İMANla ELMİN FƏRQLƏRİ
Əvvəlki söhbətlərdən aydın oldu ki, iman insanın istək və iradəsindən asılıdır. Məhz bu cəhətə görə də iman elmdən fərqlənir. Qeyd edildi ki, elm iman üçün bir şərtdir. Amma “elm varsa, iman da var” demək olmaz. Fir`on haqqında danışan ayələrdən mə`lum oldu ki, bə`zən insan varlığına əmin olduğu şeyi də inkar edə bilər.6
Demək, iman elmdən əlavə istək və iradə ilə də bağlıdır. İnsan elm yolu ilə əldə etdiyi həqiqəti qəlb vasitəsi ilə istəməlidir. Bu istək yoxdursa qəbul olunmuş həqiqətə münasibətdə inkar, küfr mövqei labüddür. İnsan bilməməzlik üzündən də inkar edə bilər. Bu küfrün aşağı dərəcəsidir. Amma küfrün ən yuxarı dərəcəsi insanın öz bildiyini inkar etməsidir.
İnsan Allahı Allah, peyğəmbəri peyğəmbər bilməklə xoşbəxt olmur. Yalnız bu həqiqətlərə qəlbən bağlanmış insan lazımi şərtləri yerinə yetirərək xoşbəxt ola bilər. Yalnız bildiyinə əməl edən insan iman qazanır. Hətta bir neçə əməli bilərəkdən inkar etmək küfr hesab olunur. Qur`ani-kərimdə bu barədə buyurulur: “Allaha və onun peyğəmbərlərinə kafir olanlar onlar arasında ayrılıq salmaq üçün dedilər: biz bə`zisinə inanırıq və bə`zisini inkar edir-ik”.1 “Bəqərə” surəsinin 85-ci ayəsində buyurulur: “Siz kitabın bir hissəsinə iman gətirib o biri hissəsini inkarmı edirsiniz? Bu cür iş görənlərin cəzası dünyada rüsvayçılıq, qiya-mət günündə isə ağır əzabdır”. Ayələrdən mə`lum olur ki, peyğəmbər buyuruqlarının birini qəbul edib digərini inkar edənlər əsil kafirlərdir. Əgər bütün hökümlər Allah tərəfindən göndəri-libsə insan hansı əsasla bir hökmü qəbul, digərini inkar edə bilər. Allahın hökmünü öz xətalı ağlı ilə ölçən insan Allaha yox, öz nəfsinə pərəstiş edir. Qur`ani-kərimi qüsurlu hesab edən insan həqiqi kafirdir. Bu cür küfrün batini küfrdür, zahiri isə İslamla pərdələnmiş-dir. Zahirən müsəlmanlığa əməl edib batində həmin əməllərə inanmayan insan cəhənnəm əhlidir. Dildə şəhadət kələmələrini deyən insan zahirən müsəlman olur. Amma bu həqiqi müsəlmanlıq deyil. Əslində münafiq hesab edilən bu insanlar peyğəmbər dövründə də var idi və Həzrət Peyğəmbər (s) onlarla başqa müsəlmanlar kimi rəftar edirdi. Hər halda açıq kafirlə gizli kafirə zahirən eyni münasibət göstərmək olmaz.
Dostları ilə paylaş: |