Vahidova Nərmin Qabil qızı
“ XVI–XX əsrlərdə moda sənayesinin inkişafının mərhələli analizi ”
XÜLASƏ
Azərbaycan öz sürətli inkişafı ilə dünyaya açıldığı zaman, hər istiqamətində Azərbaycanın tarixi irsini yaşadan, yaradılan müasir milli geyimləri, təkcə müəyyən tədbirlərdə deyil, hətda gündəlik həyatdada istifadə etmək olar. Azərbaycan modasının geyim sferasına çıxması və onunla bağlı aparılan tədqiqatlar və nəzəri təhlillər edən zaman aşağıdaki bir neçə məsələlər araşdırılmışdır:
“Moda tarixi və onun xüsusiyyətləri” adlı I Fəsildə moda anlayışı, orta əsrlərdə geyimlərin yaranma tarixi, Azərbaycan geyim mədəniyyəti tarixi araşdırılır və moda tarixinin inkişaf prosesləri açıqlanır.
“Azərbaycan milli geyimlərinin maddi–mədəniyyət tarixi” adlanan II Fəsildə Azərbaycan milli geyimlərinin bədii xarakteristikası, XVI–XIX əsr Azərbaycan milli geyimin formalaşması və onun bədii – dekorativ tərtibatı və XIX–XX əsrlər Azərbaycan milli geyimlərinin maddi – mədəniyyəti araşdırılır.
“Azərbaycan modasının müasir həyatda yeri” adlı III Fəsildə XIX–XX əsr modası, modern dövrünün dəbi, İki dünya müharibələri arası dövrün dəbi və müasir Azərbaycan dəbin inkişaf tendensiyaları təhlil edilir.
“Nəticə və təkliflər” bölümündə isə günümüzədək çatmış bəzi milli arxeoloji materiallar, yazılı mənbələr və şəkillər, muzeylərdə qorunan milli geyimlərimizin tarixi və öyrənilməsi sayəsində, modelyerlərimiz tərəfindən müasirliklə milli etnik motivlərin sintezi nəticəsində Azərbaycan müasir modasının dünya səviyyəsinə çıxarılması üçün təkliflər irəli sürülürdü.
Dostları ilə paylaş: |