Tenderin elan tarixi göstərilir-Tenderin elan tarixi göstərilməlidir. Bəzən dövlət qurumları tender elanlarını rəsmi qəzetlərdə başqa bir tarixdə, dövlət qurumunun saytında isə daha gec göstərirlər. Məqsəd isə satınalma haqqında podratçıları az məlumatlandırmaq olur.
Alınacaq mal, xidmət və iş CPV kodu vasitəsilə göstərilir- Alınacaq mal, xidmət və iş CPV kodu ilə göstərilməsi ona görə vacibdir ki, satınalan təşkilat sahibkarı istədiyi məhsul haqqında müfəssəl məlumatlandırsın. Qəzetlərin birində satınalan təşkilat “avadanlıq” üçün elan vermişdi. Bilinmirdi ki, söhbət hansı avadanlıqdan gedir. CPV kodu əsasında satınalmanın təşkili imkan verəcək ki, dövlət ehtiyaclarını daha yaxşı təhlil edib optimallaşdırmalar edə bilsin. Mal, xidmət və iş daha ətraflı təsvir edilməsi üçün əlavə bölməyə məlumatlar daxil edilir.