Müxtəlif metallardan istifadə etməklə keçirilmiş sınaqların səbəb olduğu hadisələri müşahidə edir (məs., alovun yaranması/su ilə reaksiya zamanı yaranmaması, qaz qabarcıqlarının yaranması, istiliyin ayrılması) və onlar arasında oxşarlıq/fərqlər barədə mülahizə yürüdür, ümumi qanunauyğunluqları aşkara çıxardırsa;
Havanın təsiri nəticəsində metalların dəyişilməsini müşahidə edir və təsvir edirsə (məs., dəmir paslanır, gümüş qaralır, mis tündləşir). Hansı metalın korroziyaya daha asan, hansının isə çətin uğradığını müəyyənləşdirirsə;
Metalların aktivlik sırasından müvafiq ehtimalı bildirmək üçün istifadə edirsə (məs., natrium misə nisbətən oksigenlə daha asan qarşılıqlı təsir göstərir); ehtimalı yoxlamaq üçün sınaqlar planlaşdırır və müvafiq qaydalara əməl etməklə keçirirsə;
Durulaşdırılmış turşularla metalların təsirinin qanunauyğunluqları və istisnaları üzrə sınaqlar keçirir və tədqiq edirsə;
Kimyəvi reaksiyaların bərabərliklərini sözlə (metal + turşu ...) və ya/simvollarla yazır və ümumiləşdirirsə.