Təb.V.10. Şagird təbiətdə təhlükəsiz davranış qaydalarına əməl edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Təbiətdə hərəkət edərkən risklə bağlı yerləri tanıyırsa (məs., iz açılmamış hündür ot ,yamac, dərənin sahili, çayın yuyulmuş məcrası) və təhlükəsiz yol seçirsə;
Təbiətdə içməli suyu ayıra bilirsə;
Ona məlum olmayan bitkilər və göbələkdən istifadə etmənin mümkün nəticələri barədə mülahizə yürüdürsə;
Təbiətə çıxmaq üçün müvafiq paltar, avadanlıq və ya qidalar seçirsə.
Təb.V.11. Şagird ətraf mühiti mühafizə tədbirlərinin əhəmiyyətini əsaslandıra və onlarda fəal iştirak edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
Tükənən və tükənməyən təbii sərvətləri tanıyır və qruplaşdırırsa;
Tullantıların təbiətdə qoyulması nəticələri barədə fikir yürüdə bilirsə;
Məişət tullantılarından təkrar istifadə yolları və təbii resursla qənaət olunmasında onların əhəmiyyəti barədə söhbət aparırsa;
Təbii resursların bərpa olunması işində insanların fəallığını təsvir edir və bunda öz iştirakını müəyyənləşdirirsə (məs., ağaclar basdırmaq);
Ətraf mühiti mühafizə tədbirlərində (müsabiqələr, aksiyalar, viktorinalar) iştirak edirsə.
Dostları ilə paylaş: |