ÅXëlxgghpxn nclplhkxn ncpxl



Yüklə 3,76 Mb.
səhifə27/33
tarix21.10.2017
ölçüsü3,76 Mb.
#8932
1   ...   23   24   25   26   27   28   29   30   ...   33

İyİrmİ yeddİncİ dərs:

Namaz ruhİyyəsİ axtarışında (1)

HƏQİQİ NAMAZ


Son söhbətimiz namaz haqqında oldu. İslam mənbələrindən mə`lum oldu ki, Allaha yaxınlaşmaq üçün ən mühüm əməl namazdır. Həqiqi namazın səciyyəvi xüsusiyyətləri sadalandı. Bəli, hər gün beş dəfə azan və iqamədə təkrar etdiyimiz kimi, namaz ən xeyirli əməldir. “Namaz mö`minin me`racıdır”.

Təəssüf ki, qılıdığımız namazlardan lazımın-ca bəhrələnə bilmirik. Çoxlarımız namazdan ləzzət duymur, özümüzdə namazın tə`sirini hiss etmirik. Namaz, adətən, bizə ağır, çətin gəlir. Namazı qılıb qurtardıqda sanki çiynimizdən ağır bir yük götürülür. Ən uzağı on dəqiqə davam edən namaz bizim üçün sanki uzun saatlara başa gəlir. Namazı qurtaranda qəfəsdən azadlığa çıxmış quş tək rahatlanırıq. Namazın son cümləsini deyib qurtaran kimi tələsik dünya işlərinin ardınca qaçırıq. “Bəqərə” surəsinin 45–ci ayəsində buyurulur: Doğrudan da Allahdan qorxanlar istisna olmaqla, namaz hamı üçün çətindir”. Sözsüz ki, dəyərsiz də olsa, namaz qılmaq qılmamaqdan üstündür. İnsan məs`uliyyət hiss edərək günün müəyyən vaxtını Allah hüzurunda namaz üçün dayanırsa, bu böyük işdir. Amma insan bilməlidir ki, qaydasınca qılınan namaz ən xeyirli əməldir. Həqiqi namazla bizim namazımız arasında olduqca böyük fərq var. Namazın faydalarından məhrum olmağımızın əsas səbəbi onun zahiri ilə kifayətlənib, ruhundan xəbərsiz qalmağımızdır. Əgər namaz qılan dediyi sözlərin, etdiyi hərəkətlərin mahiyyətinə varmırsa, namaz-dan ləzzət duya bilməz. Kor-koranə icra olunan namaz me`rac hesab edilə bilməz. Bəli, bir sıra sözlərin və hərəkətlərin nümayişindən ibarət olan bir əməl həqiqi namaz deyil.

Namazın uzun çəkməsi vacib deyil. Qəlbin iştirakı ilə qılınan qısa namaz mö`cüzələr yarada bilər. İnsan belə namazın tə`sirini özündə hökmən hiss edir. Məhz belə namaz haqqında buyurulur: Doğrudan da namaz insanı pis çirkin işlərdən uzaqlaşdırır”.1 Amma buna baxmayaraq, bir çoxları məsciddən çıxan kimi günah ardınca qaçır. Bəli, ruhsuz namaz insanı haramdan çəkindirmək iqtidarında deyil. Həqiqi namazqılan şəxs qeybətdən, yalandan, böhtandan və bir sıra başqa çirkin sifətlərdən uzaqdır. İslam Peyğəmbəri (s) buyurur: “Beş vaxt namaz qılan kəs evinin qarşısında axan çayda gündə beş dəfə yuyunan adam kimidir. Onda bir çirkinlik qalarmı?”2 Amma biz beş vaxt namaz qılsaq da çirkin sifətlərdən uzaqlaşa bilmirik. Çünki bizim qıldığımız namaz əsl namaz deyil!

HƏQİQİ NAMAZA DOĞRU İLK ADDIM


Həqiqi namaza nail olmaq üçün atılan ilk addım namaz zamanı diqqətli olmaqdır. İnsan bə`zən namaz zamanı “həmddən” “surəyə” necə keçdiyini hiss etmir. Hətta belə də olur ki, insan yalnız namazın son cümləsini deyərkən namaz qıldığını xatırlayır. Belə bir hal namazda diqqətsiz olmaqdan xəbər verir. Əlbəttə ki, namaz qılan bütün namazlarda zəif də olsa müəyyən qədər diqqətli olur. Amma zəif diqqət namazın ruhunu dirildə bilmir. İnsan təkbirətül–ehram deməzdən qabaq kimin hüzurunda dayandığı barədə düşünməlidir. Müəyyən bir mətni kimin üçünsə oxuyan şəxs başa düşüləcək şəkildə oxumağa çalışır. Namaz qılan şəxs namazın sözlərini ən azı yuxarıda deyilən qaydada oxumalıdır. Yalnız aram və aydın qiraət zamanı namazda diqqəti cəmləmək mümkündür.

İKİNCİ ADDIM


İnsan namazda dediyi hər bir cümlənin mə`nasına diqqət yetirməlidir. Bunu, tədricən də olsa, yaratmaq lazımdır. Hər cümləni deməzdən əvvəl, bu cümlənin mə`nasını düşünüb sonra demək daha yaxşıdır. Məslən, “Əllahu əkbər” deməzdən qabaq Allahın əzəməti barədə düşünmək lazımdır. İnsan bu istiqamətdə çalışarsa, bir müddət sonra namazın sözlərinin mə`nasını düşünmək xasiyyət formasını alır.

Amma nəzərinizə çatdırdığımız iki addımı atmaqla həqiqi ibadətə nail ola bilmərik. Həqiqi namaza çatmaq üçün ən azı daha bir addım atmaq lazımdır. Məsələn, bir ateist Qur`anı çox diqqətlə oxuyub, onun hər kəlməsini başa düşürsə, bu işi ibadət hesab etmək olarmı? Yəqin özünüz də hiss etdiniz ki, üçüncü addıma ehtiyac var.


ÜÇÜNCÜ ADDIM


Bu yolda üçüncü addım insanın dili ilə dediklərinə qəlbən inanmasıdır. “Yalnız Sənə ibadət edir və Səndən kömək istəyirik” deyən insan Allahdan başqa heç kimsədən kömək intizarında olmamalıdır. Əllahu əkbər deyən şəxs üçün Allahdan böyük varlıq olmamalıdır. Doğrudanmı, hər bir namaz qılan öz dediklərinə qəlbən inanır? Doğrudanmı, inam və əməlimiz sözümüzlə uyğun gəlir? Əgər əməllərimizə nəzər salsaq görərik ki, bə`zən Allaha heç bir uşaq qədər də məhəl qoymuruq. Daim Allahın hüzurunda olduğu-muz halda, müəyyən məqamlarda bizə baxan uşaqdan çəkinirik, amma Allahı yada salmırıq. Uşağın yanında söyüş söyməkdən çəkinib, uşaq olmayan yerdə söyüş söyən şəxs Allahı böyük bilir, yoxsa uşağı? Demək, bə`zən Allahı uşaq qədər də saymırıq!

İnsanın sözünə uyğun gələn halının da müxtəlif mərtəbələri var. Müəyyən mərtəbələrə sə`y göstərməklə çatmaq olur. Bə`zi mərtəbələrə isə yalnız ali mə`rifətə malik övliyalar müyəssər olur. Mə`sum İmamlarda (ə) isə namaz zamanı olduqca yüksək bir ruhiyyə müşahidə edilir. Onlar namaz qılarkən bütün diqqətləri Allaha yönəlir. Nəql olunur ki, Həzrət Əlinin (ə) ayağına döyüş zamanı bir ox batmışdı. Heç vəchlə bu oxu çıxarmaq mümkün olmurdu. Bir gün Həzrət (ə) namaz qıldığı vaxt oxu onun ayağından çəkib çıxardılar. Bəli, adi vaxtda mümkün olmayan bir iş namaz vaxtı mümkün oldu və Həzrət Əli (ə) bu ağrını hiss etmədi.1 Buna oxşar hadisələr Əhli–beyt (ə) məktəbi davamçılarının həyatında çox müşahidə edilir.


MƏRHUM AYƏTULLAH XANSARİ HAQQINDA BİR HEKAYƏ


Nəql edirlər ki, mərhum alimin mə`dəsində cərrahiyyə əməliyyatı aparılmalı imiş. Bu əməliyyat üçün xəstəyə narkoz vermək zəruridir. Amma mərhum Ayətullah heç vəchlə razı olmur ki, onu bihuş etsinlər. Həkimlər onun mə`dəsini narkozsuz yarmağa məcbur olurlar. Alimin qarını yarılır, mə`dəsinin bir hissəsi götürülür. Bütün əməliyyat gedişində mərhum Xansari azca da olsa narahatlığını biruzə vermir. Həkimlər xəstənin dözümündən heyrətə gəlirlər.

Belə bir dözüm necə əldə edilə bilər? Sözsüz ki, yalnız bütün diqqəti Allaha yönəldib, özünü unudan insan bu ağrılara tab gətirə bilər. Cərrahi əməliyyat zamanı özündə bu halı yaradan insan, şəksiz ki, namazda da bu hala nail ola bilər. Allah-təala bu ali məqamı hər birimizə nəsib etsin.


QƏLB NAMAZI


Namazdan bəhrələnmək istəyən hər bir şəxs həqiqi namaz qılmağa çalışmalıdır. Göstərilən proqramla hərəkət edən şəxs tədricən həqiqi namaza yol tapa bilər. Əvvəlcə namazın sözləri və hərəkətlərinə diqqət yetirmək lazımdır. Sonra deyilən sözlərin mə`nasını düşünmək zəruridir. Nəhayət, söz və hərəkətlərə uyğun qəlb haləti əldə edilməlidir.

Əxlaq alimləri tövsiyə edirlər ki, hər bir namaz qılan dediyi sözləri qəlbinə daxil etsin. Diqqət edin, söhbət zehn yox, qəlbdən gedir. Yə`ni kafir də zehnini işə sala bilər. Məsələ deyilənləri zehindən keçirib anlamaqda yox, qəlbən qəbul etməkdədir. Mö`mini mö`min edən zehni təsəvvür yox, qəlbi razılıqdır. “Hucərat” surəsinin 14–cü ayəsində oxuyuruq: Ərəblər dedilər ki, iman gətirdik. De ki, iman gətirməyibsiniz, “İsla- qəbul etdikdeyin. İman hələ sizin qəlblərinizə daxil olmamışdır”. Çoxları elə hesab edirdilər ki, şəhadət kələmələrini deyən hər bir kəs iman gətirmiş olur. Yuxarıdakı ayədən belə nəticə çıxır ki, şəhadət kələmələri-ni deməklə yalnız zahirən müsəlman olmaq mümkündür. Həqiqi iman insanın sözü yox əməli ilə sübuta yetir. Çalışmalıyıq ki, namazda dediklərimizi qəlbimizə daxil edib, əməldə sübuta yetirək. Əllahu əkbərdeyən şəxs Allahdan başqasına ümid etməməlidir. Əgər zahirdə Allaha səcdə ediriksə, bu səcdəni qəlbən təslim olmaqla gerçəkləşdirməliyik.


ƏFSANƏ, YOXSA HƏQİQƏT?


Bə`zən həqiqi namaz haqqında deyilənlər bizə əfsanə kimi görünür. Çox təəssüf! Elə düşünürük ki, bu sözlər kimlərinsə şairlik təbindən qaynaqlanır. Hansı ki, bütün bu fikirlər ayə və hədislərə əsaslanır. Qur`ani-kərim mö`minlərin vəsfində belə buyurur: Onlara Qur`an oxunan zaman üzü üstə səcdəyə düşüb deyirlər: Allahımız hər bir nöqsandan pakdır Onun `dəsi hökmən yerinə yetəcəkdir.” Onlar üzü üstə düşüb ağlarlar qorxuları artar”.1 Bəli, həqiqi mö`minlər Qur`an oxunarkən qorxuya bürünərlər. Onları bu işə də`vət edən olmasa da, fitri istək üzündən belə hərəkət edərlər. Qur`an dinləyərkən ağlayan insanlarla rastlaşsaq da, üzü üstə səcdəyə qapananlara təsadüf etməmişik. Bu, biz müsəlmanların Qur`an ideallarından nə qədər uzaq olduğunu göstərir. Əgər qədim zamanlarda bu hadisə çox baş vermişsə də, dövrümüzün baş gicəlləndirən mühiti insanları Qur`ani-kərim-dən çox uzaq salmışdır. İş o yerə çatıb ki, Qur`an dinləyərkən, namaz qılarkən ağlayan insanlara istehza edilir. Görən, Qur`ani–kərimin vəsf etdiyi bir halı bid`ət saymaq olarmı? Bəs din, dindar hansı yolla tanınmalıdır? “Hədid” surəsinin 16-cı ayəsində buyurulur: İman gətirənlərin qəlblərinin Allahın zikri haqqdan nazil olan (Quran) üçün yumşalması vaxtı gəlib çatmadımı?! Onlar özlərindən əvvəl kitab verilən kimsələr kimi olmasınlar ki, onlarla (öz peyğəmbərləri arasında) uzun bir müddət keçmiş qəlbləri sərtləşmiş-dir”. Bəli, Qur`an ayələrinin tə`siri altında qəlbinin buzu əriyənlər az deyil. Nə üçün biz belə olmayaq? Donmuş vəziyyətdən qurtarmağın zamanı gəlib çatmayıbmı?!

Məşhur bir hadisəni bir daha xatırlayaq: Fuzeyl tanınmış və zalım bir quldur olmuşdur. Bir dəfə o, gecə yarı mö`min bir şəxsin evinə soxulmaq istərkən ev sahibinin Qur`an oxuduğunu eşidir. “Qəlblərin yumşalma vaxtı çatmayıbmı” ayəsi Fuzeylin qəlbini silkələyir. Ayədən tə`sirlənmiş quldur öz-özünə pıçıldayır: “Nə üçün çatmayıb, çatıb!” Bir ayənin tə`siri ilə dövrün tanınmış qulduru həqiqi tövbə edib, tezliklə övliyalar cərgəsinə qoşulur!

Bəs bizim qəlblərimiz nə vaxt yumşalacaq? Bəs biz nə vaxt dediyimiz sözlərə qəlbən bağlanacağıq? Nə vaxtsa qəlbimiz namazda iştirak edəcək, yoxsa yox? Pərvərdigara, bu işdə bizə yardımçı ol!


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin