirdir. Hansı ki, həmin ayələri dəlil gətirərək Allahın göydə olduğunu iddia edənlər var. Ayədə isə heç şübhəsiz ki, məkan və zamanca yaxınlıq nəzərdə tutulmamışdır.


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin