Təd.VIII.4. Şagird göstəriciləri təhlil edə və qiymətləndirə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Göstəricilər və yaxud dəyişikliklər arasında asılılıqları təsvir etmək üçün diaqramlardan, cədvəllərdən və qrafiklərdən istifadə edirsə;
Göstəriciləri təhlil edir və nəticələr çıxarırsa;
Deyilmiş ehtimalı nəticələrlə tutuşdurursa;
Müşahidə və ölçmələr zamanı aşkara çıxmış gözlənilməz hadisələri müzakirə edirsə, onları izah etməyə çalışırsa.
İstiqamət: Kimyəvi hadisələr
Kim.VIII.5. Şagird elementlərin, atomların və molekulların müqayisəli xarakteristikasını verə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Əyani vasitələrin müxtəlif üsullarından istifadə etməklə elementləri və atomu təsvir və müqayisə edirsə;
Bəzi elementin rəmzini tanıyırsa; elementləri, onlara əlavələri və qatışıqları bir-biri ilə fərqləndirə bilirsə;
Zərrəcik modelindən istifadə edir və elementlərin qarşılıqlı təsiri zamanı yeni maddələrin yaranma prosesini təsvir edirsə;
Xarici əlamətlərinə və dövri sisteminin yerləşməsinə əsasən elementlər arasında fərqləri təsvir edirsə; eyni elementin izotoplarını bir-biri ilə müqayisə edirsə;
Müvafiq informasiya toplayır və elementin adını onun meydana gəlməsi və ya başqa faktla əlaqələndirməyi bacarırsa.
Dostları ilə paylaş: |