Xocalı rayon Sakini Türbəndəye Elman Yaqub oglu tərəfindən Azərbaycan Respubilikasının Prezidenti



Yüklə 21,79 Kb.
tarix25.06.2018
ölçüsü21,79 Kb.
#54785

Xocalı rayon Sakini Türbəndəye Elman Yaqub oglu

tərəfindən Azərbaycan Respubilikasının Prezidenti

İlham Əliyevə

A C I Q M Ə K T U B

Cənab Prezident! Nəzərinizə çatdırmaq istəyirəm ki,mən MMZ-də ll qrup əliləm həm də Qarabağ müharibəsi veteranıyam. Qarabağ uğrunda gedən döyüşlərdə 4 il cəbhədə olmazın əzab-əziyytlərin çəkmişəm.Bundan əlavə 15.12.1991-ci ildə yaşadığımız Cəmilli kəndi o vaxtkı respublika rəhbərliyinin yarıtmaz siyasəti nəticəsində işğal olunduqdan sonra yəni17.12.1991-ci ildə Şuşa şəhərindən çox çətinliklə olsada Uluöndər Heydər Əliyevə teleqram vuraraq kömək istəmişdim.Teleqrqm o, vaxtlar respublika rəhbərliyinin əlehinə yaza bilən qəzetlərdən biri olan “Azadlıq” qəqetinin 20.12.1991-ci il (97) sayında Qarabağda qan tökülür başlıqla dərc edilmişdir.

Teleqramda deyilir.Dekabrın 14-dən 15-nə keçən gecə təpədən dırnağadək silahlanmış erməni quldurları Cəmilli kəndinə basqın ediblər,110 yaşayış evi yandırılıb.Öldürülənlərin meyidini kənddən çıxarmaq mümkün olmayıb.Canhəsən kəndi boçaldılıb Kərkicahan ,Kosalar və Azərbaycanlılar yaşayan başqa kəndlərin boşalmaq təhlükəsi var.Respublika rəhbərliyinin ikibaşlı siyasəti bizə baha başa gəlib. Qarabağda yaşayan azərbaycanlılar kimlər üçünsə girova çevriliblər.Kənd camatının ümüdi sizədir.Kəndi erməni quldurlarından təmizlənməsi və meşələrə qaçmış əliyalın camaatımızın qayıtması üçün bizə kömək etməyinizi xahiş edirik.

Qəzetin Əsli məndə qalır. Lazım olsa təqdim edə bilərəm.

Cənab Prezident! Mən 25-il əvvəl Ayaz mütəllimov hakimiyyəti dövründə mərhum H.Əliyevdən kömək istəyərək, Ayaz mütəllimovun yarıtmaz siyasətini pisləyərkən mənim oğlumada gəlməzdiki 25-ildən son hansısa dövlət məmurunun öz başlığıyla, saymamazlığıyla, yuxarıdan aşağı baxmağıyla və.s qarşılaşacam və sizə müraciət etmək məcburiyətində olacam.

Cənab Prezident! Oğlum Türbəndiyev İntiqam 2010-cu ildən ailəlidir.Hazırda iki öğlu bir qızı var.Üç övladından ikisi bir oğlu bir qızı uşaqlıqdan əlildirlər.”Epilepsiya”(qıc olma) xəstəliyətindən əziyət çəkirlər.Hər birinin aldıqları 63 manat pensiya bir həkim təyinatının (reseptin) yarısına kifayət etmir.

Cənab Prezident! Sizin göstərişinizlə Bərdə şəhərində yeni salınmış 588 mənzilli qəsəbədən oğlumda üç otaqlı mənzillə təmin edilmişdir.Buna görə sizə və bu işdə əməyi olan bütün rəhbər işçilərə öz dərin minnətdarlığımızı bildiririk ki,hər bir şəraiti olan mənzillərlə bizi təmin etmisiniz.

Cənab Prezident! Oğlum yeni qəsəbəyə köçdükdən sonra işlədiyi məktəbin fəaliyyəti dayandırıldı. Oğlum Fiziki –tərbiyə müəllimidir.Əvvəlcə yaşadığımız 105 saylı TPM-də oğlum müəllimliklə yanaşı dərsdən sonra komputer xidməti və fota-şəkillərin çəkilişi,bərpası ilədə məşğulidi.Yeni 588 mənzilli qəsəbəyə gələndən sonra yer olmadığından komputerləri,fotoaparatı və avadanlıqları toz basıb hərəsi evin bir küncündə qalıb uşaqları isə əyər mənə verilən əlillik penisiyası olmasa çoxdan acından ölmüşdülər.Oğlum yerli qızla ailə qurduğundan dövlət tərəfindən verilən yemək xərcinidə ala bilmir.Beş nəfərlik ailədən təkcə özünə yemək xərci alır.Yoldaşı yerli olduğu üçün qanun belə tələb edir.

Cənab Prezident! Mən oğlum işini bərpa etmək üçün Bərdə RİHB-ı cənab Vidadi İsayevə 25-30m2 torpaq sahəsi almaq üçün bir neçə dəfə müraciət etdim.Bərd RİH-dən 29.09.2015-ci il tarixli 3/621, 22.10.2015-ci il tarixli 3/775 saylı məktublarla cavab olaraq bildirdilər ki, qəsəbənin ərazisi Bərdə RİH-nin balansından alınaraq məcburi köçkünlər üçün yaşayış binası

tikilməsi məqsədi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitətəsinə ayrılmışdır.

Məsələ ilə əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitətəsinə müraciət etməyinizi tövsiyə edirik.

Cənab Prezident! Bərdə RİHB-nın mənə verdiyi bu cavablardan sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitətəsinə bir neçə dəfə müraciət etdikdən sonra Komitənin Sədr müavini Gəray müəllim Mənzil Departamentinin direktoru Akif müəllimə göstəriş verdi ki,məsələni yoluna qoyun. Akif müəllim isə razılıq verdi və dedi ki,get xəstə uşaqlarını dolandır.

Cənab Prezident! On aydan artıq vaxt keçməsinə baxmayaraq Bərdə RİHB-ı Vidadi İsayev tikintinin aparılmasına icazə vermir.Deyir ərazi mənimdir Komitə bu yeri sənə necə verib.Əyər belədirsə onda Bərdə RİHB-ının 29.09.2015-ci iltarixli 3/621 və 22.10.2015-ci il 3/775 saylı məktublarındakı yazdıqları nədir ? Cənab Vidadi İsayevin rəsmi məktubları ilə şifahi, verdiyi cavab bir-biri ilə tərs mütanasibdir və daban-dabana ziddir.Mən başa düşürəm əslində qanunla Cənab V.İsayevin rəsmi məktublarla verdiyi cavabları düzdür.Ancaq nədənsə Komitəyə aid olan yerdə sənədləri də saymayaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitətəsinin verdiyi göstərişlərin icrasına mane olur.

Cənab Prezident! Vidadi İsayev vətandaşların başına olmazın oyunlarını açır.Hər həftənin beşinci günü qəbulu olsa da aylarla vətəndaşları qəbul etmir.Mən özüm səkkiz həftə hər həftənin beşinci günü Vidadi İsayevin qəbuluna getdim vetəndaşları özü deyil müavinləri qəbul edib hərəni bir cür yola verirdilər.Bərdə rayonunda RİHB-ı ilə əhali arasında Vidadi İsayev dərin bir uçurum yaratmışdır.Bu isə heç xoşa gələn hal deyil.

Cənab Prezident! Sizin göstərişinizlə bütün Nazirlər,Komitə sədirləri respublikanın ən ucqar rayonlarında belə vətəndaşları qəbul edib problemlərinin həllinə çaləşırlar bu isə tədqirə layiq bir haldır.Bərdə rayonunda isə Vidadi İsayevin qəbuluna düşmək isə müşkül haldır.

Cənab Prezident! Nəzərinizə çatdırmaq istəyirəmki cənab V.İsayev vəzifəsindən istifadə edərək , ancaq öz şəxsi maraqları və biznesi ilə məşğuldur.Bərdə şəhərində dövlət vəsaiti hesabına salınmış Heydər Əliyev adına parka qeyri rəsmi olaraq nəzarət cənab V.İsayevin oğluna aitdir.Parkda uşaq əyləncə mərkəzinin hər bir tərəfini qırmızı lentlə bağlayıb bir balaca giriş qoyublar.Hər bir uşaqdan 0.50 AZN alıb içəri buraxırlar. Bundan sonra atraksionların haqqı ödənilərək istifadə edilir. Açıq şəkildə yazıblar , əyləncə mərkəzinə giriş 0.50 AZN.Elə valideyinlər var ki , həm qanunsuz giriş haqqını həmdə istifadə edəcək atraksionun dəyrini ödəyə bilmədiyi üçün uşaqlarını ağlaya – ağlaya geri qaytarırlar.Bundan başqa cənab İsayevin oğlunun həmin parkda rəhbərlik etdiyi “ Kafe park” kafesində sadə limonlu bir çaynik çayın dəyəri 5 AZN-dir ki, bunada əhalinin çoxunun imkanı çatmır. Sərinləşdirici suların qiyməti dəyərindən iki dəfədən artıq qiymətə satılır.Bunlar azmış kimi parkda pullu xidmət göstərən ayaqyoluya girmək mümkün deyil.Pulu yığmağı bacarırlar , ancaq təmizlətməyi yox.

Cənab Prezident! Bələdiyə torpaqlarının özəlləşdirilməsinə icazə verilmədiyi halda Vidadi İsayev Bərdə Rayon Gərənə Bələdiyyəsinə məxsus ərazini (keçmiş taxta şalban kooperativi) qeyri qanuni olaraq 8 ha. ərazini özəlləşdirmiş,dolayı yolla guya Gərənə Bələdiyyəsinin hesabına küllü miqdarda vəsait köçürülmüşdür.Hansı ki, həmin əməliyyat kağız üzərində aparılmışdır. V.İsayev bələdiyə sədrini məcbur etmişdi ki, həmin vəsait kənddə xeyriyyəçiliklə edilmiş kəndin giriş qapısına (Ala qapısına), kənd yolunun çınqıllanmasına, asvalt çəkilişinə, yaşıllığın salınmasına və digər işlərə silinsin.

Cənab Prezident! Necə olur ki, 12.03.2014-cü ildə “politika.az” saytının da xəbər verdiyi kimi Bərdə RİHB-ı Vidadi İsayev, beşmərtəbəli qaçqın qəsəbəsində kürəkəni üçün ümumi sahəsi 100 km2 olan dükan tikdirə bilir, amma mənim oğluma 25-30 m2-lik ərazini tikdirməyə icazə vermir.

Cənab prezident! Bərdə RİHB-ı V.İsayev mərhum Heydər Əliyevin kim bir ağac kəssə elə bil mənim qolumu kəsib kəlamını ya unudub yada ki,əhəmiyyət verməyərək gəldiyi gündən Bərdə rayonunda yaşıllıqlara on illərlə yaşı olan Xan çinarlara , Eldar şamlarına sanki qənim kəsilib.Təkcə Bərdə - Yevlax yolunun təxminən ikinci-altıncı kilometirliyində ,Gərənə kənd ərazisində “Kristal” yanacaq doldurma məntəqəsi ərazisində,onun yaxınlığında “Karvan kafesi” ərazisində və ondan bir az aralıda , Daxili Qoşun Hərbi Hissəsinin hasarının lap yaxınlığında V.İsayevin özünün nəzərati altında bir bulaq kompleksi tikilməkdədir (bulaq hazır olmadığı üçün nə olacağı hələ ki bilinmir).Təkcə bu 3 obyektin yerində onlarla xan çinar, eldar şamı, alkasiyalar və s. ağaclar kəsilmişdi. Bərdə RİHB-nin qarşısında bir əsrə yaxın yaşı olan xan çinarların ən azı 5-i, 10-u gecələr yoxa çıxıb.

Cənab Prezident! Son vaxtlar sizin baramaçılığın inkişafına dəsdək verməyiniz ,barama qurdları üçün yeni çəkilliklərin salınması haqqında tapşırığınız bütün kəndlərdə yaşayan əhalinin ürəyincədir.Əfsuslar olsun ki, V.İsayevin Bərdə rayonunda Bərdə-Körpüqıran, Bərdə 32-lər, Bərdə-Xoruzlu və s. ərazilərdə SSRİ-nin vaxtından qalan yüzlərlə çəkilləri qıraraq məhv etmişdi.Bunlar təkcə mənim bildiklərimdi.

Cənab Prezident! Keçmişdə bəylər, xanlar etdikləri hökmranlığı indi Bərdədə V.İsayev edir. Keçmiş bəylərlə, xanlarla cənab İsayevin bircə fərqi var: bəylər, xanlar at belində gəzirdilər, V.İsayev isə bahalı lüks avtomobildə gəzərək dövlətin vətəndaşlarına zülm edir.



Cənab Prezident! Mənim oğluma Dövlət Qaçqınkom tərəfindən icazə verilmiş yerdə tikinti aparılmasına icazə verilməsi üçün V.İsayevə göstəriş verməyinizi və V.İsayevin qanunsuz əməllərinə son qoyulmasını xahiş edirəm.


İmza: Türbəndəyev E.Y.
Yüklə 21,79 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin