Xxi əSRİn müƏLLİMLƏRİNİN İKİNCİ “xxi-ci əsrdə tədris: inteqrasiya, innovasiya və motivasiya” konfransina



Yüklə 7,02 Kb.
tarix18.06.2018
ölçüsü7,02 Kb.
#54096

logos.jpg

Hörmətli həmkarlar,

Sizi may ayının 5-6-da “XXI ƏSR” Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində baş tutacaq XXI ƏSRİN MÜƏLLİMLƏRİNİN İKİNCİ - XXI-ci əsrdə tədris: inteqrasiya, innovasiya və motivasiya” KONFRANSINA dəvət etməkdən məmnunluq hissi duyuruq.
Builki konfransın məqsədi ölkəmizdəki beynəlxalq standartlara uyğun olan təhsil sisteminə cavab verən imtahanlara hazırlıq və beynəlxalq proqramın həyata keçirilməsidir. Bu mövcud mövzuya marağı nəzərə alaraq konfrans iki gün keçiriləcək və mövzuya aid bütün suallar cavablandırılacaq.

Birinci gün Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzindən olan təqdimatçıların iştirakı ilə testlərə və beynəlxalq proqrama uyğun olan imtahan tapşırıqlarına həsr olunacaq (9-11 və qəbul imtahanları daxil olmaqla). İkinci gün cari suallar müvafiq Cambridge Checkpoint, Cambridge İGCSE, İB, İELTS, SAT, TOEFL və s. beynəlxalq proqramlarına istiqamətləndirilərək müzakirə olunacaq və qiymətləndiriləcək.

Arzu edənlər konfransın birinci ya ikinci günü, yaxud hər iki günü iştirak edə bilərlər (aşağıda ödəniş haqqında əlavə məlumat əldə edə bilərsiniz). Konfrans rəsmi olaraq üç dildə: azərbaycan, rus və ingilis dillərində aparılacaq. Qeydiyyatdan məktəb və ali təhsil ocaqlarının pedaqoqları və digər ali məktəblərdə təhsil alan tələbələr təqdimatçı və iştirakçı kimi keçə bilərlər. Qeydiyyat formasını dolduraraq 25.04.2018-ci il tarixinədək bizə carpediem@21century.edu.az ünvanına göndərməyinizi xahiş edirik .

Tarixlər:

Müraciət üçün son tarix: 25 aprel, 2018

Mövzuların təsdiqlənmə tarixi: 30 aprel, 2018

Ödəniş üçün son tarix: 25 aprel, 2018

Konfransın keçirilmə tarixi: 5-6 may, 2018

Konfransın keçirilmə saatı: 08:00 - 13:00 (iki növbəli sessiya və çay fasiləsi daxildir)

Ödəniş:

Birinci gün: 30 AZN

İkinci gün: 30 AZN

Tam iştirak (iki gün): 50 AZN

Ödəniş 25 aprel 2018 tarixindən gec olmayaraq həyata keçirilməlidir. Əlavə məlumat üçün facebook səhifəmizi izləyin: https://www.facebook.com/XXICenturyschool/

Bütün suallarla bağlı yuxarıda göstərilən elektron ünvana və ya şərhlərdə müraciət edə bilərsiniz.

Hörmətlə,



XXI Əsr BTİM Müdiriyyət
Yüklə 7,02 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin