İnsan və mikroorqanizmlər. Sağlamlıq və xəstəlik. Patogenlər – xəstəliklərin başverməsi. Bakteriyalar. Göbələklər, qurdlar – xəstəliklərin törədiciləri. Xəstəliklərin prevensiyası: təhlükəsiz su və qidalar. Xəstəliklərdən fərdi və ümumi mühafizə. İnfeksiyalarla mübarizə. Anticisimlər və immun cavabı. İmmunologiyalardan istifadə. Ağır yoluxucu xəstəliklər (immun çatışmazlığı, vərəm) və onların prevensiyası. Dünyada və Gürcüstanda immun çatışmazlığının yayılması.
XI Sinif
Fizika
Standart
İlin sonunda istiqamətlər üzrə nail olunası nəticələr:
Təd.XI.1. Şagird tədqiqatın mövzusunu və tədqiqatın mərhələlərini müəyyənləşdirə bilər.
Təd.XI.2.Şagird tədqiqat üsulunu həyata keçirə/göstəriciləri qeyd edə bilər.
Təd.XI.3. Şagird müxtəlif kommunikasiya vasitələrindən istifadə etməklə göstəriciləri təqdim edə bilər.
Təd.XI.4. Şagird göstəriciləri təhlil edə və qiymətləndirə bilər.
Fiz.XI.5. Şagird mexaniki rəqsi və dalğaları xarakterizə edə bilər.
Fiz.XI.6.Şagird elektromaqnit rəqsləri və dalğalarını xarakterizə edə bilər.
Fiz.XI.7. Şagird molekulyar – genetik nəzəriyyənin və termodinamika qanunlarının köməyi ilə istilik hadisələrini təhlil edə bilər.
Fiz.XI.8. Şagird atomun quruluşu, radioaktivliyi və radioaktiv şüalanmanın növlərini təsvir edə bilər.
Fiz.XI.9. Şagird nüvənin quruluşunu təsvir edə və nüvələrin qarşılıqlı təsiri barədə mülahizə yürüdə bilər.
İlin sonunda nail olunası nəticələr və onların indikatorları