SƏKİZİNcİ DƏRS: ÖTƏN MÖVZULARA BİR NƏZƏR
Qeyd olunduğu kimi bütün fəsadların, azğınlıqların əsası insanın qəflətidir. Bu Qur`an ayələri ilə sübut olundu. Aydın oldu ki, söhbətimizin mövzusu olan qəflət mütləq qəflət deyil. İslam dinində qəflət dedikdə insanlığın həqiqətinə e’tinasız yanaşmaq insani şəxsiyyətdən xəbərsizlik nəzərdə tutulur. İnsan maddi, fizioloji cəhətdən digər canlılardan fərqlən-mir və onun təbii ehtiyacları heyvanlarla üst-üstə düşür. İnsan öz maddi yönümünə çox diqqət yetirir. Acıyan dərhal yeyir, yorulan dərhal yatır və s. Amma insan öz ruhani yönümünə, xoşbəxtli-yini tə`min edəcək zərurətlərə maraq daşımır. Halbuki, onun əsl şəxsiyyət kimi formalaşmağı, ən mühümü isə axirət səadəti məhz bundan asılı-dır.
İnsanlığın həqiqətini aydınlaşdırmaq bir qədər çətindir. Amma əksəriyyətimiz bilirik ki, daxilimizdəki insani şəxsiyyət, heysiyyət bizi kamilliyə sövq edir. Belə bir şəxsiyyət hissi bütün yaranmışlar arasında yalnız insana məxsusdur. İnsan qədər ucalmaq mümkün olmadığı kimi, insan qədər alçalmaq da mümkün deyil. İnsan o qədər alçala bilər ki, hətta cəhənnəm oduna daxil olar. Amma digər canlılar cəhənnəmə aparacaq qədər alçaqlığa qadir deyillər.
İnsanlıqdan qafil olan şəxs, heç şübhəsiz ki, heyvani istəklər ardınca gedəcəkdir. Fikri-zikri yeyib-yatmaq olan insanın heyvandan heç bir üstünlüyü yoxdur.
İnsanın maddi yönümü, başqa sözlə, heyvani istəkləri onu kamilliyə aparan vasitə olmalıdır. Amma müasir dünyamızda müşahidə edirik ki, insanların böyük əksəriyyəti öz insanlığını özünün heyvani yönümü üçün, əqlini nəfsi, ruhunu cismi üçün vasitə qərar vermişdir. Ruhlar cismlərə hakim olmaqdan onun nəfsani istəkləri-nin əsarətinə altına düşmüşdür.
Belə bir qəflətdən qurtulmaq üçün insani şəxsiyyətimizə diqqət etməli, ondan agah olmalıyıq. Qeyd edildi ki, agahlıq əldə etmək üçün üç məsələyə diqqət yetirilməlidir: haradan gəlmişəm? (tövhid), haraya gedirəm? (məad), qurtuluş üçün nə etməliyəm? (nübüvvət). Tövhid bütün varlıq aləmi və bəşəriyyətin Allahdan olmağını, məad insanın öz əqidəsi və əməli müqabilində əbədi cənnət ya cəhənnəmlə qarşı-laşacağını, nübüvvət isə peyğəmbərliyin həqiqəti və bunun vasitəsilə insana təqdim olunmuş yaşayış proqramını anlayıb dərk etməkdən ibarətdir. Bu üç şeydən birindən qəflətdə olan insan tənəzzülə doğru gedir. Allah, Onun göstərişləri və Onun sorğu günündən xəbərsizlik insanı əzaba düçar edir.
Dostları ilə paylaş: |