ÅXëlxgghpxn nclplhkxn ncpxl



Yüklə 3,76 Mb.
səhifə97/186
tarix03.01.2022
ölçüsü3,76 Mb.
#49268
1   ...   93   94   95   96   97   98   99   100   ...   186

İMANIN MƏRTƏBƏLƏRİ


İman mövzusunda diqqəti cəlb edən məsələlərdən biri onun mərtəbələridir. İmanın müxtəlif dərəcələri vardır. “Mö`min” adlandırılan insanların iman dərəcələri bir-birindən fərqlənir. Bə`zi ayələrə nəzər salaq:

Mö`minlər yalnız o şəxslərdir ki, Allahı yada saldıqda ürəkləri titrəyər, Allahın ayələri onlara oxunduqda imanları artar və öz Rəbblərinə təvəkkül edərlər”.1;“Mö`minlərin imanlarının üstünə iman artırmaq üçün onların qəlblərinə arxayınlıq nazil edən Odur”.2; “Camaat onlara deyəndə ki, “sizə qar-şı bir yerə yığışmışlar, onlardan qorxun”, onların imanları artırıldı”.3 “Mö`minlər müşrik dəstələrini gördükdə dedilər: “Bu, Allah və Onun rəsulunun bizə verdiyi və`ddir. Allah və Onun rəsulu düz demişlər”. Bu, yalnız onların iman və təslimçiliklərini artır-dı”.4

Bu ayələrlə tanış olduqdan sonra heç bir şübhə qalmır ki, imanın dərəcələri var və bu dərəcələr artıb–azala bilər. Bə`zi rəvayətlərdə bu dərəcələr haqqında danışılmışdır. İmam Sadiq (ə) buyurur: “İmanın on dərəcəsi var. Səlman onuncu, Əbuzər doqquzuncu və Miqdad səkkizinci iman dərəcəsindədirlər”.5 Digər bir rəvayətdə buyurulur: “Allah-təala imanı yeddi paya bölüb: yaxşılıq, düzgünlük, yəqinliq, razılıq, vəfadarlıq, elm və dözüm. Sonra onu xalq arasında bölüb. Kiminə bir, kiminə iki və ya daha çox pay düşüb ... Bir pay imana malik olan şəxsə iki pay imanı olan şəxsin yükünü yükləməyin ... Onlar bu yükü daşıya bilməz”.6 Sonsuzluğa uzanmış şüanı sonsuz parçalara ayırmaq mümkün olduğu kimi imanın da dərəcələrini sonsuzluğadək artırmaq olar. Əgər iman on dərəcəyə bölünübsə hər bir dərəcənin özünü də dərəcələrə ayırmaq olar.


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin