ÅXëlxgghpxn nclplhkxn ncpxl


YEDDİNcİ DƏRS: İNSANİ ŞƏXSİYYƏT AXTARIŞINDA



Yüklə 3,76 Mb.
səhifə7/33
tarix21.10.2017
ölçüsü3,76 Mb.
#8932
1   2   3   4   5   6   7   8   9   10   ...   33

YEDDİNcİ DƏRS:

İNSANİ ŞƏXSİYYƏT AXTARIŞINDA

QƏFLƏT İNSANLIĞA ZİDDİR


Əvvəlki mövzularda qeyd etmişdik ki, insan özünü tərbiyələndirməkdə azaddır və ağac kimi bağbana möhtac deyil. Eyni zamanda insan tərbiyə yolunu özü seçir.

Fəlsəfədə sübut edilib ki, ixtiyari hərəkətin əsasını elm və agahlıq təşkil edir. Azad insan düşüncəsində təsəvvür və müəyyən olunmuş işi görür. Deməli, tərbiyə də elm və agahlıqdan asılıdır. İnsanın tərbiyə haqqında təsəvvürü yoxdursa onun tərbiyələnməsi də qeyri-mümkündür. Allaha yaxınlığa doğru təkamül fəaliyyətinə başlamaq üçün ilkin şərt agahlıq və bu işdə ilkin düşmən agahlığın ziddi olan qəflətdir. Qafil insan nəinki öz ilahi məqamından, hətta coğrafi mövqeyindən də xəbərsizdir. Məhz bu səbəbdən Qur`ani-kərim insanın bir çox məhru-miyyətlərinin səbəbini onun qəfləti ilə əlaqədar olmasını bildirir. “Ə`raf” surəsinin 179-cu ayəsində buyurulur: Şübhəsiz ki, biz cinlərin insanların çoxunu cəhənnəm üçün yaratmış olduq. Onların qəlbləri var, amma anlamaz, gözləri var, amma görməz, qulaqları var, amma eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə , daha çox zəlalətdədirlər. Qafillər məhz onlardır.” Ayədən göründüyü kimi, çoxlarının cəhənnəmə vasil olmasının üç xas səbəbi var: qəlbləri olduğu halda həqiqəti anlamırlar, göz-ləri olduğu halda həqiqəti görmürlər, qulaqları olduğu halda həqiqəti eşitmirlər. İslam dinində qəlb, göz və qulaq agahlıq, tanıma, mə`rifət vasitəsi hesab olunur. Demək, insanın bədbəxt-çiliyinin ən mühüm səbəblərindən biri bu vasitələrdən düzgün istifadə edilməməsidir. Bu duyğu üzvləri hər bir heyvanda da var. Sadəcə olaraq heyvani istəklər yolunda istifadə olunur. İnsanı heyvandan fərqləndirən onun daxilindəki kamillik meylidir. Əgər insan da heyvan kimi həmin üç alətdən kamillik yox, nəfsani istək-lərinə çatmaq üçün istifadə edərsə heyvandan heç bir fərqi olmaz. Belə insan, bəlkə, heyvandan da pisdir. Çünki onun əql kimi daxili peyğəmbəri var.


ÖZÜNDƏN XƏBƏRSİZLİK


Belə bir sual yaranır ki, yuxarıda zikr olunmuş ayədə söhbət mütləq qəflətdən gedir, yoxsa sadəcə qəflətdən? Sözsüz ki, məqsəd ani bir qəflət deyil. Çünki insan, adətən, bir çox şeylərdən agah olmur. Hər hansı bir şüurlu varlığın hər zaman hər şeydən agah olması çətin məsələdir.

Ayədə məqsəd mütləq qəflət də deyil. Yə`ni şüurlu bir varlıq bütün həyatı boyu tam qəflətdə ola bilməz. Yalnız koma vəziyyətində olan insan tam qəflətdə hesab oluna bilər. Demək, ayədə zikr olunmuş qəflət xüsusi bir qəflətdir. İnsanı heyvan səviyyəsinə, hətta ondan da aşağı səviyyəyə endirən səbəb nədir? Əqlə əsasən deyə bilərik ki, insan yalnız öz insanlığını unutduğu zaman belə alçala bilər. Amma bu cavab qənaətbəxş deyil. İnsan bir çox xüsusiyyətlərinə görə heyvanla müştərəkdir. Yemək, içmək, yorğunluq, cinsi ehtiyac həm insanda, həm də heyvanda müşahidə edilir. Bu meylləri heyvani, təbii, maddi meyllər adlandıra bilərik. Agahlıq dedikdə bu sayaq təbii işlərə diqqət nəzərdə tutulmur. Çünki bu növ ehtiyaclara heyvanlar da diqqət yetirir. Ən alçaq insanlar, hətta kafirlər də yeməyi-yatmağı yaddan çıxarmır. Demək, qəflət bu sayaq işlərə aid deyil. Aydınlaşdırmalıyıq ki, insanı insan edən nədir? Məhz insanı insan edən xüsusiyyətlərdən qafil olanlar heyvana çevrilir. Bəs insanlıq xüsusiyyətləri hansılardır? Bə`zən belə deyirlər ki, insani xüsusiyyətlər insanın maddi yönümünün ziddi olan ilahi yönümdür. Allahdan qəflətin nəticəsi insanlığı unutmaqdır. Qur`ani-kərimdə buyurulur: Allahı unutduqlarına görə özləri özlərinə unutdurulanlar kimi olmayın!”1 Ayədən mə`lum olur ki, insanlıq Allahla bağlı bir məfhumdur. Allahı unudan özünü unudur. Allahı unutmağın cəzası özünü unutmaqdır. Maraqlı bir nəticəyə gəlirik: deməli, insan-lığını unutmayan kəs Allahını unuda bilməz. Ekzistensializmin banisi məsihi keşişi Kyerkeqorun belə bir fikri vardır: “Əgər insan Allahı unutsa, insanlığını da unutmuşdur.” Onun bu fikrinin dini mənbələrdən götürül-düyünü düşünürük.

Bə`ziləri elə düşünür ki, yeyən, içən, yatan, əylənən varlığa insan deyilir. Əslində isə bu heyvana aid olan xislətdir. Bu təsəvvürdə olan elmlər doktoru ilə ən avam insan arasında heç bir fərq yoxdur. “Cümə” surəsinin 5-ci ayəsində buyurulur: Tövratın elminə sahib olduqdan sonra ona əməl etməyənlərin məsəli kitab daşıyan uzunqulağın məsəli kimidir.” Bəli, heyvan da acıyır, yeyir, istirahət edir, suya girib yuyunur, hətta özünə ev də tikir. Amma bə`zən insan heyvandan da alçaq səviyyəyə enir. Əgər heyvan öz ehtirasını yalnız öz növündən və müxalif cinsdən tə`min edirsə, XXI əsrin insanları nəinki öz həmcinsi, hətta heyvanla da yaxınlıq edir. Ədalətdən dəm vuran qərb və Amerika isə bu sayaq rəzil təmayülləri azadlıq hesab edir. Sual olunur: öz həmcinsi ilə yaxınlıq edən insan, yoxsa bu işdə ölçü gözləyən heyvan daha alçaqdır?! “Ə`raf” surəsinin 176-cı ayəsində oxuyuruq: Onun məsəli it məsəli kimidir ki, üstünə cumsan da, cummasan da dilini çıxarar.” Həzrət Əli (ə) buyurur: “Fikri-zikri otlamaq və yemək olan insanın nəyi heyvandan üstündür?”1

ŞƏXSİYYƏT SAHİBİ OLMAQDA AXİRƏT İNANcININ ROLU


Həyatı yalnız maddi və heyvani istəklərin tə`min edilməsindən ibarət olmasını hesab edən insan yalnız həmin məsələlərə diqqət göstərir və öz insani şəxsiyyətindən qəflətdə qalır. Hansı ki, insanı heyvandan fərqləndirən ondakı ilahi ruhun mövcudluğudur. Bu ruha əhəmiyyət verən insan heyvanlıqdan uzaqlaşır. İnsan öz şəxsiyyətini anlamaq üçün daxilindəki ilahi yönümü araşdırmalıdır. Həzrət Əli (ə) buyurmuşdur: Allah rəhmət etsin haradan gəldi-yini, harada olduğunu haraya gedəcəyini bilən insana.”2 Bu üç suala cavab tapan insan özünü dərk edər. Əslində bu sualların cavabı dinin əsasını üsulid-din təşkil edir: tövhid, nübüvvət və məad.

Din insanın səadətini tə`min etmək üçün göndərilmişdir. Xoşbəxt olmaq istəyən kəs həmin suallara cavab tapmalıdır. Allahla rabitəsi olmayan insan özünü tanıya bilməz. Əslində insanlıq Allahın fe`li, Allahdan asılılıq, vücudən Ona bağlılıq deməkdir. Əlbəttə ki, bu məsələləri dərk etmək üçün dərin fəlsəfi mövzu-ları araşdırmaq lazım gəlir. Allahı tanıdıqdan, Onun fe`li olduğumuzu bildikdən və Ondan xilqətə gəldiyimizi anladıqdan sonra belə bir sual yaranır ki, varlıq aləminin yaradılmasında məqsəd nədir? Bu sualın cavabı məad mövzusunu araya gətirir. Demək, iki suala cavab tapılmalıdır: başlanğıcımız haradandır və yaranışda məqsəd nədir? Qur`ani-kərimdə Allaha və qiyamət gününə (məad) e`tiqad yanaşı zikr olunur: Yaxşılıq odur ki, bir şəxs Allaha axirət gününə iman gətirsin.”1; Allaha axirət gününə iman gətirib, saleh əməl edənlər üçün heç bir qorxu yoxdur.”2; Allahın məscidlərini yalnız Allaha qiyamət gününə iman gətirənlər abad edə bilərlər.”3; Elə bir qövm tapa bilməzsən ki, Allaha qiyamət gününə inandıqları halda Allahın müxalifləri ilə dostluq edələr.”4

Varlıq aləminin başlanğıcı Allah, son məqsəd isə qiyamət günüdür. Bəs son məqsəd olan qiyamət haradır? Qur`ani-kərimə görə qiyamət elə bir yerdir ki, onun behişt və cəhənnəmi var. Həm Allahla görüş, həm də əbədi əzaba çatacaq yerdir. Bəs insan cəhənnəm və əzabdan qurtulub, behişt və Allahla görüşə nail olmaq üçün nə etməlidir? Başlanğıc və son arasında insana hansı həyat proqramı təqdim olunur? Bu suallara cavab tapmaq üçün yeganə yol dinə müraciət etməkdir. Peyğəmbərlərin göndərilməsində də məqsəd insana doğru yolu göstərməkdir. Din Allahın peyğəm-bərlər vasitəsi ilə insanlara təqdim etdiyi həyat proqramıdır.

İslam peyğəmbərinin birinci vəsisi Həzrət Əli (ə) “Nəhcül-bəlağə” kitabında dünya həqiqətini insanlara anlatmağa sə`y göstərir. Həzrət (ə) buyurur: “Dünya keçid yeridir”; “Agah olun ki, dünya qalacaq yer deyil və nə də siz onun üçün xəlq olunmusunuz.”

Qeyd etdiyimiz kimi, insanın özünü tanıması üçün dinin üç əsasını - tövhid, nübüvvət və məadı tanıması zəruridir. Bu üç əsasdan xəbərdar olmaq insanı qəflətə düçar edir. Hətta insan bu həqiqətlərin biri barəsində kifayət qədər mə’lumatı olmazsa küfrə düşə bilər. “Yunis” surəsinin 7-8-ci ayələrində buyurulur: Bizimlə qarşılaşacaqlarına ümidvar olmayan, dünya həyatına bel bağlayıb ayələrimizdən qafil olanların düşəcəkləri yer oddur.” “Qaf” surəsinin 22-ci ayəsində oxuyuruq: Sən bundan qafil idin. Daha bu gün (qiyamət günü) pərdəni gözündən götürdük. Bu gün sənin gözün sərrast görür.”

Bəli, insan öz fəaliyyətini Allaha doğru istiqamətləndirmək üçün mə’lumata ehtiyacı var. Bu mə’lumat və agahlıq üç həqiqətin dərk olunmasından ibarətdir: Allah, qiyamət günü və qurtuluş yolu.




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin