İstiqamət: Elmi tədqiqat - axtarış
Təd.VIII.1. Şagird tədqiqatın mövzusunu və tədqiqatın mərhələlərini müəyyənləşdirə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Tədqiqatın məqsədini formalaşdırırsa;
Mülahizə/ehtimal bildirirsə;
Göstəricilərin əldə edilməsi yollarını seçirsə (məs., sınaqla, səhra işlərini keçirməklə, sorğu ilə, məsələ ətrafında ədəbiyyatın axtarılması ilə);
Daimi və dəyişən (asılı, asılı olmayan) parametrləri bir-birindən ayırırsa;
Tədqiqat aktivlərinin ardıcıllığını müəyyənləşdirirsə;
Müvafiq cihazlar/avadanlıqlar/alətlər seçirsə;
Göstəricilərin qeydəalınma formalarını seçirsə (cədvəllər, qrafiklər, siyahılar, fotolar, qeydlər).
Dostları ilə paylaş: |