ÅXëlxgghpxn nclplhkxn ncpxl


NƏFSİN PAKLAŞDIRILMASINDA DAVAMİYYƏTİN ROLU



Yüklə 3,76 Mb.
səhifə44/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   40   41   42   43   44   45   46   47   ...   186

NƏFSİN PAKLAŞDIRILMASINDA DAVAMİYYƏTİN ROLU


Qəflətdən qurtarmaqdan ötrü insanın gündəlik proqrama ehtiyac var. Dua, Qur`an, zikr, namazdan ibarət olacaq bu proqramın vəzifəsi ardıcıl şəkildə Allahı xatırlatmaqdır. Allah-təalanın beş vaxtda namazı vacib etməsi də bu məqsədi daşıyır. Amma vacib namazlardan əlavə müstəhəb ibadətlərə də ehtiyac var. On yeddi rək`ət namaz vacib, bu namazları əvvəl vaxtında qılmaq isə müstəhəbdir. Ən azı namazları əvvəl vaxtında qılmağa diqqət yetirmək lazımdır. Bu iş ilk əvvəl çətin görünsə də az sonra davamiyyət nəticəsində adət halını alır və insan namazı əvvəl vaxtında qılmaqdan ləzzət alır. Bundan əlavə, müxtəsər də olsa, müstəhəb ibadətlər nəzərdə tutulmalıdır.

Məşhur “Üsuli-kafi” kitabında ibadət barəsində iki fəsil mövcuddur. Orada qeyd olunur ki, hətta ibadətdə də ifrata varmaq zərərlidir. Bir gün ərzində on cüz Qur`an oxuyan insan elə yorula bilər ki, bir ay əlinə Qur`an götürməz. Amma hər gün eyni bir vaxtda orta həddə Qur`an oxumaq və bu işə fasilə verməmək daha faydalıdır. İbadətdə orta həddi gözləyərək ardıcıl, davamlı olmaq çox faydalıdır.

“Əhzab” surəsinin 41-42-ci ayələrində oxuyuruq: “Ey iman gətirənlər! Allahı çox zikr edin. Sübh və şam Onu təqdis edib şə’ninə tə`riflər deyin.” Yə`ni insan günün əvvəlində və sonunda Allahı davamlı şəkildə xatırlamalıdır.

Zikr təkcə dilə aid deyil. Əsil zikr Allahı qəlbdə xatırlamaqdır. Əlbəttə ki, dil zikri qəlbə köməkçidir. Amma insanın fikri kənarda qaldığı halda dili zikr edərsə belə bir zikrmn faydası yoxdur. Namaz da Allahı xatırlamaq üçündür. Allah-təala “Taha” surəsinin 14-cü ayəsində buyurur: “Məni xatırlamaq üçün namaz qıl.” Allahı və qiyamət gününü düşünmək özü də zikrdir. Gündəlik proqramda Allahı düşünmək üçün vaxt ayırmaq zəruridir. Qur`ani-kərimdə təfəkkür barəsində belə buyurulur: “(Onlar) göylər və yer haqqında düşünərək belə deyərlər: Pərvərdigara, bütün bunları əbəs yerə yaratmamısan!”1





Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin