Fiz.güc.VII.5. Şagird təzyiqi xarakterizə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Cisimlər tərəfindən yaranmış təzyiqi müşahidə etmək üçün sınaqlar keçirir, nəticələri təhlil edir və müvafiq nəticələr çıxarırsa;
Model yaradır və praktiki məsələlərin həlli üçün cisim tərəfindən yaradılmış təzyiqin azaldılması və ya artırılması zərurətini təsvir edir, misallar gətirirsə;
Sınaqlar keçirir (modellər yaradır) və mayelərdə və qazlarda təzyiqin bölünməsini müşahidə edirsə. Müşahidələrin nəticələrini təhlil edir və müvafiq nəticələr çıxarırsa;
Texnikadan və məişət həyatından Paskal qanunundan istifadə etmək misallarını gətirirsə;
Sadə model hazırlayır və birləşmiş qabların hərəkət prinsipini izah edirsə;
Atmosfer təzyiqinin təsirini aşkar etmək üçün sınaqlar keçirir, təhlil edir və müvafiq nəticələr çıxarırsa;
Orqanizmin ətraf mühitə uyğunlaşması barədə təzyiqin əhəmiyyəti üzrə mülahizə yürüdürsə;
Müvafiq anlayışlardan, qanunlardan və düsturlardan standart və qeyri-standart məsələlərin həllində adekvat istifadə edirsə.