B Ö L M Ə VI
Risklərin qiymətləndirilməsi
Layihədə risklərin qiymətləndirilməsi layihənin reallașdırılması mərhələlərində layihə rəhbərinin qarșılașa biləcəyi təhlükəli (riskli) halların nəzərə alınması və risklərin minimallașdırılması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsini nəzərdə tutur. Layihənin icrası ilə əlaqədar risklər layihə rəhbəri tərəfindən qruplașdırılaraq qiymətləndirilməli və onların minimuma endirilməsi üçün tədbirlərin siyahısı hazırlanmalıdır.
Layihə üzrə risklər aşağıdakı kimi qruplaşdırılır:
Texniki risk
Platformanın hazırlanmasında əvvəlcədən nəzərdə tutulmuş serverlərin kirayələnməsi.
Bir neçə server əvvəlcədən müəyyən olunub və müəyyən olunmuş serverin kirayələnməsində riski aradan qaldırmış olacayıq.
Məzmun riski
Platformanın hazırlanmasında yerli proqramçıların cəlb edilməsi məvacib baxımından risk yarada bilər. Bu səbəbdən layihəyə yerli və xarici proqramçıların cəlb edilməsi nəzərdə tutulub. Çox və keyfiyyətli iş və az maliyyə layihənin əsas strategiyasıdır.
Maliyyə riski
Donor tərəfindən ayrılacaq maliyyənin yetərli olmaması əsas maliyyə riskidir. Bunun üçün layihənin hazır formasının digər donorlara da təqdim olunması nəzərdə tutulur.
Dostları ilə paylaş: |