ÅXëlxgghpxn nclplhkxn ncpxl


YAXıNLıQ, YOXSA YAXıNLıĞıN ƏSƏRLƏRİ?!



Yüklə 3,76 Mb.
səhifə20/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   16   17   18   19   20   21   22   23   ...   186

YAXıNLıQ, YOXSA YAXıNLıĞıN ƏSƏRLƏRİ?!


Deyilənlər Allahla yaxınlıq yox, olsa-olsa onun əsərləri idi. Yaxınlığın əsəri nişanəsi odur ki, Allah öz bəndəsinin istədiyini verir. Əgər əsər budursa, əsəri yaradan necədir? Qısaca bunu demək olar ki, əsərin yaradıcısı vəsfə gəlmir. Elə vəsfə gəlmədiyindən də yalnız onun əsərlərindən danışmaqla kifayətlənirik.

Əsl yaxınlıq isə Fir`onun arvadı hərzət Asyanın Allahdan istədiyi yaxınlıq idi. Asya sadə bir mö`min yox, yüksək mə`rifət əhli idi. Bu əzəmətli qadın hətta çarmıxa çəkilən zaman bir olan Allahı inkar etmədi. O, belə dua edir: “Pərvərdigara, behişdə Öz yanında mənə bir ev ver.”1 Əslində Asya nə behişt, nə də behiştdəki evləri nəzərdə tutur. Asya Allaha yaxın məqam diləyir.

Bu məqamlar, həqiqətlər ifadə olunduqları kəlmələrin qəliblərinə yerləşmir. Həqiqət ifadə edildiyi sözdən çox-çox ucadır. Bu mövzunu araş-dırarkən rastlaşdığımız tə`birlərin zahiri yox, əsil mə`nasına diqqət yetirmək lazımdır. “Şə`baniyyə” münacatında deyilir: “Pərvərdigara, ümid və intizarımı Səndən başqa hər şeydən tamamilə üzməyi mənə nəsib et və Sənə doğru aşkar nəzər yetirməkdən ötrü qəlbimin bəsirətini aç ki, (qəlbimin bəsirəti) nur pərdələrini yarmaqla Sənin dərgahının əzəmətini dərk etsin və ruhum müqəddəs izzət nuruna qovuşsun!”

Bəli, insanın ruhu inkişaf edib elə bir kamala çata bilər ki, nuraniyyət mə`dəninə qoşular, ilahi dərgahda yerləşər. Belə insan artıq özünü unudur və yalnız şüa saçan nur mə`dənini görür. Belə bəndə özünü mütləq pak vücuda bağlı hiss edir. Ariflər bu mərtəbəni “fəna məqamı” adlandırır-lar. Bəli, bəndə öz Allahında fani olub “mən”ini itirə bilər.

Elə bir aşiq təsəvvür edin ki, öz mə`şuqunun eşqi ilə vurnuxur. İllər uzunu çalışır ki, heç olmaya bir dəfə uzaqdan da olsa mə`şuqunu görüb səsini eşitsin. Qəfildən gözünü açan aşiq özünü mə`şuqun ağuşunda görərsə, bundan da böyük ləzzət duya bilərmi? Həzrət Əli (ə) və digər imamlar (ə) “Şə`baniyyə” münacatında Allahdan belə bir məqam istəyiblər. Bəli, aşiq yalnız mə`şuqa qovuşduğu zaman rahatlıq tapar. Nəfsini tərbiyələndirən bəndə heç şübhəsiz bu böyük səadətə - Allahla yaxınlığa çatacaqdır.


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin