Satınalan təşkilatların illik satınalma planlarının nümunəsi hazırlanmalıdır. Satınalma planı pdf formatında elektron tender sisteminə yüklənə yaxud elektron tender sistemində doldurula bilər.
Podratçı təşkilat elektron tenderə müraciət etməmişdən əvvəl maliyyə hesabatlarını təqdim etməlidir.İşlərin görülməsi ilə bağlı tenderə müraciət etməmişdən əvvəl podratçılar ixtisaslaşma sənədlərini elektron tender sisteminə daxil etsinlər. Bütün bunlar, ali audit qurumu olan Hesabalama Palatasının işini asanlaşdıracaqdır.