ÅXëlxgghpxn nclplhkxn ncpxl


On səkkİzİncİ dərs: İmanın ünvanı və mərtəbələri



Yüklə 3,76 Mb.
səhifə93/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   89   90   91   92   93   94   95   96   ...   186

On səkkİzİncİ dərs:

İmanın ünvanı və mərtəbələri

ÖTƏN MÖVZULARA BİR BAXIŞ


Ayə və rəvayətlərdən mə`lum oldu ki, insanın süqutunun əsl səbəbi qəflət, onun ziddi isə diqqətdir ki, insanı xoşbəxtliyə aparır. Qeyd edildi ki, söhbət hansısa qeyri–zəruri mövzudan yox, dinin əsasını təşkil edən tövhid, nübüvvət və məaddan xəbərsizlikdən gedir. İnsanın diqqət mərkəzində olmalı məsələlərin ən mühümü budur ki, varlıq aləmi müstəqildir, yoxsa öz yaradıcısından asılı vəziyyətdədir? Bu suala doğru cavab tapan insan üçün bir çox qaranlıq məsələlər öz-özünə işıqlanır. Mərhum Əllamə Təbatəbai və digər böyük alimlərin fikirincə bütün biliklər tövhiddən qaynaqlanır. Yaradıcı haqqında düşünən insan hökmən bir Allahı qəbul edir.

Əgər qəbul etsək ki, varlıq aləmi müstəqil deyil, onun başqa bir müstəqil zatdan aslılığını qəbul etməyə məcburuq. Belə bir zat, yə`ni başlanğıc bütün nöqsanlardan uzaq və sonsuz kamala sahib olmalıdır. Başlanğıcı qəbul edən insan bu zatın sifətlərini tanımağa çalışmalıdır. Yaradıcının sifətlərini tanımaq mərhələsində rastlaşdığımız sifətlərdən biri hikmətdir. Allahın hikmət sahibi olması sübut edir ki, varlıq aləmi əbəs yerə yaradılmamışdır. Demək, insanın da yaranışı mə`na kəsb edir. Əgər yaradılış mə`nasız deyilsə insan öz yaranış məqsədini müəyyənləşdirməlidir. Amma insan yalnız ağlına istinad etməklə bu suala cavab tapa bilməz. Ona görə də Allah–təala vəhy yolu ilə insanı istiqamətləndirir. Bu arıdıcıllıqla tövhid bəhsindən nübüvvət bəhsinə keçirik.

Allahın digər bir sifəti ədl, yə`ni Allahın ədalət sahibi olmasıdır. Məhz bu ədalət səbəbindən mö`minlə kafirə, yaxşı ilə pisə fərq qoyulmalıdır. Doğru yolu seçənlər mükafata, azğınlıq yolunu seçənlər isə cəzaya çatmalıdır-lar. Bu məqamda məad məsələsi ortaya çıxır. Göründüyü kimi, bütün məsələlər tövhiddən qaynaqlanır. Bəli, tövhid həyatın əsl mayasıdır.

Din və İslam Allahı tanımaq, Ona pərəstişdən ibarətdir və pak-pakizə olan “la ilahə illəllah” kəlməsi ilə ifadə olunmuşdur. Allahı pərəstişə layiq bildikdən sonra belə bir sual yaranır ki, Ona necə pərəstiş etmək lazımdır?

Bu sualın cavabı İslamın göstərişləridir. Bütün bu göstərişlər yalnız pərəstiş yolunu işıqlandırır. “Biharul-ənvarda” belə bir hədis var: “İslam təslim olmaqdır”. (68–ci cild). Bəli, insan pərəstişə layiq yeganə varlıq qarşısında təslim olmalıdır. İnsan çalışaraq elə bir nöqtəyə çatmalıdır ki, bu sözləri deyə bilsin: “Mən özümü Allaha təslim etdim”.1 İnsan elə bir məqama çatmalıdır ki, nəzərləri yalnız varlıq aləminin yaradıcısına dikilsin. Elə bu səbəbdən də Qur`ani–kərim insanı təslim məqamı-na çatdıracaq iman və saleh əmələ çağırır. İlk öncə iman və saleh əməlin mahiyyətini araşdırmaq lazım gəlir


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin