Diviziya komandiri Şəhid Mehdi Bakirinin həyat xronologiyası
Adı və soyadı: Mehdi Bakiri
Atasının adı: Feyzullah
Doğum tarixi və yeri: 02.04.1954, Miyandoab (Qoşaçay)
Kimlik kodu: 16
1973: Təbriz universitetinin Mexanika mühəndisliyi fakültəsinə daxil olur, siyasi fəaliyyətə və mübarizəyə başlayır.
1977: Universiteti bitirir.
1978: İnqilabın qələbəsi ərəfəsində İmam Xomeyninin ümumi fərmanı ilə hərbi xidmətdə olduğu qarnizonu tərk edir.
1979: İslam İnqilabının Keşikçiləri Korpusuna (Sepah) daxil olur və Qərbi Azərbaycanda korpusun təşkilatlanması ilə məşğul olur. Həmçinin, Urmiya İnqilab Məhkəməsinin prokuroru vəzifəsini tutur.
06.08.1980: Urmiya meri təyin olunur.
24.09.1980: Qərbi Azərbaycan vilayətinin Quruculuq cihadına üzv olur.
31.10.1980: İslam İnqilabının Keşikçiləri Korpusuna qayıdır və münafiq separatçılarla mübarizə aparmaq üçün Qərbi Azərbaycan korpusuna rəhbərlik edir.
02.11.1980: Səfiyyə Müdərrislə ailə qurur.
03.11.1980: Cənub əməliyyat bölgələrinə, Abadanın 7-ci stansiyasına göndərilir.
27.09.1981: Abadanın mühasirədən çıxarılma əməliyyatında iştirak edir (Saminül-əimmə əməliyyatı).
30.04.1982: Beytülmüqəddəs əməliyyatında Nəcəf-əşrəf briqadasının komandir müavini təyin olunur (Xürrəmşəhrin azadlığı zamanı).
13.07.1982: Ramazan əməliyyatında 31-ci Aşura briqadasının komandiri olur.
01.10.1982: Müslim ibn Əqil əməliyyatında Aşura briqadasının komandiri olur.
06.02.1982: Vəlfəcr-hazırlıq əməliyyatında Aşura briqadasının komandiri olur.
10.04.1983: Vəlfəcr-1 əməliyyatında Aşura briqadasının komandiri olur.
20.07.1983: Vəlfəcr-2 əməliyyatında Aşura briqadasının komandiri olur.
19.10.1983: Vəlfəcr-4 əməliyyatında Aşura briqadasının komandiri olur.
22.02.1984: Xeybər əməliyyatında Aşura briqadasının komandiri olur.
10.03.1985: Bədr əməliyyatında Aşura briqadasının komandiri olur.
16.03.1985: İllərlə döyüş və müqavimətdən sonra Bədr əməliyyatında Hurul-əzim1 bölgəsində sayca çox olan düşmən qüvvələri ilə döyüşdə aşiqanə qəhrəmanlıq nümayiş etdirib baş nahiyəsindən güllə yarası alır, cansız bədəni parçalanmış qayıqda çaya qarışır.
Yaralanma sayı:
Fəthülmübin əməliyyatı, göz nahiyəsindən;
Beytülmüqəddəs əməliyyatının ikinci mərhələsi, bel nahiyəsindən;
Ramazan əməliyyatı, sinə nahiyəsindən;
Bədr əməliyyatı, baş naiyəsindən (şəhid olması ilə nəticələnir).
Dostları ilə paylaş: |