ÖN SÖZ Bildiyimiz kimi Xocalı faciəsinin 25-ci ildönümü münasibətilə hörmətli prezidentimiz İlham Əliyev tərəfindən 24 yanvar 2017-ci il tarixində sərəncam imzalanmışdır. Xocalı faciəsinin 25-ci ildönümü münasibəti ilə bir sıra müəssisələrlə yanaşı kitabxanalarda da silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur. Kitabxanalarda keçiriləcək tədbirlər zamanı kitabxanaçılar oxucuları marifləndirərkən daha çox torpaqlarımızın 20 faizinin işğal altında olmağından, ermənilərin Xocalıda törətdikləri vəhşiliklər haqqında məlumat nəzərdə tutulur.