ÅXëlxgghpxn nclplhkxn ncpxl


AYƏ VƏ RƏVAYƏTLƏRDƏ QƏFLƏTİN SƏBƏBİ



Yüklə 3,76 Mb.
səhifə42/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   38   39   40   41   42   43   44   45   ...   186

AYƏ VƏ RƏVAYƏTLƏRDƏ QƏFLƏTİN SƏBƏBİ


Qur`ani-kərimdə və dini rəvayətlərdə bildirilir ki, insanda qəflət doğuran əsas səbəblərdən biri var-dövlət və ailə-uşağa bağlılıqdır. “Münafiqun” surəsinin 9-cu ayəsin-də buyurulur: “Ey iman gətirənlər! Mallarınız və övladlarınız sizi Allahı yad etməkdən yayındırmasın.” İnsanda öz var-dövlətini qəpik-qəpik artırmaq həvəsi onu Allahdan və qiyamətdən qəflətdə saxlayır. Əgər insan bu bağlılıqda ifrata varmasa, var-dövlət və ailə-uşaq faydalı ola bilər. Qur`ani-kərim həmin ne`mətlərdən düzgün faydalanan insanları da yad edir: “İnsanlar var ki, ticarət, alver onların fikrini Allahdan qəflətdə saxlamaz.”1 Demək, insan dünya həyatını elə yaşaya bilər ki, Allahın razılığını qazanar. Bəs bunu necə etməli?

Əgər dünya işləri insan üçün hədəf olarsa dünya onun qibləsinə çevrilər. Qibləsi dünya olan insanın Allahı yada salması imkansızdır. Amma insan Allahı və qiyaməti unutmadan dünya və onun ne`mətlərinə vasitə kimi də baxa bilər. Son məqsədi Allaha yaxınlaşmaqda görən insan üçün dünya ne`mətlərindən istifadə ibadətə çevrilə bilər. Yeyərkən, yatarkən, istirahət edərkən Allahı unutmayan insan üçün bu işlər heç də qorxulu deyil. Dünya ne`mətlərinə Allahın Öz bəndəsinə mərhəməti kimi baxan insan Allahı necə unuda bilər? Belə bir baxışla övlada məhəbbət qəflət yox, ibadət hesab olunur.

Əlbəttə ki, belə bir baxış yalnız özünütərbiyədən sonra mümkündür. Sadəcə olaraq bilməliyik ki, bu iş mümkündür.


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin