(işıqlar sönür kinoproeklə xocalı faciəsi nümayiş etdirilir.)
Aktyorun ifasında:
Xocalıdan səs gəldi, kömək edin amandır
Güllələrin səsindən od tutdu aləm yandı
Tənha qaldı Xocalı, kömək edən olmadı
Dağıldı şəhər bütün ,ondan əsər qalmadı
Erməni, Rus ordusu basqın etdi qəflətən
Qadın ,qoca ,uşağı qətlə yetirdi birdən
Bələkdəki körpələr süngülərə taxıldı
Günahsız insan qanı su yerinə axırdı
Adamların qanıyla yuyuldu ana torpaq
İşgəncələr verildi o gün xalqıma allah
Güllələndi millətim, tapdalandı qeyrətim
Xocalıda o gecə
Aparıcı: Şəhər təpədən dırnağacan silahlanmış erməni dviziyası qarşısında əliyalın qalmışdır. Lakin fədakar Xocalı sakinləri bütün çətinliklərə sinə gərir,döyüşür və ümidlə kömək gözləyirdi.İmdad diləyən Xocalı sakinləri hər dəfə fəryad çəkdikcə onların səsləri Qarabağ dağlarında əks səda verib özlərinə qayıdırdı.
Dostları ilə paylaş: |