Xülasə: Mən planda da qeyd etdiyim kimi mözunu əsasən iki istiqamətdə təşkil edəcəm. İlk öncə fiskal siyasətin mahiyyətini aşıqladıqdan sonra, fiskal siyasətin necə həyata keçirildiyini



Yüklə 134,13 Kb.
səhifə6/7
tarix13.05.2022
ölçüsü134,13 Kb.
#115881
1   2   3   4   5   6   7
referat 611

Dövlət xərcləri – Dövlət xərclərini əsasən aşağıdakı kimi qruplaşdıra bilərik:

  • Sosial Təminat

  • Fövqəladə Xidmətlər

  • Sağlamlıq (səhiyyə)

  • Təhsil

  • Müdafiə

  • Xarici Yardım

  • Ətraf mühit

  • Kənd təsərrüfatı

  • Sənaye

  • Nəqliyyat

  • Regionlarən inkişafı

  • Mədəniyyət, Media və İdman

Dövlət xərcləri yuxarıda qeyd olunduğu kimi bir neçə yolla maliyyələşdirilə bilər.

  • Vergiqoyma

  • Pul çapından əldə etdiyi gəlir

  • Fiskal defisitlə nəticələnən əhalidən borcalma

  • Fiskal ehtiyatların istehlakı

  • Aktivlərin satışı

Vergi və vergiqoyma – Dövlət büdcəsinin əsas gəlir mənbəyidir və 75-85% gəlirlərini təşkil edir. Bazar iqtisadiyyatı şəraitində verginin bir sıra xüsusiyyətləri var. Onlardan biri tənzimləmə funksiyasıdır. Dövlət müəyyən dövrdə müvafiq vergiqoyma sistemini tətbiq etmək və ya onu təkmilləşdirmək, vergi dərəcəsini müəyyənləşdirmək, quruluş və formasını dəyişmək, vergi güzəştləri qoymaq, ləğv etmək və s. vasitələrdən istifadə edərək əsaslı vəsait qoyuluşunu stimullaşdırır və ya məhdudlaşdırır, həm də əhalinin həyat səviyyəsinin formalaşmasına təsir güstərir. Verginin əsasən 3 forması var:

Proqressiv – Gəlirlər artıqca vergi dərəcləri də artır. Birləşmiş Krallıqda gəlir vergisi proqressivdi, insanlar 10%-dən 22%-ə qədər ödəyirlər. Belə ki, yüksək gəlir əldə edənlər ən yüksək dərəcədə vergi yəni 40% ödəyirlər.

Proporsional – Vergi dərəcəsi gəlirin dərəcəsində aslı olmayaraq sabitdir, heç bir halda dəyişmir. Yəni az gəlir əldə edənlə, çox gəlir əldə edən insan həmişə eyni dərəcədə vergiyə cəlb olunurlar.

Reqressiv – Gəlirlər artdıqca vergi dərəcələri aşağı düşür. Yəni çox gəlir əldə edən insan, az gəlir əldə edən insana nisbətən daha az vergi ödəyir.

Fiskal siyasətin qiymətləndirilməsi göstərir ki, fiskal siyasət iqtisadiyyata təsir etmək vasitəsi kimi göstərilsədə onun çatışmazlıqları da mövcuddur. Bunları aşağıdakı kimi qruplaşdırmaq olar:



  • Vergi azaltmalarının maneələri – Məcmu tələbi azaltmaq məqsədilə artırılan vergilər işləmək üçün stimulu azaltmağa səbəb ola bilər, əgər belə olsa məhsuldarlıqda azalma baş verə bilər və AS (məcmu təklif) azala bilər.

  • Dövlət xərclərində əks effekt – Məcmu tələbi dəyişmək üçün dövlət xərclərinin azaldılması bazar iflasına səbəb ola biləcək nəqliyyat, təhsil kimi dövlət xidmətlərinə əks təsir edə bilər.

  • Zəif informasiya – Əgər dövlətin informasiyası kifayət qədər olmazsa fiskal siyasətdə çətinlik çəkəcəkdir. Məsələn, əgər dövlət belə başa düşsə ki, zəifləmə gedir, onlar məcmu tələbi artıracaq və nəticədə iqtisadiyyat sürətlə inkişaf edəcək və inflyasiyaya səbəb olacaq.

  • Vaxt gecikmələri – Əgər dövlət xərcləri artırmağı planlaşdırırsa bu iqtisadiyyata nüfüz etməsi vaxt aparacaqdır və bu çox gec ola bilər. Xərc planları isə ildə yalnız bir dəfə həyata keçirilir.

  • Məcmu tələbin digər kompanentləri – Əgər dövlət fiskal siyasəti həyata keçirirsə məcmu tələbin digər kompanentlərini də nəzərə almalıdır. Məsələn, istehlakçı inamı azdırsa, vergiləri azaltmaq isteklakçı xərclərini artırmaya bilər.

  • Sıxışdırılma – Dövlət xərclərinin artırılması sıxışdırılmaya səbəb ola bilər, yəni dövlət xərclərinin artırılması özəl sektorların ölçüsünün azalmasına səbəb ola bilər. Məsələn, əgər dövlət xərclərin artırırsa, o, vergiləri artırmalı, pul borclanmalıdır və hər iki metod şəxsi istehlakı və investisiyanı azaldır. Əgər bu baş verərsə məcmu tələb artmayacaq yaxud da zəif templə artacaq.




  1. Yüklə 134,13 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin