Tədqiqatın metodologiyası - amilli yanaşmada qruplaşdırma və müqayisəli təhlil metodlarına əsaslanır.
Tədqiqatın nəticələri - başlıca olaraq Azərbaycanın təbii sərvətlərinin təhlili və qiymətləndirilməsi üzrə müvafiq ümumiləşdirmələrin yerinə yetirilməsi və yeni inkişaf mərhələsində onların iqtisadiyyata davamlı təsirinin əsaslandırılması ifadə edir.
Tədqiqatın məhdudiyyətləri - qiymətləndirmələrdə metodoloji yanaşma çoxşaxəliyi və təhlil edilməli materialın tutumluluğu ilə əlaqədər müvafiq informasiyaların həcmli sıxlaşdırılması zərurəti ilə xarakterikdir.