İSLAM TƏRKİ-DÜNYALIĞA ZİDDİR
Əvvəlki söhbətlərdə qeyd olunuğu kimi, Qur`an və Əhli-beyt röhbaniyyəti, yə`ni cəmiyyətdən uzaqlaşıb ibadətə məşğul olmağı rədd edir. “Hədid” surəsinin 27-ci ayəsində Həzrət İsanın (ə) röhbaniyyət yolunu seçmiş ardıcılları tənqid olunur: “Rahibliyi onlara Biz vacib etməmiş-dik. Lakin onlar Allahın razılığını qazanmalı olduqları halda rahibliyi icad etdilər.” Ayədən mə`lum olur ki, tərki-dünyalıq yanlış bir yoldur. Həzrət Peyğəmbər (s) buyurur: “Mənim ümmətimdə röhbaniyyət yoxdur.”1 Rəvayətə görə Osman adlı birisi oğlunun ölümündən sarsılaraq evi tərk edib məscidə pənah gətimiş-di. Əhvalatı eşidən Peyğəmbər (s) Osmana dedi: “Allah-təala röhbaniyyəti bizə yazmamışdır. Mənim ümmətimin röhbaniyyəti Allah yolunda cihaddır.”2
Bə`ziləri din alimlərindən gileylənirlər ki, onların tərki-dünya olmadan dünyaya aldanmamaq göstərişi ziddiyyətlidir. Onların fikrincə cəmiyyətə çıxan insan hökmən dünya bər-bəzəyinin tə`siri altına düşür. Bəli, nəfsi qorumaq çətin bir işdir. Amma buna baxmayaraq dünyaya qul olmamaq şərti ilə onun ne`mətlərindən istifadə etmək ən doğru yoldur. Sadəcə, insan dünyaya onu kamilliyə aparcaq körpü kimi baxmalıdır.
Dostları ilə paylaş: |