R = E / H
Burada R - resurstəminatlıq,
E - resursların ehtiyatları,
H - resursların hasilatı.
Beləliklə, mineral resurslarla təminatı kəşf olunmuş ehtiyatların müasir istifadədə illər üzrə kəmiyyət sayı ilə ifadə edilir. Torpaq, su, meşə resursları ilə təminatlıq isə onların ehtiyat həcminin adambaşına düşən əhali sayı hesabına əsasən aparılır.
Aparılan araşdırmalar bir daha onu göstərir ki, təbii resurslar iqtisadiyyatın ilkin sektorunun, onun aparıcı sahələri - sənaye və kənd təsərrüfatının xammal bazasının əsasında dayanır və iqtisadi inkişafda resurs amilinin əhəmiyyətini iki mühüm göstərici - təbii resursların iqtisadi qiymətləndirilməsi və resurstəminanlıq təyin edir.
Dostları ilə paylaş: |