Təb.I.6. Şagird lokal mühiti təsvir edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Təbii cisimləri (məs., daşlar, qozalar, meyvələr) toplayır, onları nəzərə çarpan əlamətlərinə görə qruplaşdırır (rəngi, forması, ölçüsü, ağırlığı və ya möhkəmliyi) və onları təsvir edirsə;
Onun ətrafında mövcud olan obyektləri müşahidə və təsvir edirsə;
Müşahidə əsasında yerli mühiti təsvir edir və tablolar yaradırsa.
İstiqamət: İnsan və ətraf mühit
Təb.I.7. Şagird şəxsi gigiyenası və təhlükəsiz davranışın adi qaydalarına əməl edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Küçədə hərəkət qaydalarını əks etdirən əsas şərti işarələri (ən azı üç qarşılıqlı cütü) tanıyır və izah edirsə, onlara əməl etmək zərurətini aydınlaşdırmağı bacarırsa;
Özünün yaşadığı yerin və məktəbin ünvanını deyə bilirsə;
Məişət əşyalarından (məs., qayçı, çəkic, karandaş yonan) təhlükəsiz istifadə etmək qaydaları barədə fikir yürüdə bilirsə;
Heyvanlarla və bitkilərlə təhlükəsiz münasibətlər barədə söhbət aparırsa;
Şəxsi gigiyena əşyalarını (məs., daraq, diş fırçası, əl-üz dəsmalı) sadalayırsa, onların nə məqsədlə və necə istifadə olunma qaydalarını təsvir edirsə;
Kompüterdən istifadə etməyin gigiyenik normalarına (kompüterdən istifadə etmək müddəti, monitor ilə şagird arasında məsafə) əməl etməyin zəruriliyi barədə söhbət aparırsa.
Dostları ilə paylaş: |