TƏŞKİLATLARDA İŞÇİLƏRİN İNKİŞAF ETDİRİLMƏSİNDƏ TƏLİMLƏRİN ROLU MAŞALLAH SƏFƏROV Bakı Mühəndislik Universiteti
İqtisadiyyat və İdarəetmə
mashallah.seferli.9898@gmail.com BAKI, AZƏRBAYCAN
XÜLASƏ GİRİŞ TƏDQİQAT METODU Günümüzdə təşkilatların yerli və beynəlxalq sahələrdə rəqabət üstünlüyü əldə etmələrində və davam etdirilməsində təlimlərin rolu olduqca böyükdür. Sürətli şəkildə dəyişən daxili və xarici mühit amilləri təşkilatların “öyrənən təşkilatlar” halına gəlmələrini vacibləşdirmişdir. Təşkilatların öz ana strategiyaları, misiya və vizyonlarına uyğun olaraq, lazım olan işçilərin inkişaf etdirilməsində təlimlərin və inkişaf fəaliyyətlərinin rolu böyükdür. Biliklərin tez bir zamanda köhnəldiyi bir zamanda işçilərin bilik və bacarıqlarını yeniləməyən təşkilatların rəqabət üstünlüyü qazanmaları mümkün olmayacaqdır.
Təlimi qısaca, işçilərin lazımi bilik, bacarıq və münasibətlər qazandırılaraq, davranışlarının istənilən istiqamətdə inkişafına səbəb olan bir dəyişim dövrü kimi qəbul etmək olar. Ölkə iqtisadiyyatı və inkişafı makro səviyyədə planlanan, mikro səyiyyədə reallaşdırılan təlim fəaliyyətlərindən təsirlənməkdədir.