Ön söz
Şəhidlərin və sidqi-ürəkdən inananların Rəbbinin adı ilə!
Oxucuları salamlayır, bütün dəyərli İslam şəhidlərinə, dövrün bütsındıranı həzrət İmam Xomeyniyə və onun xələfi İmam Xameneiyə ən səmimi rəğbətimi ifadə edir, Aşura diviziyası şəhidlərinin öndəri Şəhid Mehdi Bakirinin pak ruhunu hörmətlə anıram. Zamanın axarı insan yaddaşını unutqanlığa düçar edir. Şübhəsiz, o keçmiş qorunacaq və yaddaşlarda qalacaq ki, təsvir edilmiş və ya qələmə alınmış olsun. Səkkizillik amansız müharibə dövründən uzun zaman keçir. Bu müdafiənin hər anı qəhrəmanlıq, rəşadət, igidlik, səmimiyyət, mənəviyyat, sədaqət və qardaşlıq idi. Qorxuruq ki, dost dərgahı aşiqlərinin bütün o qəhrəmanlıqları, həyəcan doğuran anları və sevgi nümayişləri unudulsun. Buna görə də, “Xudahafiz, komandir” kitabının təkrar nəşri ilə Mehdinin bir zaman cəbhələri bürüyən eşq ətrini duyurmaq, bu uca şəhidin həyat tərzini gələcək nəsillərə çatdırmaq istəyirik.
Həmçinin, qarşınızdakı mətn sözügedən fədakarlıqları nümayiş etdirmiş, tarix yazmış bir fəal mübarizin, Allah yolunun mücahidinin həyat yolundan bir parçadır. O, uzun illər tağut zülmünün aradan qalxması, İslam hökmlərinin icrası istiqamətində son dərəcə səy və fədakarlıqlar göstərdi, özünü Allah yolunda cihada, müsəlman vətəninə təcavüz edənlərlə (din, Quran, vilayət və imamət düşmənləri ilə) mübarizəyə layiq etdi. O, son damla qanına qədər geri çəkilmədi, nəticədə tarixin əfsanələrindən birinə və dövrünün sevimlisinə çevrildi və Könüllərin komandiri adını qazandı. Buna görə də, onun adını və xatirəsini yaşatmağı, həyat yolunu əks etdirən bu kitabı yenidən nəşr etməyi məqsədəuyğun sayırıq.
Sonda Allaha həmd-səna etməklə yanaşı, kitabın ərsəyə gəlməsində zəhməti olan hər kəsə, xüsusilə müəllif Seyid Qasim Nazimiyə təşəkkürümü bildirirəm.
Müqəddəs Müdafiə Dəyərlərinin Nəşri Mərkəzi
Dostları ilə paylaş: |