Xvi-xx əsrlərdə moda sənayesinin inkişafının mərhələli analizi ”



Yüklə 0,7 Mb.
səhifə31/31
tarix10.01.2022
ölçüsü0,7 Mb.
#108667
1   ...   23   24   25   26   27   28   29   30   31
İşin strukturu və həcmi. Dissertasiya işi giriş, 3 fəsil, nəticə və təkliflərdən, dissertasiya işinə edilmiş əlavə və istifadə olunmuş ədəbiyyatların siyahısından ibarətdir. Dissertasiya işi 78 səh.-dən, 7 şəkildən ibarətdir.

Dissertasiya işinin I fəslində Moda tarixi və onun xüsusiyyətləri. Moda anlayışının formalaşması, modanın inkişaf prosesləri, Azərbaycan geyim mədəniyyəti tarixi bu fəsildə araşdırılır.

Dissertasiya işinin II fəslində Azərbaycan milli geyimlərinin maddi mədəniyyət tarixi. XVI-XIX əsrləri əhatə edən dövrdə Azərbaycan milli geyimlərinin keçdiyi inkişaf yolu təhlil edilir.

Dissertasiya işinin III fəslində Azərbaycan modasının müasir həyatda yeri. Bu fəsildə biz yalnız müasir dövrdə Azərbaycan modasından bəhs etkmirik. XIX-XX əsr dünya modasının keçdiyi inkişaf yolu da mərhələli şəkildə araşdırılır.

Nəticə və təkliflərin qısa xülasəsi Moda-həyatın və ya mədəniyyətin müəyyən sahəsində qəbul olunmuş tərzin müvəqqəti hakimiyyətidir. Moda geniş kütlələri öz ardı ilə apara bilən güclü bir qüvvədir. Geyimlər ictimai nəzarətin bir vasitəçisi funksiyasını daşıyır. Cəmiyyətdə təbəqələr arası münasibətləri də tənzimləyir. Ölkəmiz öz inkişaf dövrünü yaşayır. Bu inkişaf prossesi modaya da öz müsbət təsirini göstərmişdir. Artıq yerli modelyerlərimiz beynəlxalq miqyaslı tədbirlərdə iştirak edirlər. Modelyerlərin çoxu öz işlərində Şərq motivlərindən, həmçinin Azərbaycana xas olan dizayn elementlərindən də istifadə edir. Gənc modelyerlərimiz milli koloritimizi əsas tutaraq “müasirlik və milli xüsusiyyətlərin” sintezi ilə yeni geyim kolleksiyaları yaratmalıdırlar. Çalışmalıyıq ki, xalqımızın milli mədəni tarixini hər zaman, hər yerdə layiqincə təbliğ edək.
Magistrant: Vahidova Nərmin Qabil qızı

Elmi Rəhbər: m.n.Y.C.Ağamalıyeva                                          


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin