ÅXëlxgghpxn nclplhkxn ncpxl



Yüklə 3,76 Mb.
səhifə33/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   29   30   31   32   33   34   35   36   ...   186

ALİM YOLUNU AZA BİLƏRMİ?


Əsas məsələ nəfsə tabe olmaqda, həvəs ardınca getməkdədir. Hər kəs, hətta alim olmasına baxmayaraq özünü Allahla bir edib nəfsini özünə tanrı edərsə Allah onu yolundan azdırar. Təbiidir ki, Allahın kimsə ilə düşmənçiliyi yoxdur. Sadəcə olaraq nəfs ardınca getməyin təbii nəticəsi zəlalətdir. “Yunis” surəsinin 44-cü ayəsində buyurulur: “Allah insanlara əsla zülm etməz. Lakin insanlar özləri-özlərinə zülm edərlər.” Allah-təala peyğəmbərlər vasitəsi ilə insanlara lazımınca xəbərdarlıq etmiş, nəfsin cilovunu buraxacaqları təqdirdə süquta uğrayacaq-larını bildirmişdir. Bu xəbərdarlıqları qulaqardına vuranların zəlaləti əvvəlcədən bildik-ləri təbii nəticədir. Allah və Onun göndərdiyi peyğəmbərlər nə qədər mərhəmətli olsalar da özüözünə mərhəmət etməyən insana çarə yoxdur. “Nəcm” surəsinin 29-cu ayəsində oxuyuruq: “(Ya Muhəmməd!) Bizim zikrimizdən üz döndərib dünya həyatından başqa bir şey istəməyən kim-sədən üz çevir.” Belə insanlar bütün qapıları özləri öz üzlərinə bağlayırlar. Allahın və peyğəmbərin onları qorxutmasının heç bir faydası yoxdur. “Yasin” surəsinin 10-cu ayəsində buyurulur: “Onları qorxutsan da, qorxutmasan da heç bir fərqi yoxdur, iman gətirməyəcəklər.”

“Mən Corc Buşa mə`sum imamlardan çox inanıram” deyən şəxsdən nə gözləmək olar?! Belə insanı doğru yola necə gətirmək olar? Nəsihət, həqiqətən, qorxan insana tə`sir edir. Allahdan qorxmayan şəxsi hidayət etmək qeyri-mümkündür.





Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin