ÅXëlxgghpxn nclplhkxn ncpxl


On doqquzuncu dərs: İmanı gücləndirmək yolları (1)



Yüklə 3,76 Mb.
səhifə19/33
tarix21.10.2017
ölçüsü3,76 Mb.
#8932
1   ...   15   16   17   18   19   20   21   22   ...   33

On doqquzuncu dərs:

İmanı gücləndirmək yolları (1)

ZAHİRİ İMAN VƏ BATİNİ KÜFR


Qeyd edildi ki, nəfsin tərbiyəsində ilkin mərhələ qəflətdən qurtulmaq və diqqətli olmaqdır. Növbəti mərhələdə insan öz istək və iradəsi ilə iman qazanmağa çalışmalıdır. Deyildi ki, iman məcburi iş deyil və ona çatmaqda insan iradəsi-nin rolu var.

O da mə`lum oldu ki, zikr və diqqət halının mərtəbələri olduğu kimi, imanın da mərtəbələri var və biz imanın dərəcələrini sübuta yetirən bə`zi ayələrə müraciət etdik.1

Batini küfrdən qurtulmuş və cəhənnəmdən xilas olmaq üçün imanın ilk mərtəbəsi Allah və Onun sifətlərinə iman gətirməkdir. Bu iman cəm şəkildədir. Yə`ni Allahı qəbul edib onun bir sifətini inkar etmək, bir peyğəmbəri doğurçu, o birini yalançı bilmək, dini qəbul edib onun hansısa bir hökmünə qarşı çıxmaq iman deyil. Həqiqət tam şəkildə qəbul edilməlidir. Məsələn, bütün dini hökümləri qəbul edib, hicab hökmünü inkar edən insanın 999 hökmü qəbul etməsi faydasızdır. “Nisa” surəsinin 150-151–ci ayələri bu fikri təsdiqlədi.

Demək, imanın ilk mərtəbəsi bütün ilahi göstərişlərin, bütün peyğəmbərlərin, bütün şəriət hökümlərinin istisnasız olaraq, tam şəkildə qəbul etmişdir. Hətta qəlbin bir küncündə hansısa ilahi bir hökmə cüz`i e`tiraz olarsa bu e`tiraz küfr hesab olunur. Qeyd edildi ki belə bir küfr zahiri İslamla bir araya sığır. Yə`ni belə bir şəxs öz e`tirazını gizlədiyi halda cəmiyyətdə müsəlman kimi qəbul olunur. Belələri dünya həyatında müsəlmanlığın imtiyazlarından istifadə etsələr də, axirətdə əzab əhlidirlər.

İmanın mərtəbələri haqqında danışarkən bu da aydın oldu ki, bu mərtəbələr sonsuz saydadır. Adi insanlarla övliyaların, övliyalarla Həzrət Əlinin (ə) iman dərəcələri arasında fərq olduqca böyükdür. Həzrət Əli (ə) buyurur: “Əgər (xaliqlə xilqət arasındakı) bütün pərdələr qaldırılarsa imanım bir zərrə də artırılmayacaq”. Adi insan-ların imanı övliyaların imanı ilə müqayisədə dərya müqabilində bir damla suyu xatırladır.

İman dərəcələri arasındakı fərqlər insanların ibadətində, yol verdikləri günahlarda üzə çıxır. İnsanın ilahi razılığı qazanmaq yolunda göstərdiyi çalışqanlıq onun iman dərəcəsini göstərir.

Dedik ki, insanın elm və biliyi onun imanının göstəricisi deyil. Cəmiyyət fədakar insanlara ehtiyaclı olduğu vaxt şahid oluruq ki, bir çox savadsız insanlar Allah yolunda canından keçir. Nə inki şəhidlər, hətta bu şəhidlərin ata-analarının, ailə-övladlarının ruhiyyəsinə qibtə etməmək olmur. Bəli, əsl mö`min Allahın razılığını qazanmaq üçün canından belə keçməyə hazırdır.

ZƏİF İMANLI QANE OLMUR


İnsanı heyvandan fərqləndirən xüsusiyyətlərdən biri budur ki, onun istəyi bitib tükənmir. İmam Rahil buyurur ki, insan ilk əvvəl Allahdan bir qarın çörək və altına girmək üçün dam istəyir. Bu istəyə çatdıqdan sonra yavanlıq və abırlı ev fikirinə düşür. Arzular o qədər uzanır ki, insan nəhayətdə yer üzünə hakim olmaq istəyir. Bu məqamda ona yer kürəsini versən də sakitləşən deyil. O, aya çıxıb ulduzlara tamah salacaq. Bu xüsusiyyət bütün insanlarda var. Sonsuz kamilliyə çatmaq istəyi də bu xüsusiyyətin dəlilidir.

Maraqlıdır ki, öz sə`ylərində hədd-hüdud tanımayan insan Allaha yaxınlaşmaqda, mə`nəviy-yatını kamilləşdirməkdə süstlük göstərir. Heç nəyə qane olmayan insan necə olur ki, imanın ən aşağı mərtəbəsi ilə kifayətlənir. Doğrudanmı, insan behiştə ən aşağı məqamı bəs bilir? Bu ziddiyyətin əsl səbəbi insanın ruhunda mövcud olan zəiflik və xəstəlikdir. Zökəm insan dadlı xörəklərdən imtina etdiyi kimi, ruhən sağlam olmayan insan da mə`nəvi ləzzətlərdən imtina edir. Sağlam insan sonsuzluğa meyllidir və sonsuz kamilliyə biganəlik xəstəlik əlaməti hesab olunmalıdır.

İstənilən hər birimiz əmin olsaq ki, cəhənnəm yox, behiştə düşəcəyik dərhal rahatlaşarıq. Bəli, insan öz behişt məqamını ucaltmaq əvəzində dünya işlərinə məşğul olmağı üstün tutur. Bu münasibət iman zəifliyindən doğur.

Ey Rəbbimiz, bizi sonsuz kamala çatmaq arzusunda olanlardan qərar ver. Mən də övliyaların çatdığı uca məqama çatmaq istəyirəm. Mənə kömək ol sən bu məqamı biz insanlar üçün yaratmısan. Biz isə süstlük göstəririk. Bizi süstlükdən qurtar ya Rəbb!


ELM İMANA YARDIMÇIDIR


İmanı güclənirmək yollarından biri elm və biliyin artırılmasıdır. Dedik ki, imanın mərtəbələri var və insan öz imanını artıra bilər. İmanın yaranmasına kömək olan səbəblər gücləndirilərsə, iman da güclənər. Heç nə səbəbsiz yaranmır və imanın da yaranma səbəbi var. İnsan heç bir istəyə zəhmətsiz çata bilmir və bu zəhmət istəyin dəyərindən asılıdır. Yə`ni böyük məqsədlərə çatmaq üçün böyük çətinlikləri adlamaq lazım gəlir. İman isə ən böyük məqsəd, ən dəyərli ne`mətdir.

İmanı gücləndirmək üçün onun amillərini tanıyıb sadədən mürəkkəbə doğru bu amilləri gücləndirmək lazımdır. Qeyd etmişdik ki, imanın ən azı iki əsas amili var: elm və istək. İman gücləndirmək üçün bu iki amilə diqqət yetirmək lazımdır.

İmanın ilk iki şərtindən biri olan elm və mə`rifət əldə etmək üçün əsasən iki istiqamətdə fəaliyyət göstərmək olar:

1.Əvvəla, iman gətirdiyimiz həqiqətlərin hər biri üçün yetərli dəlillər toplayıb bu dəlilləri öyrənməliyik. Allahşünaslıq, axirətşünaslıq kimi elmlər imanı gücləndirən vasitələrdir. Məhz bu səbəbdən elm və alimə böyük qiymət verilmişdir. Bir daha qeyd edək ki, iman üçün elm mütləq şərt deyil. Çünki bir çox alimləri cəhənnəmə aparan onların elmi olur. Yalnız o elm faydalıdır ki, insanın mə`nəvi yüksəlişinə xidmət edir. Elm insanı şübhə burulğanından keçirir və onun əqidəsini sabit edir.

2.İkinci mühüm məsələ insanın əldə etdiyi elm və mə`rifəti ardıcıl şəkildə xatırlamasıdır. Əgər insan istəyirsə ki, qazandığı elm və mə`rifətdən bəhrə götürsün onları diri saxlamalıdır. Bir növ “sandıqda saxlanan” elm çətin anlarda insanın əlindən tuta bilmir. İnsan yalnız diqqət mərkəzində saxladığı elmlərdən faydalanır. İnsan “Əllahu əkbər” sözləri haq-qında yalnız ilk dəfə eşitdiyi zaman maraqlanıb sonra ömür boyu bu sözü kor-koranə təkrar edərsə yetərincə faydalana bilməz. Amma hər dəfə “Əllahu əkbər” deyərkən Allahın böyüklüyü barədə düşünən insan öz imanını gücləndirir. Gün uzunu namazlarda bu sözlərin deyilməsinin vacib buyurulması insanın təkamülü ilə əlaqədardır.

İnsan zehni daimən dəyişkən haldadır. Zehnin qəbul etdiyi hər bir mə`lumat özündən əvvəlki mə`lumatı ikinci plana keçirir. Öz biliklərini təkrar etməyən insan həmin biliklərdən istifadə etmək gücündə deyil. Vacib buyurulmuş beş vaxt namazın fəlsəfəsi də daimi olaraq insana Allahı xatırlatmaqdır. Bir biliyin təkrarı həmin biliyin insan zehnində daha fəal mövqe tutmağına səbəb olur.

“Ali-İmran” surəsinin 191-ci ayəsində insan üçün mümkün olan üç hal zikr olunur. İnsan ya oturur, ya durur, ya da uzanır. Ayədə insanın nəzərinə çatdırılır ki, insan bütün vəziyyətlərdə Allahı zikr etməlidir.

Demək, imanın ilk ünsürünü gücləndirmək üçün iki iş görmək lazımdır: yetərli dəlillərə malik olmaq və bu mə`rifəti diri saxlamaq. Şübhə bazarının gur olduğu dövrümüzdə elmi dəlillərin əhəmiyyəti çox böyükdür. Dünyada insanları dini əqidədən uzaqlaşdırmaq missiyası daşıyan nəhəng təşkilatlar fəaliyyət göstərir. Əqidəsi bünöv-rəsiz olan savadsız insanlar Allah eləməmiş bu təşkilatların hədəfinə çevrilərsə bir anda imanını itirər. Yetərli dəlillərə malik olanlar üçün isə belə bir təhlükə yoxdur.


İMAN VƏ İRADƏNİN QARŞILIQLI ƏLAQƏSİ VƏ BU YOLLA İMANIN GÜCLƏNDİRİLMƏSİ


İmana mühüm tə`sir göstərən ikinci amil insanın istək və iradəsidir. İnsan həqiqəti tanıdıqdan sonra bu həqiqət qarşısında təslim olmazsa imana nail ola bilməz. Çox vaxt insan həqiqəti anlasa da onu inkar edir. Demək, imanı gücləndirməkdən ötrü ilk öncə onu qəbul etmək ruhiyyəsini gücləndirmək lazımdır.

Sual oluna bilər ki, insan bildiyi həqiqətə nə üçün boyun əyməməlidir? Çünki həqiqəti qəbul edən insan bir çox istəklərindən əl çəkməlidir. Həm nəfs, həm də həqiqət qarşısında eyni zamanda əyilmək qeyri-mümkündür. Elə buna görə də çoxları nəfs istəklərinə üstünlük verir. Həqiqəti ötəri həvəslərə qurban vermək ağılsızlıq olsa da insan bu yolu gedir. Qur`ani-kərim buna misal olaraq Fir`on ardıcıllarını göstərir.1 Əgər onlar Həzrət Musanın (ə) də`vətini qəbul edərdilərsə öz zül və sitəmlərindən əl çəkməli olacaqdılar. Onlarınsa belə bir fikri yox idi.

Həqiqət qarşısında təslim olmaq üçün istək və meyllər qarşısında məhdudiyyət qoymaq zəruridir. Bu həqiqətə zidd olan istəklərdən isə bir dəfəlik əl çəkmək lazımdır. Körpə uşağın qarşısında günah etməkdən çəkinən insan Allahın hüzurunda olduğunu dərk edərsə günaha necə yol verər? Bunun səbəbi günahdan gələn ləzzətin Allahı unutdur-masıdır. Rəvayətlərdə bildirilir ki, bə`zi günahlar insandan iman ruhunu alar və onu mö`minlər cərgəsindən çıxarar. Amma bir müddət sonra insan itaətsizlik halından çıxar və iman ruhu yenidən ona qayıdar.1 Deyilənlərdən belə mə`lum olur ki, günahla iman bir araya sığmır. İman dildə “Allah” demək yox, Allah qarşısında təslim olmaqdır. Allahın hüzurunda olduğuna inanan insan ən azı günaha cür`ət etməməlidir. Qiyamət sorğusuna əmin olan insan günaha yol verə bilməz. Günah edən insan ən azı bu günah müddətində Allahı yadından çıxarır.

İmanın birinci amili olan mə`rifəti güclən-dirmək üçün, qeyd edildi ki, elmlə məşğul olub həqiqəti anlamaq lazımdır. Bildiklərimizi unutmamaq üçün təkrar etməyimiz çox zəruridir. Amma bütün bunlar həqiqətlərin qəlbən qəbulu və təslimçilik üçün müqəddimədir. Əsas çətinlik məhz imanın ikinci amili olan təslimçilik ruhiyyəsini yaratmaqdır. Çoxları Allahın varlığın bilir, amma öz bəndəlik vəzifələrinə əməl etmir. Bilirik ki, namaz vacibdir və Allahın əmridir. Amma namaz qılmağa rəğbət-sizik. Qulağımıza Qur`an sədaları dəysə də bu sədalardan sevinc duymuruq. Əgər televizorun bir kanalında Qur`an tilavəti, o birində kinofilm göstərilirsə ikinciyə üstünlük veririk. Allahı sevən insan necə olur ki belə bir seçim edir? Bəlkə, heç belə bir məhəbbət mövcud deyil? “Zumər” surəsinin 45-ci ayəsində buyurulur: Allah bir olaraq xatırlandığı zaman axirətə iman gətirməyənlərin qəlbləri sıxılar”. Bu ayəni diqqətlə təhlil etmək çox mühümdür. Nə üçün bə`ziləri Allahın adından ləzzət almır, hətta bə`ziləri bu adı eşidərkən qəzəblənirlər? Diqqət edin, buyurulur ki, bu insanların axirətə inamı yoxdur. Yə`ni insan Allahı yox, təkcə axirəti də inkar edə bilir. Demək, nəfsin cilovunu yığıb, onun istədiyi istiqamətdə çapmağağının qarşısı alınmalıdır. Nəfsi cilovlamaq elə də asan iş deyil və bundan ötürü bə`zi hazırlıqlara ehtiyac var. Bu işdə sadədən mürəkkəbə doğru hərəkət etmək lazımdır. Nəfsi addım-addım itaətə gətirmək lazımdır. Ona birdən-birə ağır tələblər irəli sürülərsə qısa müddətdən sonra öz üsyankar vəziyyətinə qayıdacaqdır. Nəfsi Allahla ünsiyyət, zikr və Qur`ana sövq etmək üçün çox incə bir proqram hazırlamaq lazımdır. Ümid edək ki, Allah-təalanın yardımı, Qur`an və Əhli-beytin göstərişləri vasitəsi ilə belə proqram hazırlayacaq, təkamül yolunda bir addım qabağa gedə biləcəyik. Özünütərbiyə günbə-gün Allaha yaxınlaşmaqdan ibarətdir. Bu məqsədə nail olmaq üçün imanın ikinci ünsürü haqqında ətraflı danışacağıq.




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin