ÅXëlxgghpxn nclplhkxn ncpxl


Otuz İkİncİ dərs: Namazda xüşu ƏLDƏ ETMƏYİN yolu (3)



Yüklə 3,76 Mb.
səhifə32/33
tarix21.10.2017
ölçüsü3,76 Mb.
#8932
1   ...   25   26   27   28   29   30   31   32   33

Otuz İkİncİ dərs:

Namazda xüşu ƏLDƏ ETMƏYİN yolu (3)

ÖTƏN MÖVZULARA BİR BAXIŞ


Namazda qəlbin iştirakı, xüşu haqqında danışdıq. İnsanın nicat tapmasından ötrü mühüm şərt olan xüşu insan qəlbində Allaha qarşı yaranmış müt`i olma halıdır. Bu hal Allahın sifətlərinə diqqətyetirmə və bu barədə təfəkkür nəticəsində yaranır. Əlbəttə ki, Allaha qarşı insanların mə`rifət dərəcələri müxtəlif-dir. Buna görə də insanlarda olan məhəbbət və diqqət də fərqlidir. Mə`rifəti çox olanın məhəbbəti də böyükdür. Lakin günahkar insanların qəlbi dünya istəkləri ilə dolduğundan onlar ilahi mə`rifətdən məhrum olarlar. Qur`an belə insanların qəlbini daşa bənzədir.1 Belələrinə moizə və nəsihətin heç bir tə`siri yoxdur.

Namazda xüşu əldə etmək olmaq üçün qəlbi yumşaltmaq yolları mövcuddur. Əvvəla, insan Allahın əzəmətinə və öz kiçikliyinə diqqət yetirməlidir. İkincisi, Allahın paklığı qarşısında insan öz çirkin işlərindən xəcalət çəkməlidir. Üçüncüsü, insan unutmamalıdır ki, o, öz yaradanı, ona ne`mət verən varlıq qarşısında günah edir. Təşəkkür əvəzində günah etmək rəvadırmı? Öz Rəbbinin düşmənini sevindirmək xəyanət deyilmi?


XÜŞUNUN DÖRDÜNCÜ AMİLİ


Dördüncü tə`sirli amil Allahın “camal sifətlərinə” diqqət yetirməkdir. Bu eşq və məhəb-bət yoludur. Allahın camal sifətləri haqqında düşünən insan Onun qarşısında itaətkarlığı özünə borc bilir. İnsan anlayır ki, yalnız Allah həqiqi məhəbbətə layiqdir və Ona yaxınlaşmaq üçün sə`y göstərir. İlahi məhəbbəti qazanmaq Allahın camal sifətlərini dərk etmədən mümkün deyil. Bu məhəbbəti dadan insan vüsala can atır və namaza öz məhbubu ilə görüş kimi baxır. Bu görüşə həvəs Allaha məhəbbətin dərəcəsindən asılıdır. Məhəbbət isə öz növbəsində camal sifətlərini tanıma dərəcəsindən asılıdır. İnsan namazda öz məhbubunu zahir gözü ilə görməsə də, bütün vücudunu eşq alovu bürüyür.

Məhəbbət və onun mə`rifətdən asılılığı çox geniş mövzudur. Biz bir neçə nöqtəyə toxunmaqla kifayətlənirik.


MƏHƏBBƏTlƏ XÜŞUNUN ƏLAQƏSİ


Məhbubundan uzaq düşmüş insan daim nigarandır. Bu nigarançılıq o zaman zirvə həd-dinə çatır ki, məhbubunu görə bilməyən insan bu məhbubun onu gördüyünü hiss edir. Buna oxşar halla “Nüdbə” duasında rastlaşa bilərik. Orada İmam Zamana (ə) müraciətlə belə deyilir: “Hamını görüb, Səni görə bilməməyim mənə çətin gəlir”. İmam Zaman (ə) elə məhbubdur ki, aşiqləri onu görə bilməsə də, o Həzrət (ə) öz aşiqlərini daim görür və eşidir. Bütün həftəni dünya işlərinə məşğul olub, yalnız cümə günü səhər çağı “Nüdbə” duası ilə İmam Zamana (ə) müraciət edən kəs öz həmsöhbətinə qarşı böyük sevgi duyur. “Ərəfə” duasında Həzrət Hüseyn (ə) öz Allahına belə ərz edir: “Kor olsun o gözlər ki, Səni qarşısında görmür!”

İnsanın namazda Allaha diqqət yetirmək olmaq imkanı var. İnsan ən üstün, ən gözəl dost qarşısında durduğunu unutmamalıdır.

Biz İmam Zamanı (ə) nə üçün sevirik? Cavab sadədir: çünki Həzrət (ə) əsl bəndə, əsl kamil insandır. İstər İmam Zaman (ə), istərsə də digər övliyalar, hər biri Allahın müqəddəs zatının camalından bir cilvədir. Onların hər biri o qədər sevimlidir ki, insan bir an görüş üçün canını belə fəda etməyə hazırdır. Əgər övliyalar bu qədər sevimlidirlərsə, görün onların yaradanı necə olar?! Əgər övliyaların məhəbbəti insanı bir belə təlatümə gətirirsə, görün yaradanın məhəbbətində hansı tə`sirlər var?!

Əvvəlcə, Allahı yaxşı tanıyıb, Ona münasibət-də mə`rifətimizi artırmalıyıq. Allahı daha yax-şı tanıdıqca Ona olan məhəbbət də güclənəsidir. Qəlbində ilahi məhəbbət möhkəmlənmiş insan Onunla görüşə can atır. Belə mö`minlər namaza durduqda qəlbləri xaşe, müt`i olur. Bəs bu halı necə əldə edək?


İLAHİ MƏHƏBBƏTƏ NAİL OLMAQ YOLU


Allah-taala adi insanlara ilahi məhəbbətin yolunu özü göstərir. “Hədisi-qüdsi”də Allah Həzrət Musaya (ə) belə buyurur: “Ya Musa, Məni yaratdıqlarıma sevdir, yaratdıqlarımı Mənə məhbub et”. Musa (ə) soruşur ki, pərvərdigara bu işi necə görüm? Allaha təala buyurur: “Məni sevmələri onlara olan ne`mətlərini onlara xatırlat”.

İnsanda belə bir fitri xüsusiyyət var ki, ona yaxşılıq edənə qəlbində sevgi yaranar. Əgər insan Allahın etdiyi yaxşılıqları dərk etsə, Onu sevməyə bilməz. İlahi ne`mətlər gözləri qarşısında cərgələnən insanın qəlbində öz Rəbbinə qarşı mütləq məhəbbət oyanacaqdır.



NE`MƏTLƏR AĞUŞUNDA QƏFLƏT


İlahi məhəbbətə aparan ən sadə yol göstərildi. Sözsüz ki, övliyaların getdiyi yol daha incə və daha mürəkkəbdir. Adi insanlar üçünsə ən sadə yol Allahın ne`mətlərini tanıyıb, bu ne`mətlər haqqında düşünməkdir.

Allah-taala öz bəndələrini saysız-hesabsız ne`mətlər içində qərq etmişdir. Çox olur ki, çətinliyə düşmüş insan üçün bütün qapılar üzünə bağlandığı vaxt qəfildən Allahın lütfü nazil olur və çətinlik ağıla gəlməyən bir yolla aradan qalxır. Bu zaman insan ixtiyarsız olaraq Allah qarşısında xəcalət çəkir və pıçıldayır: “Pərvərdigara, axı mən bu yaxşılığa layiq deyildim”.

Müt`ilik, xüşu təkcə əzab qorxusundan yaranmır. Bə`zən bu hal şövqdən də qaynaqlana bilər. “Maidə” surəsinin 83-cü ayəsində buyurulur: “(`zi nəsranilər) Peyğəmbərə nazil olanı eşitdik-ləri zaman haqqı tanıdıqları üçün onların gözlərinin dolduğunu görərsən”.

Gözlənilməyən ne`mət insanın qəlbini riqqətə gətirir, onda şövq yaradır. İnsan sonralar da bu lütfü xatırladıqda eyni şövqü duyur. Hər dəfə belə lütflər xatırlandıqda Allaha məhəbbət daha da artır. Hətta bu duyğu xasiyyətə də çevrilə bilər.

İlahi ne`mətlər təkcə gözümüz qarşısında olan ne`mətlərlə məhdudlaşmır. Varlıq aləmi bütövlükdə bir ne`mətdir. İmam Hüseyn (ə) ərəfə günü günəşin yandırıcı istisi altında durub, gözlərindən yağış yağırmış kimi ağlayar və bu əziyyətli şəraitdə Allahın ne`mətlərini sadalayardı: “Hansı ne`mətlərini sayım, hansı ne`mətlərini xatırlayım? Hansı ne`mətinə görə təşəkkür edim? Bu ne`mətlər saya biləcəyimizdən daha çoxdur. Ey mənim mə`budum, şahidəm həqiqi imanımla, gözümün nuruyla, alnımın qırışları ilə, dövr etməkdə olan qanımla, burnumun yuxa pərləri ilə, qulağımın pərdələri ilə, toxunan dodaqlarımla, dilimin söz yaradan hərəkətləri ilə...” İmam Hüseyn (ə) yandırıcı günəş şüaları altında hələ də sadalayır! Bütün bu ne`mətlər bizə əta olunmasaydı çətinlik çəkməzdikmi?! Gəlin, mə`nəvi ne`mətləri də unutmayaq. İmam Səccad (ə) belə dua edir: “Pərvərdigara, Sənin zikrin, Səni çağırmaq üçün verdiyin icazə ən böyük ne`mətlərindəndir”. Bəli, öz kiçik vücudumuzla əzəmətli Allah qarşısında dayanıb, söz deyə biliriksə, bu özü böyük ne`mətdir. Əlbəttə ki, Allah qarşısında hamının danışmaq ləyaqəti yoxdur. Allah-taala yalnız öz lütfü ilə bu işə icazə vermişdir.

Aşiqindən çox–çox üstün olan mə`şuqu nəzərinizdə canlandırın. Əgər onlar arasındakı fərq sultanla qul arasındakı fərq qədər olarsa aşiq mə`şuqun görüşünə həsrət qalacaqdır. Miskinlik içində ümidi üzülmüş aşiqi mə`şuq qəfildən görüşə çağırsa, aşiq sevincindən ağlayar. Diqqət edin! Əzəmətli Allah öz ləyaqətsiz bəndəsini görüşə—namaza çağırır! Bəli, bütün günahlarımıza baxmayaraq, Allah bizə mərhəmət göstərir.



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin