Xocalı qan ağlayır” ( metodiki vəsait )



Yüklə 106,48 Kb.
tarix26.03.2020
ölçüsü106,48 Kb.
#102390

Xocalı qan ağlayır”

( metodiki vəsait )


ÖN SÖZ 
Xocalı faciəsinin 27-ci ildönümü münasibəti ilə bir sıra müəssisələrlə yanaşı kitabxanalarda da silsilə

tədbirlərin keçirilməsi nəzərdə tutulur. Kitabxanalarda keçiriləcək tədbirlər zamanı kitabxanaçılar oxucuları marifləndirərkən daha çox torpaqlarımızın 20 faizinin işğal altında olmağından, ermənilərin Xocalıda törətdikləri vəhşiliklər haqqında danışmalıdırlar.. 



XOCALI -27

Ərazisi -0,936 min kv.km

Əhalisi - 25000 min nəfər.

Ey Dünya, qalx ayağa!

Bu gecə qan tökülüb.

O gördüyün qanlı çay

Xocalıdan süzülüb.

Bəşər tarixində ən dəhşətli hadisələrdən biri olan Xocalı soyqırımının törədilməsindən bizi 27 illik bir zaman məsafəsi ayırır. O gecədən ki, təpədən- dırnağa qədər silahlanmış erməni quldur dəstələri Qarabağımızın Xankəndi bölgəsində yerləşdirilmiş 366-cı rus alayı ilə birlikdə Xocalını yandırıb külünü göyə sovurdular. Əliyalın dinc sakinləri qəddarcasına qətlə yetirdilər. Girov götürdüklərini təhqir və həqarətlərə , zülm və işgəncələrə məruz qoydular.

Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Xocalı şəhərini büsbütün məhv edərək , insanlığa silinməz ləkə olan soyqırım aktını törətdilər. Cəmi bir neçə saat ərzində 613 nəfər dinc azərbaycanlı , o cümlədən 63 uşaq , 106 qadın ,70 qoca qəddarcasına , dözülməz işgəncələrlə öldürülmüş , 487 nəfərə ağır xəsarət yetirilmiş, 1275 sakin – köməksiz, qadınlar girov götürülərək, ağlasığmaz zülmə , təhqir və həqarətə məruz qocalar qalmışlar. Erməni hərbiçiləri öldürdükləri insanların başlarının dərisini soymuş , müxtəlif əzalarını kəsmiş , körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmışlar.. 

Xocalı ilk dəfə hələ ötən əsrin əvvələrində , 1905-ci ildə ermənilər tərəfindən yandırılaraq külə döndərilmiş, əhalisi vəhşicəsinə qılıncdan keçirilərək, qanına qəltan edilmişdir. Onun doğma yurd həsrəti ilə qovrulan didərgin sakinləri ara səngiyəndən sonra öz ata –baba torpaqlarının yaralarını sağaltmaq, dağıdılmışları bərpa etmək, yıxılmışları ayağa qaldırmaq üçün yenidən geri qayıtmışlar. Ermənilər ikinci dəfə Xocalını 1918-ci ildə yandırıb, külünü havaya sovurdular. Amansız qırğınlar, dəhşətli faciələr, başsız qalan ailələr, qırılmış qocalar uşaqlar, gəlinlər cavan igidlər gözü yaşlı qalan anaların bu millət anlamından kənardan qalan insan cildindəki iblisləri yenə də susdura bilmədi.

1992- ci ilin fevralın 25-dən 26-na keçən gecə üçüncü dəfə Xocalıda törədilən daha dəhşətli soyqırım . İlahi , bu yaşanmış acıları ifadə etmək qeyri- mümkündür. Bu haqda nə qədər yazsaq belə ürəyimizdəki bu dəhşət ,ağrı , kin-küdurət, intiqam hissi yenə də susmaq bilmir və bilməyəcək də.

Azərbaycan xalqına qarşı misli görünməmiş bu soyqırım , kütləvi və amansız qırğın aktı , erməni qəsbkarlarının ölkəmizin dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəf almış məqsədyönlü irticaçı siyasətinin növbəti qanlı səhifəsi olmaqla təkcə xalqımıza deyil , bütün insanlığa qarşı irimiqyaslı cinayət işi idi.

Erməni təcavüzü nəticəsində respublikamızın 900 yaşayış məntəqəsi zəbt edilmiş , 4366 sosial obyekt , 690 məktəb , 280 uşaq bağçası, 862 klub, 932 kitabxana, 1831 kino qurğusu , 855 məktəbəqədər müəssisə , 656 poliklinka, ambulatoriya, aptek və digər tibb müəssisəsi , xalqın ibadət yeri olan 10 məscid dağıdılmış, Ermənistandan qovulmuş soydaşlarımızın 380 kəndi zəbt edilmiş və əhalisinin bütün var-dövləti orada qalmışdır. Respublikamıza təxminən 30 milyard ABŞ dollarından artıq məbləğdə ziyan dəymişdir.

Ağdam , Şuşa , Laçın istiqamətinə çıxan yollar əvvəlcədən ZTR-lərlə , tanklarla kəsilmişdi. Ölümün pəncəsindən xilas olmaq üçün meşələrə .dağlara , dərələrə üz tutub pərən- pərən olmuş adamları güllələyirdilər. Ana baladan ,bacı qardaşdan ayrı düşmüşdü.

Köməksiz adamların harayı ərşə qalxırdı. Bu harayın içində tövlələrdə yandırılan atların kişnəməsi , mal-qaranın mələməsi də eşidilirdi. Düşmən olduqca amansız idi. Bu məqamda heç kim Xocalının imdadına çata bilməmişdi.. Xocalı qan içində boğulurdu. Birtəhər canlarını vəhşi quldurların əlindən qurtarmağa cəhd edən zavallı xocalılar meşələrə çəkilmişdi. Dan yeri təzəcə söküləndə soyuqdan donmuş adamlar, yaralarının ağrısını unutmuş, qocalar, dodaqları çat - çat olmuş körpələr yanaqları şırım- şırım edilmiş gəlinlər və qızlar meşədən çıxmaqla güclü güllə yağışına düşdülər.

Fevralın 27-də Xocalıda 250-300 nəfər Ağdama gələ bilmişdi. Dəhşətli xəbərlər eşidilirdi. Bu dözülməz dəhşətləri gözlərilə görən şəhidlər deyirdilər ki, Yarov kəndi tərəfdə 300 , Ağbulaqda 500, Əsgəranda 150, Naxçıvanikdə 400 nəfər əsir düşmüşlər qadın və uşaq meyitləriilə dolu idi.

Azərbaycan xalqı torpaqlarımızın müdafiəsi uğrunda gedən müharibələrdə çox şəhid və qurbanlar vermişdir. Ancaq Xocalı faciəsi qan yaddaşımıza xüsusi yazıldı. Ulu öndərimiz Heydər Əliyev Xocalı soyqırımı haqqında belə söyləmişdir:

Bu bir tərəfdən hər bir Xocalı sakininin öz torpağına , millətinə , vətəninə, sədaqətinin nümunəsidir, ikinci tərəfdən də ermənistanın millətçi, vəhşi qüvvələri xocalılara qarşı edilən soyqırımdır. ”

Xocalı erməni qaniçənlərinin yolu üstündə böyük maneəyə çevrilmişdi. Xocalı özünün coğrafi mövqeyinə görə Dağlıq Qarabağda həm magistral şosse yolunun, həm də dəmir yolunun üstündə yerləşirdi. Hava limanı da Xocalıda yerləşirdi. Buna görə də ermənilər hər vəchlə Xocalını ələ keçirməyə çalışırdılar. Xocalı müsibətinin günahsız qurbanlarının acı taleyi heç vaxt unudulmayacaq, onların xatirəsi qəlblərdə əbədi yaşayacaqdır.


Qan yaddaşımız ! 

Bunları yadda saxla: 
1991 ci il 26 dekabr. Xankəndinin işğalı (sahəsi 1048 kv.km, əhalisi ---57 000) 

1992 ci il 26 fevral. Xocalının işğalı (sahəsi 0,936 kv.km, əhalisi --- 25000min nəfər) 

1992 ci il 8 may Şuşanın işğalı(sahəsi 0,29 min kv.km, əhalisi --- 29, 0min nəfər) 

1992 ci il 18 may Laçının işğalı (sahəsi1,84 min.kv.km əhalisi --- 73.1min nəfər) 

1992 ci il 2 oktyabr Xocavəndin işğalı (sahəsi 1,46min. kv.km əhalisi --- 41,8min nəfər) 

1993 cü il 3-4 aprel Kəlbəcərin işğalı (sahəsi 3054 kv.km əhalisi --- 79, 0 min nəfər) 

1993 cü il 7 iyul Ağdərənin işğalı (sahəsi1700 kv.km əhalisi --- 47 000) 

1993 cü il 23 iyul Ağdamın işğalı (sahəsi1,15 min.kv.km, əhalisi ---177,6min nəfər 

1993 –cü il 23 avqust Cəbrayılın işğalı (sahəsi 1,050min kv.km, əhalisi 71.5 min nəfər.) 

1993 –cü il 23 avqust Füzulinin işğalı (sahəsi 1,39 min kv.km, əhalisi --- 113.7 min nəfər) 

1993 –cü il 31 avqust Qubadlının (sahəsi 802 kv.km, əhalisi --- 38,1min nəfər) 

1993 -cü il 29 oktyabr Zəngilanın işğalı (sahəsi 0,71 min kv.km, əhalisi 39,8 min nəfər.) 
Bu tarixlər bizdə intiqam almaq, vətən torpaqlarını murdar erməni işğalçılarının tapdağından xilas etmək üçün tarixi yaddaş olmalıdır. Çünki bu tarixləri unutsaq özümüz də millət olaraq unudularıq. 

Xocalı facıəsinin 27- ci ildönümü ilə əlaqədar kitabxanalarda keçirilən tədbirlər

Bu dəhşətli faciədən 27 il keçir. Bütün Azərbaycan xalqı bu faciəni ürək ağrısıyla öz qəlbində yaşadır. Hər bir azərbaycanlının ürəyində bu faciə XX əsrin faciəsinə çevrilib.Xocalı faciəsinin 27-ci ildönümü münasibəti ilə bir sıra müəssisələrlə yanaşı kitabxanalarda da silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur. Kitabxanalarda keçiriləcək tədbirlər zamanı kitabxanaçılar oxucuları marifləndirərkən daha çox torpaqlarımızın 20 faizinin işğal altında olmağından, ermənilərin Xocalıda törətdikləri vəhşiliklər haqqında məlumat nəzərdə tutulur.

Kitabxanada vətənpərvərlik mövzusunda keçirilən tədbirlər gənclərin,məktəblilərin, tərbiyəsində, milli ruhda böyüməsində mühüm rol oynayır. Eyni zamanda bu tədbirlər gənclərdə düşmənə qarşı nifrət, torpağa məhəbbət hissini gücləndirir.Bütün bununla yanaşı həmçinin kitabxanada Xocalıya aid ədəbi –bədii kompazisiya keçirmək olar. ”Xocalı qan ağlayır”adlı kompozisiyanın ssenarisini təqdim edirik.

26 fevral – Xocalı faciəsinə həsr olunmuşXocalı qan ağlayır”ədəbi-bədii kompozisiyanın ssenarisi. 

Aparıcı: Əziz soydaşlarımız! Yaxşı qulaq asınbu qanlı, ibratəmiz faciəv hekayətə. Onu yaddaşınıza həkk eyləyin dostunuza, yoldaşınıza danışın, oğlunuza, qızınıza nəql eyləyin. Qoy gələcək nəsillər xalqımızın başına gətirilən bu müsibətləri, Xocalı harayını, Xocalı məşhərini, Xocalı genosidini heç zaman unutmasınlar.Dostunu, düşmənini ayırd etsinlər.Bu qətilyam azərbaycan xalqının tarixində qanla yazılmış bir səhifədir.

1992-ci ilin fevral ayının25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Rus ordusunun 366-cı moto atıcı alayının köməyi ilə qəflətən Xocalı şəhərinə hücum etdi.XX əsrin ən böyük faciələrindən olan Xocalı soyqırımı baş verdi.Əslində bu tarixən azərbaycanlılara qarşı aparılmış soyqırım siyasətinin növbəti davamı idi.




(işıqlar sönür kinoproeklə xocalı faciəsi nümayiş etdirilir.) 

Aktyorun ifasında:

Xocalıdan səs gəldi, kömək edin amandır

Güllələrin səsindən od tutdu aləm yandı

Tənha qaldı Xocalı, kömək edən olmadı

Dağıldı şəhər bütün ,ondan əsər qalmadı

Erməni, Rus ordusu basqın etdi qəflətən

Qadın ,qoca ,uşağı qətlə yetirdi birdən

Bələkdəki körpələr süngülərə taxıldı

Günahsız insan qanı su yerinə axırdı

Adamların qanıyla yuyuldu ana torpaq

İşgəncələr verildi o gün xalqıma allah

Güllələndi millətim, tapdalandı qeyrətim

Xocalıda o gecə 
Aparıcı: Şəhər təpədən dırnağacan silahlanmış erməni dviziyası qarşısında əliyalın qalmışdır. Lakin fədakar Xocalı sakinləri bütün çətinliklərə sinə gərir,döyüşür və ümidlə kömək gözləyirdi.İmdad diləyən Xocalı sakinləri hər dəfə fəryad çəkdikcə onların səsləri Qarabağ dağlarında əks səda verib özlərinə qayıdırdı. 
Aktyorun ifasında: ( bayatı üstündə həzn ifa üstündə) 
Elatım elim haray

Qan ağlar dilim haray

Nə gələnvar, nə gedən

Bağlanıb yolum haray


Qaşların qarasından

Oxlandım arasından

Xocalı can istədi

Qan sızır yarasından


Aktyorun ifasında:

O gecə göylər yerə narın qar ələyirdi

Sanki tanrısı yeri qüdrətindən biçdiyi

Kəfənə bələyirdi.

Qəfil güllə səsindən oyandı xocalılar

O gecə 

Sükut qana boyandı,ahlar yaratdı qorxu

Ölüm adlı bir qorxu, sonsuz əbədi yuxu

Yumdu vətən gözünü 
Aparıcı: O gecə

Atanın balasından, oğlun anasından

Utandığı gecəyidi

O gün yağı düşmənin

Allahını dandığı,kinlə silahlandığı

Ən iyrənc gecə idi

O gecə Necə idi?

Bunu bir allah bilir ,birdə orda çəkilən

Orda donan ah bilir.

Aparıcı: Hələ ki, o şaxtaya əsirdir donan ahlar

Hələ ki, yuyulmayıb

O qırmızı günahlar.

Hələ ki,yaşayırıq, bu dərdi ana- ana

Anam Azərbaycana vurulan bu ləkələri

Silənədək yaşayaq.

Xocalının adını ordaca dəfn olunan

Uşaq, qoca , qadını yurdumun xoş gününə

Bükənədək yaşayaq.


Aparıcı: İnsanlığa yaxılan bu ləkə silinməyə

Kimin haqlı , ya haqsız olduğu bilinməyə

Çox zaman qalmayıbdır.

Kim cəza almayıbdır? Tökdüyü qana görə

O gecə goylər yerə nifrət ilə baxırdı

O gecə yerdən yerə insan qanı axırdı

Xocalı dəhşətinə ağlaram yana –yana

Burda bir soy məhv olub, insan qıyıb insana

Necə insan deyim bu lənətlənmiş şeytana

Yox, insan belə olmur

Aparıcı: Bir iltək Xocalıda o gecə cox uzandı

Zaman dondu şaxtada, vaxt axsadı, yubandı

Şəhər səhərə qədər, allah tamam talandı

Yox , insan belə olmur.

Neçə gülçöhrələri tikanlarla cızdılar

Düşmənlər bu oyunda mənliyi unutdular

İnsanlığın adına qara hərif yazdılar

Yox, insan belə olmur

Aparıcı: Ağappaq qarın üstə qan qırmızı ləkə idi

O gün insanlıq ölən, ruhlar sönən gün idi

İnsanı düşündükcə dərdim birə min idi

Yox, insan belə olmur.

: Fələyin həyasıydı, qar üstə qan ləkəsi

Tanrısına çatmadı o gün insan tikəsi

Necə də yaman imiş yaman qonşu hikkəsi

Yox, insan belə olmur.

Aparıcı: Qorxulu düşmənimin adəm gələndən bəri

Etdiyini etməyib heç bir insan əlləri

Dünya, aç gözünü, gör bu həqiqətləri

Yox, insan belə olmur.

: Qar deyil ki, günəş vura əriyə

Yara deyil məlhəm çəkəm giriyə

Dağ çəkilən milyonlardan biriyəm

Kimə açım,kimə deyim bu dərd

Aparıcı Qanadlandı ölüm yüklü güllələr

Sinəmizdə çiçək açdı lalələr

Yaddan çıxmaz o gecəki nalələr

Kimə açım, kimə deyim bu dərdi.

: Topladılar yüz dərənin suyunu

Doldursunlar suya həsrət quyunu

Başımıza açdılar min oyunu

Kimə açım, kimə deyim bu dərdi.

Aparıcı: Cana gəlir dünya mənim odumdan

Xəbəri yox taleyimdən, adımdan

Sıxılmaqdan adım çıxır yadımdan

Kimə açım, kimə deyim bu dərdi.

Tumarlanır bostanıma daş atan

Addımını əyri atan, çaş atan

O,silahlı,mən əlimdə quşatan

Kimə açım, kimə deyim bu dərdi.

Aparıcı Yurd yolunda min qurbanlıq baş durub

Hər addımda tarixləşən daş durub

Qarşımızda qar –boranlı qış durub

Kimə açım, kimə deyim bu dərdi.

: Çox Sərt gəldi fevralın 26-sı

Al qana qərq oldu bulaqlarda su

Qəfildən quruldu bu yurdun yası

Bir kəsə çatmadı səsim, Xocalı

Aparıcı: Od yağdı,el düşdü küyə, təşvişə

Nalələr, fəryadlar dirəndi ərşə

Allah da baxmadı bu haqsız işə

Titrədik bir əsim-əsim, Xocalı

Əzəldən əl atıb böhtana , şərə

Çaqqallar toplaşıb güc gəlir şirə

Matəmə büründü yurd birdən birə

Ötüşdü bir qəmli səsim ,Xocalı

Aparıcı: Nə görüb, nələri çəkməyib başın

Od tutdu o gecə torpağın, daşın

Dul qalmış gəlinin gözünün yaşın

Bəs necə qurudum, kəsim ,Xocalı

Dinmirəm gözümdə gilələnir yaş

Yadıma düşdükcə o gün, o savaş

Qız ana itirdi, qardaşı qardaş

Mən necə kiriyim, susum ,Xocalı

Söyləsəm bu dərdim dağlardan ağır

Namərdlər yoluma daş dığırladır

Dağıldın kəndbəkənd, çadırbaçadır

Bəs kimdən inciyim, küsüm, Xocalı

Aparıcı: Əldən əyri, ağıldan çaş,

Şeytanındır atılan daş

Dünya alt –üst olar qardaş

Bu qan yerdə qala bilməz

Şəhid ruhu, şəhid qanı

Şəhid bəyi , şəhid xanı

Sel –sel olar şəhid qanı

Bu qan yerdə qala bilməz

Məzar olar, beşik olar

Səngər olar, keşik olar

Bağrı dəlik- deşik olar

Bu qan yerdə qala bilməz

Dağ uçar, dərə tökülər

Şər suyu , şərə tökülər

Göy qopar, yerə tökülər

Bu qan yerdə qala bilməz
Tilovudu,qarmağıdı

Şər yoluna varmağıdı

Barmaq iblis barmağıdır

Bu qan yerdə qala bilməz 


Haqqı nahaq yazanlar var

Qır qaynadan qazanlar var

Səbrimizi yozanlar var

Bu qan yerdə qala bilməz

Axtarın, tapın zatını

Öyrənin, yeddi qatını

Varaqlayın, həyatını

Bu qan yerdə qala bilməz


Nə köhləni, nə nalı var

Qana batmış bir halı var

Külə dönmüş Xocalı var

Bu qan yerdə qala bilməz

Aparıcı: Yurd –yuva həsrəti ilə sinəsi göynəyən, bağrı şan-şan olan,illərdən bəri gözləri qan- yaş tökən, dərd əkib, qəm biçən qatili tapılmayan, günahkarı bilinməyən, qanlı qisası qiyamətə qalan Xocalıların şəhid övladlarının nigaran ruhları hələ də haqq divanını gözləyirlər.

O gün uzaqda deyil.Bu gün Azərbaycan xalqı sabaha ümidlə baxır.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev işğal altında olan torpaqlarımızı sülh yolu ilə azad etmək üçün bütün imkanlardan istifadə edir. Günü-gündən gücləşən Milli ordumuz torpaqlarımızı erməni işğalından azad etmək ücün Ali Baş Komandanın əmrini gözləyir. 



(Koroğlu uverturası səslənir Azərbaycanın üçrəngli bayrağı səhnəyə gəlir) 
Uzanır danışıqlar, imzalanır sənədlər.

Xəritədə aləmə göstərilir sərhədlər.

Səsimizə səs verir dünya başbilənləri;

Ümid sənədir ancaq, Azərbaycan əsgəri!


Dəyirmi masalarda izi var dirsəklərin


Ağla sığan söhbəti,sözü var dəstəklərin. 
Yardım bağlamasında özü var dəstəklərin, 
Lap ləl-cəvahir olsun hər yardımın dəyəri. 
Ümid sənədir ancaq,Azərbaycan əsgəri!!!! 

Diplomat cənabların hər biri hörmətlidir. 


Bu məqamda ölkəmə təşrifi qiymətlidir. 
Səyi təqdirə layiq ,rəyi  ədalətlidir. 
Gözdən-nəzərdən salan kimdir ki,bu işləri? 
Ümid sənədir ancaq,Azərbaycan əsgəri!!!! 
İşğal altında qalır torpağımız-daşımız,

Nələr görmür gözümüz, nələr çəkmir başımız....

Qarışıb bir-birinə baharımız-qışımız.

Çadır göstərmək olub hər çatana peşəmiz.

Sərgi olmasın deyə bu Mil-Muğan düzləri,

Ümid sənədir ancaq, Azərbaycan əsgəri!!!!

Ali qonaqlar gəlir dünyanın hər yerindən.

Ürək yanır, göz dolur Şəhid qəbirlərindən.

Düşünüb daşınıram, özlüyümdə dərindən;

İntiqam ala bilməz, məzarları bəzəyən ehtiram çiçəkləri

Ümid sənədir ancaq,Azərbaycan əsgəri!!!!

Söhbətlər çözələnir, bir şey görünmür hələ,

Heyyətlər təzələnir, bir şey görünmür hələ.

Müddətlər təzələnir, bir şey görünmür hələ.

Açılmır ki, açılmır düyünü bu torpağın.

Qov alışa bilərmi, od saçmasa çaxmağın?

İldırımlardan belə umma bu zərrələri,

Ümid sənədir ancaq, Azərbaycan əsgəri!!!!

Sülhə qurban kəsərəm, mən də qan istəmirəm!

Təzə-tər qərənfilli xiyaban istəmirəm!

Tükənir səbrim fəqət, sazişlər,

Qətnamələr, bəyanatlar kifayət!

Ziyafətlər kifayət!

Ziyafət dumanında nəzakətlər kifayət!

Yurdsuzlara yurd olan biyaban istəmirəm!

Yellənsin sülh bayrağı!

Bu bayrağa kəm baxan,

Həm baxmayan, həm baxan

Bədgüman istəmirəm!

Sevindirsin milləti qoy sülhün şad xəbəri,

Ümid sənədir ancaq, Azərbaycan əsgəri!!!!

Xocalı faciəsinə aid ədəbiyyatlar:

1. Azərbaycan tarixi: 1941-2002-ci illər (mətn):7 cilddə.c.7.-B.: Elm,2008.-688s.

2. Nüsrət Kəsəmənli. Seçilmiş əsərləri (mətn) : // Xocalı şeiri.-B.:Şərq –Qərb,2004.-256, s.247.

3. Duyğun Ramiz.Xocalı qisasa çağırır.Təki vətən yaşasın:Poema və şeirlər –B.: 2002.- 196 s.

4. Qabil Ümüd sənədir ancaq Azərbaycan əsgəri Şeirlər

5. Rəvan İ.X., Cəfərli H.Ə. Xocalı faciəsi ( mətn ): Roman. – B.: Çıraq, 2003. -348 s.



6. Hacızadə M. Xocalım – ağım mənim .( mətn ) : - B.: Mütərcim, 2008. - 100 s. 


Yüklə 106,48 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin