Tədqiqatın praktiki əhəmiyyəti: Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Avropa-Asiya regionunda daşınmalarda və marşrut seçimində iqtisadi səmərəsi və logistik gücü barədə informasiya təyinatlılığı, həmçinin yeni elmi-tədqiqatların aparılmasında müvafiq alternativ mənbə kimi istifadə imkanlığı.
Tədqiqatın orijinallığı və elmi yeniliyi:ilk dəfə olaraq elmi müstəvidə Avropa-Asiya arasındakı əsas marşrutlar çevrəsində Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin daşınmalar üzrə potensial imkanları qiymətləndirilmiş, onun makroregional iqtisadi inteqrasiyanın dərinləşməsindəkı başlıca sosial-iqtisadi effektivləri əsaslandırılmışdır.