Xülasə: Mən planda da qeyd etdiyim kimi mözunu əsasən iki istiqamətdə təşkil edəcəm. İlk öncə fiskal siyasətin mahiyyətini aşıqladıqdan sonra, fiskal siyasətin necə həyata keçirildiyini


Azərbaycanın fiskal siyasətinin əsas istiqamətləri



Yüklə 134,13 Kb.
səhifə7/7
tarix13.05.2022
ölçüsü134,13 Kb.
#115881
1   2   3   4   5   6   7
referat 611

Azərbaycanın fiskal siyasətinin əsas istiqamətləri.

Müstəqillik əldə etdikdən sonra Azərbaycanda 1992-ci ildən başlayaraq müasir büdcə-vergi sistemi qurulmağa başlamışdır. Ölkədə bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq yeni maliyyə siyasəti həyata keçirilməkdədir. Ötən illər ərzində büdcə-vergi islahatları sahəsində müvafiq qanunverici baza formalaşmışdır. Belə ki, 2001-ci ildə yeni «Vergi Məcəlləsi» qəbul olunmuş və 2002-ci ildə «Büdcə sistemi haqqında» Qanun qüvvəyə minmişdir.

Ümumiyyətlə, həyata keçiriləcək büdcə siyasəti respublikada maliyyə sabitliyinin saxlanılmasını, inflyasiyanın aşağı salınmasını təmin etməklə, genişlənməkdə olan islahatların sürətlənməsinə təkan verməlidir. Bu zaman islahatların ilkin nəticəsi kimi əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsi təmin olunmalıdır. Bu məqsədlə büdcə siyasətində aşağıdakı istiqamətlərin həyata keçirilməsi nəzərdə tutulmalıdır:



  • büdcə proqnozları iqtisadi cəhətdən tam əsaslandırılmalı, vergilərin real yığılma imkanları düzgün qiymətləndirilməlidir;

  • büdcənin gəlir və xərcləri düzgün tarazlaşdırılmalı;

  • qeyri-neft sektorunda iqtisadi inkişafa nail olmaqla, büdcə gəlirlərinin yığım əmsalının artımını təmin edilməli;

  • vergi borclarının azaldılması istiqamətində lazımı işlər görürməli;

  • vergitutma bazasının genişləndirilməsi, vergidən yayınma hallarının qarşısının alınması və vergi nəzarətinin gücləndirilməsi məqsədilə vergi qanunvericiliyini təkmilləşdirilməli;

  • vergitutma bazasının genişləndirilməsi və vergidən yayınma hallarının qarşısının alınmalı;

  • dövlət mülkiyyətinin özəlləşdirilməsinin sürətləndirilməsi hesabına özəlləşdirmədən daxilolmaların artımına nail olmalı;

  • təyinatı üzrə əlavə dəyər vergisindən azadolmaların qanunla müəyyən edilməsinə nail olmalı;

  • büdcə xərclərində əhalinin sosial müdafiəsi və sosial təminata, səhiyyəyə, təhsilə, elmə, tikintiyə və s. sosial yönümlü məqsədlərə ayrılan vəsaitlər artırmalı;

  • dövlət büdcəsi kəsirinin strukturunun təkmilləşdirilməsi işini davam etdirməli;

  • büdcə kəsirini inflyasiya yaratmayan mənbələr hesabına maliyyələşdirməli;

  • dövlət qısa, orta vəa uzunmüddətli istiqrazlarının buraxılması ilə qiymətli kağızlar bazarını daha da inkişaf etdirmək, dövriyyədə olan artıq pul kütləsinin daha səmərəli şərtlərlə cəlb edilməsi məqsədi ilə investor şəbəkəsini genişləndirmək, bu kağızlara olan tələbatı artırmaqla, normal rəqabət prinsipləri əsasında faiz dərəcələrinin tənzimlənməsinə nail olmaq.

2010-cu ilin dövlət büdcəsi haqqında qanun layihəsinə görə, Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin gəlirləri 10 015 000,0 min manat, xərcləri 11 264 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 9 552 016,1 min manat, yerli gəlirləri 462 983,9 min manat və mərkəzləşdirilmiş xərcləri 10 069 700,0 min manat, yerli xərcləri 1 194 300,0 min manat) məbləğində təsdiq edilir.

2010-cu il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 12 465 960.4 min manat, Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan, icmal büdcəsinin kəsiri 6 544 000,0 min manat məbləğində müəyyənləşdirilir. Belə ki, 2010-cu ilin büdcəsi 2009-cu illə müqayisədə daha çox azalan büdcə olacaq. Yəni 2009-cu ildə büdcənin gəlirləri 12 milyard 177 milyon manat idisə, 2010-cu ildə bu rəqəm 10 milyard 15 milyon manat olacaq. 2009-cu ilin büdcə xərcləri 12 milyard 355 milyon manat olmuşdusa, 2010-cu ildə 11 milyard 264 milyon manat olacaq.

2010-cu ilin dövlət büdcəsinin təhlilinə baxsaq görərik ki, bu ilki gəlirləri keçən ilki büdcə gəlirlərindən 18 dəfə azdır. Keçən illərdə olduğu kimi bu ildə büdcə gəlirlərinin əsası neft gəlirlərindən olacaqdır. Bu ilki büdcəyə əsasən Neft Fondundan dövlət büdcəsinə 4 milyard 915 milyon manat yönəldiləcək.

Nəticə:

2010-cu il büdcə layihəsinə nəzər saldıqdan sonra büdcədəki dəyişiklikləri aşağıdakı kimi təsnifləşdirmək olar:

Vergilər azaldılıb və bunu müsbət hal kimi qiymətləndirmək olar. 2010-cu il vergi-büdcə siyasətində mənfəət vergisinin 20 faizə qədər, gəlir vergisinin maksimal dərəcəsinin 35 faizindən 30 faizə qədər azaldılmasının, hüquqi və fiziki şəxs kimi fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mənfəətinin vahid dərəcə ilə - 20 faiz ilə vergiyə cəlbinin nəzərdə tutulmasını büdcə siyasətinin ən uğurlu məqamlarından biridir. Mənim fikrimcə bu vergitutma obyetklərinin sayının artmasına səbəb olacaq, aşağı vergi dərəcələri stimul yaradacaq ki, bu yeni iş yerlərinin yaranmasına, işsizliyin azalmasına bu da öz növbəsində, nəticədə məcmu tələbin yüksəlməsinə gətirib çıxaracaq ki, bununla da büdcəyə daxilolmalar artacaqdır.

Aqrar sektora ayrılan vəsaitlər - 2010-cu ildə kənd təsərrüfatının dəstəklənməsi və ölkənin ərzaq təhlükəsizliyinin təminatı tədbirlərinə 111, 5 mln manat vəsait ayrılmışdır ki, bu da çox müsbət bir addım kimi qiymətləndirilir. Sahibkarlığın inkişafına 44 milyon, aqrolizinqin inkişafına 35 milyon, fermerlərə kreditlərə 10 milyon manat vəsait ayrılmasını da müsbət qiymətləndirmək olar. Lakin ötən illərlə müqayisədə bu rəqəmlərin çox az artması, məsələn, 2005-ci illə müqayisədə 2010-cu ildə sahibkarlığın inkişafına ayrılan xərclərin cəmi 4 milyon manat olması qənaətbəxş hesab olunmamalıdır. Çünki, dövlət büdcəsinin əsas daxilolmaları mənfəət və gəlir vergisi olduğunu nəzərə alsaq sahibkarlığın inkişafı daha çox diqqət mərkəzində saxlanılmalıdır.

Büdcə kəsiri – Tarixində ilk dəfə olaraq bu həddə çatmışdır. 2009-cu ildə büdcə kəsiri 178 milyon manat idisə, bu il bu rəqəm rekord həddə 1 milyard 249 milyon manat olacaq. Bu isə əvvəlki illə müqayisədə 7 dəfə artmaq deməkdir.

Sosial müdafiə və digər strateji xərclər - Maliyyə nazirliyinin verdiyi məlumata əsasən, ölkənin müəyyən edilmiş strateji iqtisadi siyasətinə uyğun olaraq, funksional istiqamətlər üzrə 2009-cu ilə nisbətən 2010-cu ildə dövlət büdcəsi xərclərinin tərkibində sosial müdafiə və sosial təminat xərclərinin xüsusi çəkisi 1,4 faiz artaraq 10,6 faiz, təhsil xərclərinin xüsusi çəkisi 0,3 faiz artaraq 11,3 faiz, səhiyyə xərclərinin xüsusi çəkisi 0,2 faiz artaraq 4,3 faiz, mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələri xərclərinin xüsusi çəkisi 0,1 faiz artaraq 1,5 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərclərinin xüsusi çəkisi 0,1 faiz artaraq 3,4 faiz, mənzil-kommunal təsərrüfatı xərclərinin xüsusi çəkisi 0,1 faiz artaraq 1,8 faiz təşkil edəcək. Bu artımlar müsbət qarşılansa da, mənfi cəhətləri ondan ibarətdir ki, sosial xərclərə olan artım az nəzərdə tutulub, bu isə gələn ildə əmək haqqı, pensiyaların artımını gözləməməyə əsas verir.

İnvestisiya xərcləri - Hökumət 2009-cu ildə əsaslı xərclərə investisiya xərcləri çərçivəsində 4.9 milyard manat vəsait ayırmışdı. Bu da büdcənin 45 faizinə qədərini təşkil edirdi. Lakin 2010-cu ildə əsaslı xərclərə 4.3 milyard, yəni ötənilki ilə müqayisədə daha az maliyyə ayırır. Deməli, hökumət investisiya xərclərində də azaltmalar edəcək. İnvestisiya uzunmüddətli iqtisadi inkişaf baxımından deyil, həm da cari iqtisadi problemlərin həlli baxımından da əhəmiyyətli sayıldığından, qlobal böhran dövründə investisiya fəallığı məşğulluğun artırılması, daxili istehsalın stimullaşdırılması baxımından ən əlverişli vasitələrdəndir. Bu baxımdan da dövlət büdcəsində investisiyanın azalılması düzgün addım olmadığı qənaətinə gəlirəm.

Büdcənin əsas gəlir mənbəyi – Neft gəlirləri. Neftin gələn il üçün büdcəyə daxilolmalarda bir barelinin qiymətinin 45 ABŞ dolları ilə götürülür. Bu isə nə qədər düzgün addım olduğunu demək çətin olsa da lakin heç də səmərəli olmadığını düşünürəm. Çünki, keçən ilin büdcəsi hazırlanan dövrdə neftin dünya bazarında qiyməti 45-48 dollar arasında tərəddüd edərkən neftin büdcədə 1 barelinin qiyməti 70 ABŞ dolları götürülmüşdür. Bu il isə son ayların neftin ortalama həddi 52 dollar, dünya bazarında isə neftin barelinin 75-80 dollar arasında tərəddüd ederkən büdcədə bu rəqəm 45 dollarla götürülür. Bu isə ilin ortasında əgər hətta neftin qiyməti bu səviyyədə qalarsa 45 dollarla götürülən büdcədə profisit yarana bilər.



Sonda bu ilki azalmalara Maliyyə Nazirinin sözlərini xatırlamaqla diqqət yetirmək istərdim. “Dünya iqtisadiyyatının tənəzzüldən yenicə çıxması fonunda 2010-cu il dövlət və icmal büdcələrinin gəlir və xərclərinin artım sürəti 2008-2009-cu illər üçün büdcələrin artım sürətinə nisbətən az proqnozlaşdırılıb” Lakin Milli Büdcə Qrupunun sədri Qubad İbadoğlunun fikirləri ilə daha aydın izaha vara bilərik. “Büdcədə yaranan əsas problemlər vergi daxilolmalarıdır. Neftin proqnozlaşdırılan qiymətdən ucuz olması xarici şirkətlərin vergilərini də azaltdı. Bu onu göstərdi ki, 2009-cu ilin büdcəsi səviyyəsində maliyyə siyasətimizi davam etdirə bilmərik. Hələ cari ilin büdcəsinin düzgün proqnozlaşdırılmamasının mənfi nəticələrini qarşı aylarda daha çox hiss eləyəcəyik. Sosial sferada müəyyən gərginlik var. Nəzərə alsaq ki, bu sektorun təqiribən 28 faizi dövlət büdcəsindən transfertlər hesabına təmin olunur və Pensiya Fonduna yığımlarda müəyyən problemlər mövcuddur, ona görə də yaxın zamanlarda pensiyaların gecikdirilməsinin şahidi olacağıq. Səbəb isə işçilərin məcburi məzuniyyətə göndərilməsi, şirkətlərin fəaliyyətinin məhdudlaşdırılması və sair bu kimi məsələlər təsir göstərib”. Mən bu sözlərdən belə qənaət gəlirəm ki, bu ilki azalmalar keçən ilki siyasətin nəticədi.

ƏDƏBİYYAT:

  1. www.bized.co.uk – Macroeconomic Policies

  2. www.en.wikipedia.org/wiki/Fiscal_policy

  3. www.tutor2u.net/economics/.../as-macro-fiscal-policy.html

  4. www.economicshelp.org – fiscal policy

  5. Stephen G. Cecchetti – Problems with fiscal policy

  6. McGraw – Hill Irwin 2005 – Fiscal policy (chapter 12)

  7. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu

  8. CESD - Azərbaycanin yeni dövlət büdcəsi layihəsi (gəlirlər və xərclər)

Yüklə 134,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin