Kim.VIII.8. Şagird müxtəlif növ kimyəvi reaksiyaları xarakterizə edə, yanma və paslanma proseslərini müqayisə edə bilər
səhifə 113/240 tarix 01.01.2022 ölçüsü 289,44 Kb. #104043
Kim.VIII.8. Şagird müxtəlif növ kimyəvi reaksiyaları xarakterizə edə , yanma və paslanma proseslərini müqayisə edə bilər.
Nəticə göz önündədir , əgər şagird:
Müxtəlif tip kimyəvi reaksiyaları xarakterizə edir , onlar arasında oxşarlıq-fərqlər barədə mülahizələr yürüdür , reaksiyaların ümumi sxemlərini tərtib edirsə (məsələn A+B C);
Müxtəlif tip reaksiyaların misallarını sadalayır və müvafiq kimyəvi bərabərliklər tərtib edirsə ;
Gündəlik həyatdan yanma və paslanma misalları sadalayır, onlara kömək edən faktorları göstərirsə ;
Paslanmanın və yanmanın müsbət və mənfi nəticələri barədə mülahizə yürüdürsə ;
Yanmanı müşahidə edən hadisələri (istiliyin və işığın ayrılması) təsvir edirsə.
Dostları ilə paylaş: