Xocalı qan ağlayır” ( metodiki vəsait ) Biləsuvar – 2017



Yüklə 44,19 Kb.
səhifə3/10
tarix01.01.2022
ölçüsü44,19 Kb.
#103394
1   2   3   4   5   6   7   8   9   10
XOCALI -25

Ərazisi -0,936 min kv.km

Əhalisi - 25000 min nəfər.

Ey Dünya, qalx ayağa!

Bu gecə qan tökülüb.

O gördüyün qanlı çay

Xocalıdan süzülüb.

Bəşər tarixində ən dəhşətli hadisələrdən biri olan Xocalı soyqırımının törədilməsindən bizi 25 illik bir zaman məsafəsi ayırır. O gecədən ki, təpədən –dırnağa qədər silahlanmış erməni quldur dəstələri Qarabağımızın Xankəndi bölgəsində yerləşdirilmiş 366-cı rus alayı ilə birlikdə Xocalını yandırıb külünü göyə sovurdular. Əliyalın dinc sakinləri qəddarcasına qətlə yetirdilər. Girov götürdüklərini təhqir və həqarətlərə , zülm və işgəncələrə məruz qoydular.

Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Xocalı şəhərini büsbütün məhv edərək , insanlığa silinməz ləkə olan soyqırım aktını törətdilər. Cəmi bir neçə saat ərzində 613 nəfər dinc azərbaycanlı , o cümlədən 63 uşaq , 106 qadın ,70 qoca qəddarcasına , dözülməz işgəncələrlə öldürülmüş , 487 nəfərə ağır xəsarət yetirilmiş, 1275 sakin – köməksiz, qadınlar girov götürülərək, ağlasığmaz zülmə , təhqir və həqarətə məruz qocalar qalmışlar. Erməni hərbiçiləri öldürdükləri insanların başlarının dərisini soymuş , müxtəlif əzalarını kəsmiş , körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmışlar..

Xocalı ilk dəfə hələ ötən əsrin əvvələrində , 1905-ci ildə ermənilər tərəfindən yandırılaraq külə döndərilmiş, əhalisi vəhşicəsinə qılıncdan keçirilərək, qanına qəltan edilmişdir. Onun doğma yurd həsrəti ilə qovrulan didərgin sakinləri ara səngiyəndən sonra öz ata –baba torpaqlarının yaralarını sağaltmaq, dağıdılmışları bərpa etmək, yıxılmışları ayağa qaldırmaq üçün yenidən geri qayıtmışlar. Ermənilər ikinci dəfə Xocalını 1918-ci ildə yandırıb, külünü havaya sovurdular. Amansız qırğınlar, dəhşətli faciələr, başsız qalan ailələr, qırılmış qocalar uşaqlar, gəlinlər cavan igidlər gözü yaşlı qalan anaların bu millət anlamından kənardan qalan insan cildindəki iblisləri yenə də susdura bilmədi.

1992- ci ilin fevralın 25-dən 26-na keçən gecə üçüncü dəfə Xocalıda törədilən daha dəhşətli soyqırım . İlahi , bu yaşanmış acıları ifadə etmək qeyri- mümkündür. Bu haqda nə qədər yazsaq belə ürəyimizdəki bu dəhşət ,ağrı , kin-küdurət, intiqam hissi yenə də susmaq bilmir və bilməyəcək də.

Azərbaycan xalqına qarşı misli görünməmiş bu soyqırım , kütləvi və amansız qırğın aktı , erməni qəsbkarlarının ölkəmizin dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəf almış məqsədyönlü irticaçı siyasətinin növbəti qanlı səhifəsi olmaqla təkcə xalqımıza deyil , bütün insanlığa qarşı irimiqyaslı cinayət işi idi.

Erməni təcavüzü nəticəsində respublikamızın 900 yaşayış məntəqəsi zəbt edilmiş , 4366 sosial obyekt , 690 məktəb , 280 uşaq bağçası, 862 klub, 932 kitabxana, 1831 kino qurğusu , 855 məktəbəqədər müəssisə , 656 poliklinka, ambulatoriya, aptek və digər tibb müəssisəsi , xalqın ibadət yeri olan 10 məscid dağıdılmış, Ermənistandan qovulmuş soydaşlarımızın 380 kəndi zəbt edilmiş və əhalisinin bütün var-dövləti orada qalmışdır. Respublikamıza təxminən 30 milyard ABŞ dollarından artıq məbləğdə ziyan dəymişdir.

Ağdam , Şuşa , Laçın istiqamətinə çıxan yollar əvvəlcədən ZTR-lərlə , tanklarla kəsilmişdi. Ölümün pəncəsindən xilas olmaq üçün meşələrə .dağlara , dərələrə üz tutub pərən- pərən olmuş adamları güllələyirdilər. Ana baladan ,bacı qardaşdan ayrı düşmüşdü.

Köməksiz adamların harayı ərşə qalxırdı. Bu harayın içində tövlələrdə yandırılan atların kişnəməsi , mal-qaranın mələməsi də eşidilirdi. Düşmən olduqca amansız idi. Bu məqamda heç kim Xocalının imdadına çata bilməmişdi.. Xocalı qan içində boğulurdu. Birtəhər canlarını vəhşi quldurların əlindən qurtarmağa cəhd edən zavallı xocalılar meşələrə çəkilmişdi. Dan yeri təzəcə söküləndə soyuqdan donmuş adamlar, yaralarının ağrısını unutmuş, qocalar, dodaqları çat - çat olmuş körpələr yanaqları şırım- şırım edilmiş gəlinlər və qızlar meşədən çıxmaqla güclü güllə yağışına düşdülər.

Fevralın 27-də Xocalıda 250-300 nəfər Ağdama gələ bilmişdi. Dəhşətli xəbərlər eşidilirdi. Bu dözülməz dəhşətləri gözlərilə görən şəhidlər deyirdilər ki, Yarov kəndi tərəfdə 300 , Ağbulaqda 500, Əsgəranda 150, Naxçıvanikdə 400 nəfər əsir düşmüşlər qadın və uşaq meyitləriilə dolu idi.

Azərbaycan xalqı torpaqlarımızın müdafiəsi uğrunda gedən müharibələrdə çox şəhid və qurbanlar vermişdir. Ancaq Xocalı faciəsi qan yaddaşımıza xüsusi yazıldı. Ulu öndərimiz Heydər Əliyev Xocalı soyqırımı haqqında belə söyləmişdir:

“ Bu bir tərəfdən hər bir Xocalı sakininin öz torpağına , millətinə , vətəninə, sədaqətinin nümunəsidir, ikinci tərəfdən də ermənistanın millətçi, vəhşi qüvvələri xocalılara qarşı edilən soyqırımdır. ” Xocalı erməni qaniçənlərinin yolu üstündə böyük maneəyə çevrilmişdi. Xocalı özünün coğrafi mövqeyinə görə Dağlıq Qarabağda həm magistral şosse yolunun, həm də dəmir yolunun üstündə yerləşirdi. Hava limanı da Xocalıda yerləşirdi. Buna görə də ermənilər hər vəchlə Xocalını ələ keçirməyə çalışırdılar.
Xocalıda köməksiz uca qalam yarılıb,

Günahsız körpə qoca ana, bacı qırılıb.

İçirək öz qanını , arxalı köpək itə,

Qala bilməz nahaq qan .bu qisas qiyamətə.


Xocalı müsibətinin günahsız qurbanlarının acı taleyi heç vaxt unudulmayacaq, onların xatirəsi qəlblərdə əbədi yaşayacaqdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!




Yüklə 44,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin