Aktyorun ifasında: ( bayatı üstündə həzn ifa üstündə)
Elatım elim haray
Qan ağlar dilim haray
Nə gələnvar, nə gedən
Bağlanıb yolum haray
Qaşların qarasından
Oxlandım arasından
Xocalı can istədi
Qan sızır yarasından
Aktyorun ifasında:
O gecə göylər yerə narın qar ələyirdi
Sanki tanrısı yeri qüdrətindən biçdiyi
Kəfənə bələyirdi.
Qəfil güllə səsindən oyandı xocalılar
O gecə
Sükut qana boyandı,ahlar yaratdı qorxu
Ölüm adlı bir qorxu, sonsuz əbədi yuxu
Yumdu vətən gözünü
Aparıcı: O gecə
Atanın balasından, oğlun anasından
Utandığı gecəyidi
O gün yağı düşmənin
Allahını dandığı,kinlə silahlandığı
Ən iyrənc gecə idi
O gecə Necə idi?
Bunu bir allah bilir ,birdə orda çəkilən
Orda donan ah bilir.
Aparıcı: Hələ ki, o şaxtaya əsirdir donan ahlar
Hələ ki, yuyulmayıb
O qırmızı günahlar.
Hələ ki,yaşayırıq, bu dərdi ana- ana
Anam Azərbaycana vurulan bu ləkələri
Silənədək yaşayaq.
Xocalının adını ordaca dəfn olunan
Uşaq, qoca , qadını yurdumun xoş gününə
Bükənədək yaşayaq.
Aparıcı: İnsanlığa yaxılan bu ləkə silinməyə
Kimin haqlı , ya haqsız olduğu bilinməyə
Çox zaman qalmayıbdır.
Kim cəza almayıbdır? Tökdüyü qana görə
O gecə goylər yerə nifrət ilə baxırdı
O gecə yerdən yerə insan qanı axırdı
Xocalı dəhşətinə ağlaram yana –yana
Burda bir soy məhv olub, insan qıyıb insana
Necə insan deyim bu lənətlənmiş şeytana
Yox, insan belə olmur
Aparıcı: Bir iltək Xocalıda o gecə cox uzandı
Zaman dondu şaxtada, vaxt axsadı, yubandı
Şəhər səhərə qədər, allah tamam talandı
Yox , insan belə olmur.
Neçə gülçöhrələri tikanlarla cızdılar
Düşmənlər bu oyunda mənliyi unutdular
İnsanlığın adına qara hərif yazdılar
Yox, insan belə olmur
Aparıcı: Ağappaq qarın üstə qan qırmızı ləkə idi
O gün insanlıq ölən, ruhlar sönən gün idi
İnsanı düşündükcə dərdim birə min idi
Yox, insan belə olmur.
: Fələyin həyasıydı, qar üstə qan ləkəsi
Tanrısına çatmadı o gün insan tikəsi
Necə də yaman imiş yaman qonşu hikkəsi
Yox, insan belə olmur.
Aparıcı: Qorxulu düşmənimin adəm gələndən bəri
Etdiyini etməyib heç bir insan əlləri
Dünya, aç gözünü, gör bu həqiqətləri
Yox, insan belə olmur.
: Qar deyil ki, günəş vura əriyə
Yara deyil məlhəm çəkəm giriyə
Dağ çəkilən milyonlardan biriyəm
Kimə açım,kimə deyim bu dərd
Aparıcı Qanadlandı ölüm yüklü güllələr
Sinəmizdə çiçək açdı lalələr
Yaddan çıxmaz o gecəki nalələr
Kimə açım, kimə deyim bu dərdi.
: Topladılar yüz dərənin suyunu
Doldursunlar suya həsrət quyunu
Başımıza açdılar min oyunu
Kimə açım, kimə deyim bu dərdi.
Aparıcı: Cana gəlir dünya mənim odumdan
Xəbəri yox taleyimdən, adımdan
Sıxılmaqdan adım çıxır yadımdan
Kimə açım, kimə deyim bu dərdi.
Tumarlanır bostanıma daş atan
Addımını əyri atan, çaş atan
O,silahlı,mən əlimdə quşatan
Kimə açım, kimə deyim bu dərdi.
Aparıcı Yurd yolunda min qurbanlıq baş durub
Hər addımda tarixləşən daş durub
Qarşımızda qar –boranlı qış durub
Kimə açım, kimə deyim bu dərdi.
: Çox Sərt gəldi fevralın 26-sı
Al qana qərq oldu bulaqlarda su
Qəfildən quruldu bu yurdun yası
Bir kəsə çatmadı səsim, Xocalı
Aparıcı: Od yağdı,el düşdü küyə, təşvişə
Nalələr, fəryadlar dirəndi ərşə
Allah da baxmadı bu haqsız işə
Titrədik bir əsim-əsim, Xocalı
Əzəldən əl atıb böhtana , şərə
Çaqqallar toplaşıb güc gəlir şirə
Matəmə büründü yurd birdən birə
Ötüşdü bir qəmli səsim ,Xocalı
Aparıcı: Nə görüb, nələri çəkməyib başın
Od tutdu o gecə torpağın, daşın
Dul qalmış gəlinin gözünün yaşın
Bəs necə qurudum, kəsim ,Xocalı
Dinmirəm gözümdə gilələnir yaş
Yadıma düşdükcə o gün, o savaş
Qız ana itirdi, qardaşı qardaş
Mən necə kiriyim, susum ,Xocalı
Söyləsəm bu dərdim dağlardan ağır
Namərdlər yoluma daş dığırladır
Dağıldın kəndbəkənd, çadırbaçadır
Bəs kimdən inciyim, küsüm, Xocalı
Aparıcı: Əldən əyri, ağıldan çaş,
Şeytanındır atılan daş
Dünya alt –üst olar qardaş
Bu qan yerdə qala bilməz
Şəhid ruhu, şəhid qanı
Şəhid bəyi , şəhid xanı
Sel –sel olar şəhid qanı
Bu qan yerdə qala bilməz
Məzar olar, beşik olar
Səngər olar, keşik olar
Bağrı dəlik- deşik olar
Bu qan yerdə qala bilməz
Dağ uçar, dərə tökülər
Şər suyu , şərə tökülər
Göy qopar, yerə tökülər
Bu qan yerdə qala bilməz
Tilovudu,qarmağıdı
Şər yoluna varmağıdı
Barmaq iblis barmağıdır
Bu qan yerdə qala bilməz
Haqqı nahaq yazanlar var
Qır qaynadan qazanlar var
Səbrimizi yozanlar var
Bu qan yerdə qala bilməz
Axtarın, tapın zatını
Öyrənin, yeddi qatını
Varaqlayın, həyatını
Bu qan yerdə qala bilməz
Nə köhləni, nə nalı var
Qana batmış bir halı var
Külə dönmüş Xocalı var
Bu qan yerdə qala bilməz
Aparıcı: Yurd –yuva həsrəti ilə sinəsi göynəyən, bağrı şan-şan olan,illərdən bəri gözləri qan- yaş tökən, dərd əkib, qəm biçən qatili tapılmayan, günahkarı bilinməyən, qanlı qisası qiyamətə qalan Xocalıların şəhid övladlarının nigaran ruhları hələ də haqq divanını gözləyirlər.
O gün uzaqda deyil.Bu gün Azərbaycan xalqı sabaha ümidlə baxır.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev işğal altında olan torpaqlarımızı sülh yolu ilə azad etmək üçün bütün imkanlardan istifadə edir. Günü-gündən gücləşən Milli ordumuz torpaqlarımızı erməni işğalından azad etmək ücün Ali Baş Komandanın əmrini gözləyir.
Dostları ilə paylaş: |