Tədqiqatın informasiya bazası və işlənməsi metodları əsasən sistеmli şəkildə yanaşmaya əsaslanır. Tariхən yaranmış və formalaşmış geyimlərin öyrənilməsində-arхiv sənədlərinə, еlmi, tariхi mənbələrə, еləcə də, fоtоfiksasiyalara, həmçinin internet xidmətlərindən istifadə еdilmişdir.
Tədqiqatın elmi yeniliyi.Modanın ən mühüm cəhəti onun dəyişkən olmasıdır. Geyimlərin keçdiyi inkişaf yolları daim araşdırılmışdır. Modanın yarandığı gündən bu günə qədər baş verən dəyişikliklər əlbəttə ki, dəfələrlə araşdırma obyekti olmuşdur. Lakin XIX-XX əsrlərdə dünya həmçinin Azərbaycan moda sənayesinin inkişafının mərhələli analizinin bir yerdə aparılması yenilikdir. Biz dünya moda sənayesi ilə yanaşı Azərbaycan milli geyimlərinində keçdiyi inkişaf yolunu mərhələli şəkildə tədqiq etmişik.