ÅXëlxgghpxn nclplhkxn ncpxl


Otuz bİrİncİ dərs: Namazda xüşu ƏLDƏ ETMƏYİN yolu (2)



Yüklə 3,76 Mb.
səhifə31/33
tarix21.10.2017
ölçüsü3,76 Mb.
#8932
1   ...   25   26   27   28   29   30   31   32   33

Otuz bİrİncİ dərs:

Namazda xüşu ƏLDƏ ETMƏYİN yolu (2)

ALLAHDAN QORXU


Namaz və namazda xüşu haqqında danışdıq. İslamda namaza çox böyük əhəmiyyət verilmişdir. Namazın azan və iqaməsində namaz ən xeyirli əməl olduğu bildirilir. Namazın müqəddiməsində on iki dəfə namaza tələsmək tapşırılır. Bütün bunlar namazın böyük dəyərindən danışır.

Amma yalnız xüşu ilə qılınmış namazlar ən xeyirli əməl ola bilər.1 Xüşunun, yə`ni Allah qarşısında sınmağın amilləri haqqında danış-dıq. Yenə də bu mövzunu davam etdiririk.

Xüşu yaradan amillərdən biri də Allah qorxusu-dur. Ayə və rəvayətlərdən görünür ki, mö`min şəxs Allahdan qorxmalıdır.2 “Naziat” surəsinin 40-41-ci ayələrində buyurulur: Allah qarşısında durarkən qorxan nəfsini cilovlayan kəsin yeri behiştdir”. Harada təqvadan söhbət gedirsə, həmin məqamda Allah qorxusu da xatırlanır.

Bu mövzu ilə bağlı Əhli–beyt rəvayətləri daha çoxdur. Mə`sum İmamların (ə) dua və münacatla-rında daim Allah qorxusu yad edilir. Hətta İmam Səccadın (ə) bir minacatı “Minacatul–xaifin”, yə`ni “Qorxanların münacatı” adlanır. Peyğəmbər (s) və imamların (ə) bütün hərəkətlərində Allah qorxusu müşahidə edilir. Hətta belə mə`lumatlar da var ki, bə`zi övliyalar Allah qorxusundan huşlarını itirirmişlər. Özü kimi insanlar qarşısında qorxudan tir–tir əsən bə`zi insanların Allah qorxusunu yersiz bilməsi əslində e`tiqadsızlıqdan doğur.


ALLAHDAN NƏ ÜÇÜN QORXMALIYIQ?


Allahdan qorxmaq nə deməkdir? İnsan qorxduğu mövcudu sevə bilərmi? Qorxudan qılınan namazdan necə ləzzət almaq olar?

Qeyd etdik ki, ayə və rəvayətlər Allah qorxusunu müsbət hal kimi tanıtdırırlar. Amma bu məsələyə şübhə ilə yanaşanlar da var. Bə`ziləri iddia edirlər ki, Allah mərhəmətlidir və Ondan qorxmağa dəyməz. Əslində isə Allahdan qorxan öz əməllərinə görə qorxmalıdır. Allah–təalanın varlıq aləmində hökm sürən qanunlarına görə günah cəza ilə nəticələnir. Qiyamət günü insan Allahın yox, öz günahlarının cəzasına çatır. Təsəvvür edin ki, bir şəxs öz bağına çəkdiyi dəmir hasara cərəyan buraxıb və xəbərdarlıq işarəsi qoyub. Əgər bir kəs xəbərdarlığa məhəl qoymayıb, hasara toxunaraq ölərsə bu hadisənin səbəbkarı bağ sahibi deyil.

Bu qorxu insanda xüşu halı yaradır və onu müxtəlif günahlardan çəkindirir. Amma qəlbində Allah qorxusu olmayanlar min bir cinayətə əl ataraq, nəhayətdə cəhənnəm əzabına düçar olurlar. Demək, Allah qorxusu insan üçün çox faydalıdır və hər bir insan özündə bu halı yaratmağa çalışmalıdır.

ALLAH QORXUSUNUN DƏRƏCƏLƏRİ


Allah qorxusunun dərəcəsi insanın iman mərtəbəsindən asılıdır. Adi insanlarla övliya-ların qorxusu arasında çox fərq var. Övliyalar üçün dünya təhlükələri heç bir qorxu törətmir. “Yunis” surəsinin 62–ci ayəsində oxuyuruq: Bilin ki, Allahın dostları üçün heç bir qorxu yoxdur onlar kədərlənməzlər”. Övliyalar zalım rəhbərdən, qaçaq quldurdan və digər dünyəvi təhlükələrdən yox, yalnız və yalnız Allahdan qorxarlar.

Əhli–beytdən (ə) nəql olunmuş dualara nəzər salsaq faydalı qorxunu tanıya bilərik. “Kumeyl” duasında Həzrət Əli (ə) Allaha müraciətlə belə ərz edir: Tutaq ki, əzabına səbr edə bildim, bəs səndən uzaqlığa necə dözəcəyəm?!” Bu kəlamdan aydın olur ki, övliyaların qorxusu biz düşündüyü-müz qorxu deyil. Onlar Allahın əzabını bizdən çox dərk etsələr də, bu əzabdan yox, Allahın narazılığından qorxurlar. Gəlin e`tiraf edək ki, bu hissləri anlamaq bir o qədər də asan deyil. Deyilənləri anlamaq üçün məhəbbət bağlılığına nəzər salaq. Aşiqin ən böyük ehtiyacı mə`şuqun diqqətini cəlb edib ona qovuşmaqdır. Vüsalın ziddi fəraqdır. Aşiq öz mə`şuqunun fəraqından nalə çəkir. Allahın fərağından nalə çəkənlər də var. Əgər ilahi eşqi dərk etmiriksə, bunun səbəbi mə`rifətimizin azlığıdır. İlahi eşqdə də vüsal var. Əgər Həzrət Əli (ə) şirin vüsalı dadmasaydı, acı fəraqdan qorxmazdı. Vüsalın şirinliyi məhəbbətin mərtəbəsindən asılıdır. Övliyaların duyduğu ləzzət misilsizdir və bu halla tanış olmaq üçün münacatları mütaliə etmək lazımdır. Bu mütaliələrdən sonra mə`sum İmamların (ə) ilahi məhəbbətinə heyran qalmamaq olmur.

Hər halda, ilahi məhəbbəti dadanlar üçün ikinci ləzzətli şey yoxdur. İmam Səccad (ə) “Minacatul–muhibbin” duasında Allaha belə müraciət edir: “Pərvərdigara Sənin məhəbbətinin şirinliyini dadan Səndən üz döndərərmi?!” Bu şirinliyi dadanlar üçün ən böyük qorxu vüsaldan məhrum olmaqdır. Bəli, Allah qorxusunun belə bir mərtəbəsi var.

ALLAHIN NƏZƏRİNDƏN MƏHRUMLUQ QORXUSU


Qorxunun digər bir dərəcəsi axirət ne`mətlərindən məhrum olmaq qorxusudur. İlahi ne`mətlər isə iki qismdir: maddi ne`mətlər və mə`nəvi ne`mətlər. Kamil mə`rifət sahibləri üçün mə`nəvi ne`mətlər hər şeydən üstündür və onlar bu ne`mətləri itirməkdən qorxurlar. Qur`an ayələrin-dən mə`lum olur ki, ən böyük cəza mə`nəvi cəzadır: Allahla bağladıqları əhdləri ucuz qiymətə satan şəxslər üçün axirətdə heç bir pay yoxdur. Allah qiyamət günü onları dindirməz, onlara baxmaz...”1 Bəli, bə`zilərinin insanlıq şəxsiyyəti o qədər alçalar ki, Allahın nəzərindən məhrum olarlar. Məhəbbət haqqında təsəvvürü olanlar gözəl anlayırlar ki, məhbubun baxışından məhrum olmaq necə böyük dərddir. Körpə üçün ən böyük narahatlıq ananın nəzərindən məhrum olmaqdır. Mə`rifət əhli üçünsə ən böyük əzab Allahın onlardan üz döndərməsidir. Körpəsindən incimiş ana ondan üz çevirdikdə uşaq ananın ətəyindən yapışır, özünü çox narahat hiss edir. Allah kafirlərə və günahkarlara bu sayaq biganəlik göstərir. Ona görə də bir çox imanlı insanlar Allahın nəzərindən məhrum olmaqdan qorxurlar. Avam insanlar isə elə başa düşürlər ki, Allah onları sevir və onlardan razıdır.

Mə`rifət əhli üçün ən dəyərli ne`mət Allahın diqqətidir. Onlar öz “ya Allah” çağırışlarına Allahdan cavab gözləyir və bə`zən də buna nail olurlar. Mə`sum İmamların (ə) münacatlarında Allahdan cavab eşitmək arzusu önəmli yer tutur. “Biharul-ənvar”ın 90-cı cildində belə bir münacat bəyan olunur: “Pərvərdigara! Səni çağırdığım zaman səsimi eşit, dua edərkən məndən üz çevirmə!” “Bəqərə” surəsinin 115-ci ayə-sini xatırlayaq: Üzünüzü hara tutsanız, Allaha tərəfsiniz”. Demək, Allahın insandan üz çevirməsi daha dərin mə`naya malikdir. Əgər Allah hər şeyi eşidəndirsə, necə ola bilər ki, kiminsə çağırışını eşitməsin? Demək, “nəzər salmaq”, “eşitmək” tamam başqa mə`nadadır.

İnsan bə`zən belə sözlər işlədir: “Filankəs, mənə baxmırsan”, “filankəs məni eşitmədi”. Bu cümlələr sözün həqiqi mə`nasında işlədilməmiş-dir. Əgər bir rəhbər haqqında deyilərsə ki, “bu rəhbər xalqını eşitmir” və ya “bu rəhbər xalqına baxmır”, aydın məsələdir ki, söhbət adi eşitmək-dən, baxmaqdan getmir. Sadəcə, qulaqla eşitmək, gözlə baxmaq ayrı, məhəbbət və mərhəmətlə baxıb-eşitməksə ayrıdır. Mə`sum İmamlar (ə) Allahdan mərhəmət dolu baxış və sevgi dolu dinləmə arzulamışlar.

Demək, e’tinasız münasibət mö`minlərdə qorxu yaradır. Onlar bu münasibəti cəhənnəm əzabından da ağır bilirlər.


Cəhənnəm odunda yanmağa nə var,

Dərd odur qəhr etsin sevgili nigar!

GÜNAH QORXUSU


Adi insanlar, adətən, günahlarına görə qorxurlar. Təbii ki, hər bir günah xoşagəlməz sonluqla nəticələnə bilər. Əgər insan günahla-rından qorxmaqla Allaha yaxınlaşa bilirsə, bu müsbət bir haldır. Təəssüf ki, mə`rifət və imanı zəif insan nə qədər günah etsə də narahat olmur. Qur`ani–kərimdə yüzlərlə ayə cəhənnəm əzabından danışır. Göstərilir ki, bu əzabın çox böyük və dözülməz olması qeyd olunur. Oxuduğumuz bu ayələr bizə tə`sir edirmi? Bir şəxs bu ayələri gözəl səslə oxuduğu zaman deyilən sözlərdən xoflanmaq əvəzinə, səsin gözəlliyindən ləzzət alırıq. Hansı ki, cəhənnəm ayələrini eşidən insan divanəlik həddinə çatmalıdır.

Günahın cəzasından əlavə onun çirkinliyinə, Allaha qarşı qiyam olmasına diqqət yetirmək lazımdır. Necə ola bilər ki, Allahın verdiyi ne`mətlər müqabilində Ona təşəkkür etmək əvəzində günaha yol verək?

Allah-təala buyurur ki, mənim göstərişlərimdən çıxan insan özünün və mənim düşmənimi şad edər. Amma biz bilə-bilə Allahın düşmənini sevindiririk. Allahla müxalifət etmək şeytana itaət deməkdir. “Yusuf” surəsinin 5-ci ayəsində oxuyuruq: Həqiqətən şeytan insanın açıqaşkar düşmənidir”. Yaxın dostunun düşməni ilə əməkdaşlıq etmək dosta xəyanət etmək deyilmi?! Halbuki, Allah insanı xəlq etmiş, onu bolluca ne`mətlərlə faydalandırmış və onun aqibətini də Özü tə`yin edəcəkdir. Allahı özünə bir dost saymayan insanı imanlı hesab etmək olarmı?!

Hər bir günah şeytana itaətdir. Allah insanı bəlalardan qurtarmaq üçün ona yol göstərir. İnsan isə Allahın məhəbbətini rədd edib, onun düşməni qarşısında əyilir. Necə də çirkin hərəkət! Əslində bircə dəfə günah edən insan Allahın mərhəmətindən məhrum edilməlidir. Allahın haqqı var ki, bir dəfə naməhrəmə baxan gözü kor etsin. Çünki bu göz günah yox, savab üçün xəlq edilmişdir.

İmam Səccad (ə) belə dua edir: “Pərvərdigara əgər kirpiklərim tökülənədək ağlasam da, xəcalətdən daim başıaşağı qalsam da bir günahı belə yuya bilmərəm”.1 Mə`sum İmam (ə) belə narahat olduğu halda, biz günahkarlar rahatca oturmuşuq.

Əgər yaxşılıq etdiyiniz adam sizə qarşı çıxsa ona yenədə yaxşılıq edərsinizmi? Sözsüz ki, qəzəblənib, həmin şəxsdən üz döndərərsiniz. Bəs nə üçün insan Allahı qəzəbləndirməkdən qorxmur? Mə`sumlar isə Allaha belə yalvarır: “Pərvər-digara Səni qəzəbləndirməkdən qorxur, Sənə sığınıram”. İnsan yol verdiyi günahların mahiyyətini anlaya bilsə qorxudan tir–tir əsər. O, etdiyi günahların müqabilində qucaq açmış əzablardan xəbərdar olsa, mum tək əriyər.

Qarşısında günah etdiyin şəxs nə qədər böyükdürsə, günahın çirkinliyi və cəzası da bir o qədər böyükdür. İslam dinində istənilən bir günahı kiçik saymaq böyük günahdır. Günahı kiçik saymaq Allahı saymamaqdır.

Bütün deyilənlərin yaxşıca götür–qoy edən insan Allah qarşısında xaşe, müt`i olur. İnsanı çirkin işlərdən uzaqlaşdıran da məhz xüşulu namazdır. Rəvayətlərdə buyurulur ki, Allah qorxusundan ağlayan gözə əzab yoxdur. Demək, Allah qorxusu insanın xoşbəxtliyində mühüm əhəmiyyət kəsb edir. Allah qarşısında qorxu, müt`ilik, göz yaşı zəiflik, eqoizm üzərində çalınmış qələbə-dir. Zəiflik insanın özü kimi insan qarşısında əyilməsidir. Allah qarşısında əyilənlərsə insan qarşısında əyilməz.

Allaha əyilməyi, Allahdan qorxmağı qəbahət sayanlar isə, çox güman ki, Allaha e`tiqadsız olanlardır. Həzrət Əli (ə) kimi əzəmətli bir şəxsiyyət görün necə sızıldayır: “Aman azuqənin azlığı və səfərin uzaqlığından”. Əgər mə`sum İmam (ə) narahatdırsa, biz günahkarlar necə narahat ola bilərik?! Gəlin, çox incəliklər anlamadığımızı e`tiraf edib, anlamağa çalışaq.

Bəli, namazda xüşulu olmaq üçün günahlarımı-zın nəticəsi barədə düşünməliyik. Bu işdə imamların (ə) dualarından istifadə etmək faydalıdır. Əgər günahlar barədə düşünməyə vərdiş versək çox çətinliklər aradan qalxar. Bu xüsusiyyətə malik olanlar namaza durduqda, məsci-də qədəm qoyduqda halları dəyişir.

Pərvərdigara Əhli–beyt (ə) dərslərindən fayda-lanmaqda bizə kömək ol!


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin