ÅXëlxgghpxn nclplhkxn ncpxl


YARANIŞ MƏQSƏDİ HAQQINDA TƏFƏKKÜR



Yüklə 3,76 Mb.
səhifə74/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   70   71   72   73   74   75   76   77   ...   186

YARANIŞ MƏQSƏDİ HAQQINDA TƏFƏKKÜR


Bir sıra ayələr insanı yaranışın hədəfi barədə düşünməyə də`vət edir. “Ali İmran” surəsinin 190-191-ci ayələrində buyurulur: “Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə-gündüzün bir-birinin ardınca gəlib-getməsin-də ağıl sahibləri üçün qəti dəlillər vardır. Onlar ayaq üstə olanda, oturanda, həm də böyrü üstə uzananda Allahı zikr edər, yerin yaradıl-ması barədə düşünərək deyərlər: Pərvərdigara, Sən bunları boş yerə yaratmayıbsan. Sən pak və müqəddəssən. Bizi od əzabından qoru.” Bəli, düşüncə sahibləri bütün ətraf aləmi ibrət gözüylə seyr edirlər. “Ənbiya” surəsinin 16-17-ci ayələrində oxuyuruq: “Biz göyü, yeri və onların arasında olanları oyun-oyuncaq yaratmadıq; Əgər oyun-oyuncaq etmək istəsəydik öz yanımızda edərdik. Biz isə bunu edən deyilik.” Ayədə bildirilir ki, yaranış məqsədyönlüdür və insan bu məqsəd barədə düşünüb öz yolunu tapmalıdır. “Mö`minun” surəsinin 115-ci ayəsin-də buyurulur: “Elə güman edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və bizim yanımıza qayıt-mayacaqsınız.” Ayədən mə`lum olur ki, məhz yaranış məqsədli olduğundan qiyamət sorğusu da zəruridir. Bu məsələlər barədə düşünməyən insan dünyanı puç biləcəkdir. Qərbdə özünə bir çox tərəfdar toplamış “nihilizm” cərəyanı dünyaya puç baxışın məhsuludur. Yaranış aləmi haqqında təhlil apararkən Allahı nəzərdən qaçıranlar heç bir nəticə əldə edə bilməzlər. Yaranışa mə`na verən onun Allahla bağlı olmasıdır. “Allahsız” dünya əvvəli və sonu olmayan puç təxəyyüldən ibarətdir. Dünyanı Allahsız düşünmək kuzəni öz-özünə yaranmış bilmək və ya kuzəçinin kuzəni min bir əziyyətlə düzəldib qurtaran kimi onu sındırdığına inanmaq kimidir. Allah-təala buyurur: “Elə düşünürsünüz ki, sizi əbəs yerə yaratmışıq?” Bəli, dünyanın yaradılışında hikmət var və o, öz yaradanına doğru qayıdacaq. Bütün bu həqiqətləri isə yalnız düşüncə yolu ilə əldə etmək mümkündür.

Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin