Podratçısı və həcmi çox, dəyəri az malların satın alınması üçün yeni təchizat üsulları-“tərs-hərrac” və “elektron ticarət platforması” modellərindən istifadə edilə bilər. Bu üsullar şəffaflığa, sahibkarlığın inkişafına, eləcə də dövlət büdcəsinə qənaətə gətirib çıxara bilər.
Tender müqavilələrinin maliyyələşməsi elektron sifariş, elektron invoys sistemi əsasında Maliyyə Nazirliyi tərəfindən maliyyələşdirilməlidir.
Tender müqaviləsi üzrə xərcləmələr podratçının razılığı və ya qanunvericilik imkan verdiyi təqdirdə banklar tərəfindən elektron tender portalında açıqlanmalıdır. Nağdsız hesablaşmalar haqqında qanunun tələblərinə görə dövlət satınalmalarının xərclənməsi nağdsız olmalıdır. Yəni vergi ödəyiciləri arasında hesablaşmalar bank hesabından bank hesabına aparılır. Şirkətlər satınalmalarla bağlı xərcləmələri ictimaiyyətə açıqlaması barədə elektron tender sistemində razılıq verdiyi təqdirdə, podratçı şirkətlərin dövlət vəsaitləri üzrə xərcləmələri onlayn şəkildə satınalan dövlət qurumu tərəfindən izlənilə bilər.
Elektron tender portalında tebder müqavilələrin idarə edilməsi və monitorinqi modulu yaradılmaldır. Tender müqaviləsinin icrası ilə bağlı podratçılar görülən işlər barədə elektron tender sistemində məlumatlar daxil etməlidirlər. Satınalan təşkilatlar da həmin şirkətləin təqdim etdiyi mal, gördükləri iş və xidmət barəsində rəy yaza bilərlər.